Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-843/2023 02.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, ölüm faktının qeydə alınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (anası) Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, Ərizəçi, Maraqlı şəxs2 ilə 23 avqust 2016-cı il tarixdə nikah bağlamışdır. Birgə nikahlarından 25 sentyabr 2010-cu ildə Zəhra, 09 fevral 2012-ci ildə Pərvaz, 03 noyabr 2013-cü ildə Məryəm, 10 yanvar 2017-ci ildə isə Murad adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs2 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir və 02 avqust 2022-ci ildə vəfat etmişdir. Həmin vaxtı qanunu bilmədiyindən Vüqar üçün ölüm şəhadətnaməsi almamışdır. Sonradan hansı dövlət orqanına müraciət etsə də ölüm şəhadətnaməsini əldə edə bilməmişdir. Ərizəçinin himayəsində 4 azyaşlı uşaq vardır. Maraqlı şəxs2 ölüm haqqında şəhadətnaməsi olmadığından dövlətdən maddi yardım ala bilmir. Abşeron rayon qeydiyyat şöbəsinə müraciət etsə də ölüm haqqında tibbi rəy olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxs1nə məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş TTTYS-nın X2 vərəqəsindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə həkimə qədər vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Abşeron rayon rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Maraqlı şəxs2nın ölümünün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə Qeydiyyat Şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəməyə təqdim edilmiş Abşeron rayon Xırdalan Bələdiyyəsinin mərasim xidməti şöbəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə Xırdalan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Ərizəçi mərhum anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş Maraqlı şəxs2nın ölümünün qeyd edilməsini başqa qaydada əldə edə bilməz. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən oluna bilər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əri Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi əri Maraqlı şəxs2nın xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə Maraqlı şəxs2nın ölümünün qeydiyyat orqanında qeydə alınaraq, ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-843/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-843/2023
02.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver