Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-82/2022 22.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı AccessBank QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, iddiaçı AccessBank QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə Göyçay şəhərində 10 mart 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 15901.64 ABŞ Dolları məbləğində kredit borcu, 21133.36 ABŞ Dolları məbləğində faiz borcu və 15984.87 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 53019.87 ABŞ Dolları kredit borcunun, 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, evdən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AccessBank QSC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, 26.09.2013-cu il tarixdə AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 15.08.2014-cü il tarixli 26R000005892 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 30.000 ABŞ dolları kredit verilmişdir. Tərəflərin imzaladıqları 18.10.2018-ci il tarixli 26R000005892SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 banka cəmi 36609.77 ABŞ dolları borcu vardır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər Cavabdeh2 və X5 ilə 15.08.2014-cü il tarixdə, Cavabdeh3 ilə 26.09.2013-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh3 arasında 26.09.2013-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdeh özünə məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, iddiaçıya kredit xətti üzrə kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Buna görə də məhkəmədən tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində izahat vermiş Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, AccessBank QSC ilə cavabdeh kredit müqaviləsi bağlamış, kredit götürmüşdür. Maddi imkanı olmadığından cavabdeh banka olan borcunu qaytara bilməmişdir. Banka olan kredit borcunu hissə-hissə qaytaracaqdır. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər cavabdehlərə məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 26.09.2013-cu il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 15.08.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 48 ay müddətinə 300000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 26.09.2013-cü və 15.08.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 18.10.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu 15.10.2019-cu il tarixədək dəyişdirilmişdir. Məhkəməyə təqdim edilmiş 26.09.2013-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, AccessBank QSC ilə X2 arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış, cavabdeh ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi iddiaçı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Təqdim edilmiş bildirişlərdən görünür ki, tutmanin ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş bildirişə əsasən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 25.10.2021-ci il tarixli 9/6001 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit razılaşması üzrə əsas borc üzrə 15.901.64 ABŞ dolları və faiz borcu üzrə 3608.40 ABŞ dolları təşkil edir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekpert rəyi nəzərə alınmalıdır. Ekspertiza xərci 100 manat təşkil edir. Lazur-A MMC tərəfindən verilmiş 04.02.2022-ci il tarixli rəydən görünür ki, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 50.000, likvid dəyəri isə 45.000 manat təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2013-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi cavabdehlər Cavabdeh2, X1 Gülüş Feyruz qızı bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdehlər Cavabdeh2, X1 Gülüş Feyruz qızı Cavabdeh1 50.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşlar. Cavabdeh1 isə yuxarıda qeyd edilən müqavilə üzrə cəmi 30.000 ABŞ dolları kredit verilmişdir. İddiaçı AccessBank QSC ilə Cavabdeh1 arasında 18.10.2018-ci il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmış, kredit xətti müqaviləsi üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəşiklik edilmişdir. 18.10.2018-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən kredit razılaşması üzrə ödəniş cədvəlinin müddətinə artırılaraq 15.10.2019cu il tarixədək müəyyən edilmişdir. Buna görə də AccessBank QSC qarşısında Cavabdeh2, X5, Cavabdeh3 nın zamin kimi öhdəliklərinin müddəti 15.10.2019-cu il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsini 29.01.2021-ci il tarixdə iddia ərizəsi tərtib etməklə, 19.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni zaminlik müqaviləsinin qüvvədə olma müddətindən 1 il keçdikdən sonra müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər zaminlər Cavabdeh2, X3 və Cavabdeh3 tələb etməkdə haqlı deyildir. İddia onlara qarşı qaldırılan hissədə təmin edilə bilməz. Bundan başqa AccessBank QSC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2013cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh3 qızının mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evi AccessBank QSC ilə Cavabdeh1 bağladığı kredit müqaviləsinin təminatı kimi iddiaçınin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə kredit borcunu iddiaçıya qaytarmadığına görə, AccessBank QSC həmin borcun ipoteka ilə yüklü edilmiş Cavabdeh3 ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılaraq əldə edilən vəsaitdən kredit borcunun ödənilməsini və həmin fərdi yaşayış evinin boşaldılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 15984.87 ABŞ dolları cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 984.87 ABŞ dolları məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 100 manat ekspertiza xərci cavabdehdən alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələb etməkdə iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit razılaşması üzrə 15901.84 ABŞ dolları əsas borcu, 3608.40 ABŞ dolları faiz borcu, 984.87 ABŞ dolları cərimə borcu, cəmi 20494.91 ABŞ dolları kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalı, tutmanin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 50.000 manat, likvid dəyəri 45.000 manat məbləğində müəyyən edilməli, fərdi yaşayış evi hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay müddətinə həmin fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 Sədrədin oğlundan alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit razılaşması 15901.84 ABŞ dolları əsas borcu, 3608.40 ABŞ dolları faiz borcu, 984.87 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumu, bildirişlərin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 21 manat xidmət haqqı tutularaq AccessBank QSC-nin xeyrinə verilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.0304 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 50.000 manat, likvid dəyəri 45.000 manat məbləğində müəyyən edilsin və açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. İddia tələbi qalan hissədə və kredit borcunun tutulmasına dair cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qaldırılan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1dan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-82/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-82/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver