Məhkəmə qərarları › İş №2(046)-780/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-780/2023

08.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-780/2023 08.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6000 manat dəyərində stenka mebel, 2 ədəd şfonerin, 2 ədəd servantın, 800 manat dəyərində 1 ədəd divan altı bazalının,600 manat dəyərində 1 ədəd 2 nəfərlik taxtın, 200 manat dəyərində 1 ədəd güzgülü termonun, 300 manat dəyərində 16 metrəlik pərdənin və 6 ədəd karnizin, 100 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt yun döşəyinin, 150 manat dəyərində 1 ədəd iki nəfərlik taxt yun yorğanının, 60 manat dəyərində 3 ədəd - 20x3 ölçüdə yastığın, 200 manat dəyərində1 ədəd lüstürün ( çilçıraq), 400 manat dəyərində 4 ədəd (xrustal və bagema) su qrafinkasının, 30 manat dəyərində 12 ədəd iri, böyük stəkanın (xrustal), 30 manat dəyərində 12 ədəd stəkanın (xruslal) (kiçik armudu), 10 manat dəyərində 24 ədəd sadə stəkanın, 10 manat dəyərində 24 ədəd nəlbəkinin (sadə), 30 manat dəyərində 24 ədəd boşqabın ( sadə, böyük ), 20 manat dəyərində 24 ədəd kiçik boşqabın (sadə), 30 manat dəyərində 1 ədəd bagema bal qabının, 100 manat dəyərində 2 ədəd xurustal vazalar, 4 ədəd qənd qabları və çərəz qablarının, 30 manat dəyərində 6 ədəd xrustal şərab badəsinin, 30 manat dəyərində 6 ədəd sadə su badələri, bakalların, 50 manat dəyərində 4 ədəd qazan, tavanın (tefal dəstləri), 30 manat dəyərində 4 ədəd qazan dəstinin ( Rusiya istehsalı), 1 00 manat dəyərində Xırda əşyaların ( ət doğrayan limon taxtaları, xırda məişət ləvazimatları tam şəkildə: aşsüzən, qazanlar, tavalar, plastik qablar və s. ), 20 manat dəyərində 6 ədəd Kasa dəstinin, 30 manat dəyərində 3 ədəd tort qabının, padnos dəstlərinin, 500 manat dəyərində paltaryuyan maşının, 12 manat dəyərində 12 ədəd çay dəsmallarının, 20 manat dəyərində 6 ədəd süfrələrin, 30 manat dəyərində xrustalın (gül qoyan vazalar, yəni 1 ədəd böyük bagema güldan), 50 manat dəyərində 4 ədəd xrustal güldanın, 100 manat dəyərində 15 ədəd oyuncaqların (oyuncaq itlər və ayılar), 50 manat dəyərində 12 ədəd çəngəl, bıçaq, qaşıq dəstinin, 10 manat dəyərində sadə bıçaqların (oxlov, çömçə, aşsüzən), 50 manat dəyərində 5 ədəd böyük qazan və kiçik qazan dəstlərinin və 20 manat dəyərində 1 ədəd üç mərtəbə çərəz qabının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2002-ci il tarixdə nikah bağlamış, birgə nikahdan xx.xx.2003-ci il tarixdə bir uşaqları anadan olmuşdur. Özünə məxsus cehiz əşyalarımı cavabdehin yaşadığı Göyçay şəhəri 50-ci məhəllədə yerləşən evinə yerləşdirmişdir. Cavabdehin günahı üzündən Göyçay rayon Məhkəməsinin 29 09.2005-ci il tarixli Qətnaməsi ilə nikahları pozulmuş və cavabdehdən övladının saxlanması üçün alimentin alınaraq ona verilməsi qət edilmişdir. Sonradan Göyçay rayon məhkəməsinin 2(046)-205/2016 saylı 29.01,2016-cı il tarixli qətnaməsi ilə alimentn məbləği artırılmışdır. Valideyinlərinin evinə qayıtsa da lakin sonradan Bakı şəhərində mənzil kirayə edib bu vaxta həmin mənzildə yaşayır. Dəfələrlə cehiz əşyalarını cavabdehdən və onun ailə üzvlərindən qaytarılmasını tələb etsə də, cehiz əşyalarını qaytarmamışlar.Hazırda oan məxsus cehiz əmlaklar cavabdehin qanunsuz sahibliyində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi 6000 manat dəyərində stenka mebel, 2 ədəd şfonerin, 2 ədəd servantın dəyəri texniki səhv üzündən, 2000 manat yazılmalı olduğu halda 6000 manat, 2 ədəd servantın və 400 manat dəyərində 4 ədəd (xrustal və bagema) su qrafinkasının dəyəri texniki səhv üzündən, 200 manat yazılmalı olduğu halda 400 manat kimi qeyd edilmişdir. Buna görə də stenka mebel, 2 ədəd şfonerin, 2 ədəd servantın dəyərinin 2000 manat, 4 ədəd (xrustal və bagema) su qrafinkasının dəyərinin 200 manat olduğunu nəzərə alınmağını xahiş edir. Bundan başqa cehiz əmlakların onda olması ilə bağlı cavabdehin məhkəmə baxışı zamanı göstərdiyi xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, Bakı şəhərində kirayədə yaşadığından cehiz əmlakları özü ilə aparmamış, cehiz əmlakları cavabdehə məxsus evdə qalmışdır. Buna görə də iddianın müdafiə etdiyi həddə təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə Göyçay şəhəri R.İsayev küçəsində yaşamışdır. İddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra, iddiaçı özünə məxsus cehiz əmlakları 2007-ci il tarixdə aparmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, iddia ərizəsində qeyd etdiyi stenka mebelin, 2 ədəd şfonerin, 2 ədəd servantın dəyərinin 2000 manat, 4 ədəd (xrustal və bagema) su qrafinkasının dəyərinin 200 manat olduğunu nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, İddiaçı ona qarşı əmlak tələbinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı işin halları ilə müəyyən olunur ki, İddiaçı məxsus cehiz əmlaklar Cavabdeh qanunsuz sahibliyindədir. Belə ki, məhkəmə baxışı zamanı izahatlarla bu hal öz təsdini tapmışdır. Cavabdeh cehiz əmlakların iddiaçıya geri qaytardığını bildirsə də, bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 62 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, İddiaçı məxsus 2000 manat dəyərində stenka mebel, 2 ədəd şfoner, 2 ədəd servant, 800 manat dəyərində 1 ədəd altı bazalı divan, 500 manat dəyərində paltaryuyan maşın, 300 manat dəyərində 16 metrəli pərdə və 6 ədəd karniz, 600 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt, 200 manat dəyərində 1 ədəd güzgülü termo, 100 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt yun döşək, 150 manat dəyərində 1 ədəd iki nəfərlik taxt üçün yun yorğan, 60 manat dəyərində 3 ədəd - 20x3 ölçüdə yastığ, 200 manat dəyərində1 ədəd lüstür ( çilçıraq), 200 manat dəyərində 4 ədəd (xrustal və bagema) su qrafinkası, 30 manat dəyərində 12 ədəd iri, böyük stəkan (xrustal), 30 manat dəyərində 12 ədəd stəkan (xrustal) (kiçik armudu), 10 manat dəyərində 24 ədəd sadə stəkan, 10 manat dəyərində 24 ədəd nəlbəki (sadə), 30 manat dəyərində 24 ədəd boşqab ( sadə, böyük), 20 manat dəyərində 24 ədəd kiçik boşqab (sadə), 30 manat dəyərində 1 ədəd bagema bal qabı, 100 manat dəyərində 2 ədəd xurustal vazalar, 4 ədəd qənd qabı və çərəz qabı, 30 manat dəyərində 6 ədəd xrustal şərab badəsi, 30 manat dəyərində 4 ədəd sadə su badələri, bakallar, 50 manat dəyərində 4 ədəd qazan və tava (tefal dəstləri), 30 manat dəyərində 4 ədəd qazan dəsti ( Rusiya istehsalı), 100 manat dəyərində ət doğrayan, limon taxtaları, xırda məişət ləvazimatları, aşsüzən, qazanlar, tavalar, plastik qablar, 20 manat dəyərində 6 ədəd kasa dəsti, 30 manat dəyərində 3 ədəd tort qabı, padnos dəstləri, 12 manat dəyərində 12 ədəd çay dəsmalları, 20 manat dəyərində 6 ədəd süfrə, 30 manat dəyərində xrustal vazalar, 1 ədəd böyük bagema güldan, 50 manat dəyərində 4 ədəd xrustal güldan, 100 manat dəyərində 15 ədəd oyuncaq itlər və ayılar, 50 manat dəyərində 12 ədəd çəngəl, bıçaq, qaşıq dəsti, 10 manat dəyərində sadə bıçaqlar oxlov, çömçə, aşsüzən, 50 manat dəyərində 5 ədəd böyük qazan və kiçik qazan dəstləri və 20 manat dəyərində 1 ədəd üç mərtəbə çərəz qabı mövcud olmadığı halda onların ümumi dəyəri olan 6002 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 2000 manat dəyərində stenka mebel, 2 ədəd şfoner, 2 ədəd servant, 800 manat dəyərində 1 ədəd altı bazalı divan, 500 manat dəyərində paltaryuyan maşın, 300 manat dəyərində 16 metrəli pərdə və 6 ədəd karniz, 600 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt, 200 manat dəyərində 1 ədəd güzgülü termo, 100 manat dəyərində 1 ədəd 2 nəfərlik taxt yun döşək, 150 manat dəyərində 1 ədəd iki nəfərlik taxt üçün yun yorğan, 60 manat dəyərində 3 ədəd - 20x3 ölçüdə yastığ, 200 manat dəyərində1 ədəd lüstür ( çilçıraq), 200 manat dəyərində 4 ədəd (xrustal və bagema) su qrafinkası, 30 manat dəyərində 12 ədəd iri, böyük stəkan (xrustal), 30 manat dəyərində 12 ədəd stəkan (xrustal) (kiçik armudu), 10 manat dəyərində 24 ədəd sadə stəkan, 10 manat dəyərində 24 ədəd nəlbəki (sadə), 30 manat dəyərində 24 ədəd boşqab ( sadə, böyük), 20 manat dəyərində 24 ədəd kiçik boşqab (sadə), 30 manat dəyərində 1 ədəd bagema bal qabı, 100 manat dəyərində 2 ədəd xurustal vazalar, 4 ədəd qənd qabı və çərəz qabı, 30 manat dəyərində 6 ədəd xrustal şərab badəsi, 30 manat dəyərində 4 ədəd sadə su badələri, bakallar, 50 manat dəyərində 4 ədəd qazan və tava (tefal dəstləri), 30 manat dəyərində 4 ədəd qazan dəsti ( Rusiya istehsalı), 100 manat dəyərində ət doğrayan, limon taxtaları, xırda məişət ləvazimatları, aşsüzən, qazanlar, tavalar, plastik qablar, 20 manat dəyərində 6 ədəd kasa dəsti, 30 manat dəyərində 3 ədəd tort qabı, padnos dəstləri, 12 manat dəyərində 12 ədəd çay dəsmalları, 20 manat dəyərində 6 ədəd süfrə, 30 manat dəyərində xrustal vazalar, 1 ədəd böyük bagema güldan, 50 manat dəyərində 4 ədəd xrustal güldan, 100 manat dəyərində 15 ədəd oyuncaq itlər və ayılar, 50 manat dəyərində 12 ədəd çəngəl, bıçaq, qaşıq dəsti, 10 manat dəyərində sadə bıçaqlar oxlov, çömçə, aşsüzən, 50 manat dəyərində 5 ədəd böyük qazan və kiçik qazan dəstləri və 20 manat dəyərində 1 ədəd üç mərtəbə çərəz qabı mövcud olmadığı halda onların ümumi dəyəri olan 6002 manat Cavabdeh alınaraq İddiaçı verilsin. 62 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar