Məhkəmə qərarları › İş №2(046)-818/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-818/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-818/2024 23.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs rəisi X3 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək 10 iyun 1964-cü ildə təvəllüdlü əri X4 19 sentyabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, əri X10 xx.xx.1964-cü ildə İsmayıllı rayonunda anadan olmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yaşadığı evdə qəflətən vəfat edərək Göyçay rayon Alpout kənd qəbiristanlığında dəfn edilmişdir. Bunu müvafiq icra hakimiyyəti orqanlarından alınan sənədlər və şahidlər təsdiq edə bilər. Bu vaxta kimi ərinin ölməsi ilə bağlı ölüm haqqında şəhadətnamə almamışdır. Maraqlı şəxs 23 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 ölüm akt qeydi aşkar edilməmişdir. Qeyd edir ki, Göyçay rayonu, Alpout kəndində yaşadıqları fərdi yaşayış evi və torpaq sahəsi mərhum əri X5 məxsusdur. Hazırda ərinin adına olan torpaq sahəsinin vərəsəlik qaydasında əldə edilməsi üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. Ərinin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün onlar vərəsəliklə bağlı sənədləşmə işlərini həyata keçirə bilmirlər. Buna görə də məhkəmə qaydasında ərinin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi X6 izahatında göstərdi ki, xx.xx.2021-ci ildə vəfat etmiş X4 ölümünün qeydə alınıb-alınmaması barədə X7 Maraqlı şəxsnə daxil olmuş müraciətinə baxılmış, Maraqlı şəxs akt qeydləri arxivində yoxlama aparılarkən, X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qətnaməsi ilə müəyyən edilməsi və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 göstərdi ki, Ərizəçi onun həm mərhum əmisi X4 həyat yoldaşı həm də ki, qaynanasıdır. Mərhum əmisi xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə olarkən qəflətən vəfat etmiş, vəfat etdikdən sonra təcilli tibbi yardıma zəng edilmişdir. Daha sonra təcilli tibbi yardımdan onlara verilən sənəd gətirilərək Göyçay rayon Mərkəzi Xəstəxanasına təqdim edib ölüm haqqında sənəd almaq istəyərkən onlara ölümə dair sənədin verilməsinin mümkün olmadığı bildirilmişdir. 2021-ci ilin sentyabr ayında mərhum əmisi X1 rayonu, Alpout kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 göstərdi ki, Ərizəçi onun qaynanasıdır. Mərhum qayınatası X10 Bakı şəhəri Novxanı kəndində yaşamışdır. 2021-ci ilin sentyabr ayında qaynanası onun mobil telefonuna zəng edərək əri X4 yaşadığı evdə olarkən qəflətən vəfat etdiyini bildirmişdir. Həmin vaxt o, Göyçay şəhərində olmuşdur. X2 19 sentyabr 2021-ci il tarixdə Göyçay rayonu Alpout kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Maraqlı şəxs 23 noyabr 2022-ci il tarixli, 05/11-837 saylı məktubdan görünür ki, Maraqlı şəxs akt qeydləri arxivində yoxlama aparılarkən, X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Eyni zamanda X4 ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Maraqlı şəxsnə təqdim olunması, ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmadığından imtina edilərək, X11 aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18- 1-40/2-306/2024 saylı məktubdan görünür ki, Göyçay rayon Alpout kənd sakini xx.xx.1964-cü il təvəllüdlü X4 vəfat etməsi barədə Göyçay RMX heç bir məlumat olmadığı üçün forma-106 ölüm şəhadətnaməsini vermək mümkün olmamışdır. Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 47 saylı arayışından görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Göyçay rayon Alpout kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin xx.xx.2021-ci il tarixli, 124-22426/1221 saylı arayışdan görünür ki, Sumqayıt şəhər Qurd dərəsi bağları evində yaşamış xx.xx.1964-cü il təvəllüdlü X10 xx.xx.2021-ci il tarixdə yaşadığı evdə qəflətən vəfat etmiş, hadisə yerində hər-hansı bir cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1964-cü ildə İsmayıllı rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 10 iyun 1964-cü il təvəllüdlü X4 19 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 10 iyun 1964-cü ildə İsmayıllı rayonunda anadan olmuş X4 19 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Bu qətnamə X4 ölümünün qeydiyyat orqanında qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar