Məhkəmə qərarları › İş №2(046)-853/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-853/2023

12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-853/2023 12.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X10 Firudin oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 300 manat dəyərində yatağın, 900 manat dəyərində soyuducunun, 800 manat dəyərində paltaryuyan maşının, 480 manat dəyərində televizorun və 970 manat dəyərində şifonerin, 50 manat dövlət rüsumun və 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 14 avqust 2008-ci il tarixdə el adəti ilə ailə qurmuş, nikahlarıı xx.xx.2010-cu il tarixdə qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X3 və X4 adlı uşaqları anadan olmuşdur.Nikaha daxil olduqdan bir müddət sonra cavabdeh tərəfindən mütəmadi şəkildə təhqirlərə və təzyiqlərə məruz qalmağa başlamış, münasibətləri düzələcəyinə ümid edərək, 2022-ci ilə qədər bu cür aşağılayıcı hərəkətlərə dözməyə davam etmişdir. Onun mütəmadi hal alan bu cür hərəkətlərinə dözməyərək, 2022-ci ildə övladlarını da götürərək ata evinə geri qayıtmış, həmin vaxtdan övladları ilə birlikdə valideynlərinin evində yaşayır. Özünün ata evinə qayıtmağına və ata evində yaşamağına baxmayaraq, iddia tələbinin predmetini təşkil edən əşyaları cavabdehin hazırda yaşadığı Göyçay şəhəri H.Əliyev prospektində yerləşən RTS binasındakı mənzildədir. Qeyd edilən cehiz əmlakları valideyinləri tərəfindən ona hədiyyə edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və göstərdi ki, cavabdeh ilə xx.xx.2010-cu ildə nikaha daxil olarkən iddia ərizəsində qeyd etdiyi əmlaklar ona hədiyyə edilmişdir.Belə ki,1 ədəd «Beko» markalı televizor və 1 ədəd «Beko» markalı paltaryuyan maşını qardaşı X7 tərəfindən, 1 ədəd dolab bibisi Kərimova Hicran Cəbrayıl qızı tərəfindən və 1 ədəd «Beko» markalı soyuducu həmkəndlisi X2 vasitəsilə bibisi tərəfindən alınaraq ona hədiyyə edilmişdir.2022-ci ildə ər-arvad münasibətləri pozulduğundan cavabdehlə birgə yaşadıqları evi tərk etmiş,ona məxsus olan əşyalar orada qalmışdır.Hazırda həmin əmlaklar cavabdehin yaşadığı mənzildədir. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi,izahat verərək bildirdi ki,doğrudan da iddiaçı ilə ailə qurarkən, iddiaçı özü ilə iddia ərizəsində qeyd etdiyi cehiz əmlakları onların birgə yaşadıqları evə gətirmişdir. Hazırda həmin əmlaklar yaşadığı mənzildədir, həmin əmlakların cavabdeh tərəfindən götürülməsinə etiraz etmir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş «Soliton» mağazalar şəbəkəsinin Göyçay rayon filialı tərəfindən verilmiş sənədlərə görə 1 ədəd «Beko» markalı televizor 01 noyabr 2020-ci ildə,1 ədəd «Beko» markalı paltaryuyan maşını isə 12 may 2021-ci ildə X5,1 ədəd «Beko» markalı soyuducu 24 may 2019-cu ildə X1,1 ədəd 6 qapılı dolab 13 dekabr2021-ci ildə bibisi Kərimova Hicran Cəbrayıl qızına nisyə satılmışdır. Məhkəməyə təqdim edilmiş mediator Akif Kərimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Qeyd: Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak,habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında,digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Tərəflərin mübahisə edilməyən izahatlarından müəyyən olunur ki, dəyəri 300 manat olan 1 ədəd yataq,dəyəri 900 manat olan 1 ədəd «Beko» markalı soyuducu ,dəyəri 800 manat olan 1 ədəd «Beko» markalı paltaryuyan maşını, dəyəri 480 manat olan 1 ədəd «Beko» markalı televizor və dəyəri 970 manat olan 1 ədəd şifoner Cavabdeh yaşadığı Göyçay şəhəri H.Əliyev prospektində yerləşən RTS binasında olan mənzildədir.Həmin əşyaların mövcudluğu «Soliton» mağazalar şəbəkəsinin Göyçay rayon filialı tərəfindən verilmiş sənədlərlə,habelə Cavabdeh izahatı ilə təsdiq olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını o halda geri tələb edə bilər ki,1) tələb olunan əmlak mülkiyyətçiyə məxsus olduqda, 2) həmin əmlaklar özgəsinin qanunsuz sahibliyində olduqda. Dəyəri 900 manat olan 1 ədəd «Beko» markalı soyuducunun ,dəyəri 800 manat olan 1 ədəd «Beko» markalı paltaryuyan maşınının, dəyəri 480 manat olan 1 ədəd «Beko» markalı televizorun və dəyəri 970 manat olan 1 ədəd şifonerin İddiaçı hədiyyə edilməsini, dəyəri 300 manat olan 1 ədəd yatağın isə iddiaçıya məxsus olmasını nəzərə alıb,məhkəmə hesab edir ki, İddiaçı həmin əşyaların mülkiyyətçisidir.Həmin əşyaların Cavabdeh yaşadığı mənzildə qalması tərəflərin izahatları ilə təsdiq olunduğundan,məhkəmə hesab edir ki,həmin əşyalar Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməli,bununla da iddia təmin edilməlidir. İddia təmin edildiyindən,məhkəmə hesab edir ki,məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli,iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı məxsus 300 manat dəyərində yataq, 900 manat dəyərində soyuducu, 800 manat dəyərində paltaryuyan maşın, 480 manat dəyərində televizor və 970 manat dəyərində şifoner, mövcud olmadığı halda onların ümumi dəyəri olan 3450 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəyəri 300 manat olan 1 ədəd yataq,dəyəri 900 manat olan 1 ədəd «Beko» markalı soyuducu ,dəyəri 800 manat olan 1 ədəd «Beko» markalı paltaryuyan maşını, dəyəri 480 manat olan 1 ədəd «Beko» markalı televizor və dəyəri 970 manat olan 1 ədəd şifoner alınaraq İddiaçı verilsin. Əşyaların alınması mümkün olmadıqda,onların dəyəri miqdarında pul Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. 50 manat mediasiya xərcinin yarısı-25 manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar