Məhkəmə qərarları › İş №2(046)-781/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-781/2025

20.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-781/2025 20.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (qardaşı) X2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞQ\MT-35\2024-455 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, cavabdeh Maraqlı şəxs ilə aralarında “Barışıq Sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs alimentin onun hesabına ödənilməsinə razılaşmasına baxmayaraq bu günədək aliment ödəməkdən boyun qaçırır. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir.Buna görə də məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (qardaşı) X3 ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs bu günədək aliment borcundan ödəniş etməmişdir. İş üzrə tərəfləri dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli MŞQ\MT-35\2024-455 saylı barışıq sazişindən görünür ki, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona hər ay 200 (iki yüz) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mlüki Prosessual: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 55-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 55-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞQ\MT-35\2024-455 saylı barışıq sazişi qanuni əsaslar bağlanmış, barışıq sazişi bağlandıqdan sonra, Maraqlı şəxs barışıq sazişində üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli №-MŞQ\MT-35\2024-455 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qanuna uyğun olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDI: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞQ\MT- 35\2024-455 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar