Məhkəmə qərarları › İş №2(046)-884/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-884/2021

25.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-884/2021 25.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-ziynət əşyalarının qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 25 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızıl-zynət əşyalarının alınması, olmadıqda isə onların ümumi dəyəri olan 2100 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 17.10.2017-ci ildə rəsmi nikah daxil olmuşlar. Birgə nikahdan bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə xarakterləri uyğun gəlmədiyindən, aralarında bağlanmış nikah Göyçay rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh 2020-ci ilin dekabr ayında onu döyərək ona məxsus qızıl-ziynət əşyalarını əlindən almış və Rusiya Federasiyasına getmişdir. Cavabdehdə qalan qızıl-zinət əşyaları aşağıdakılardır. 583 əyyar, 15qr olan 950 manat dəyərində Boyunbağı, klon və qolbaq dəsti, 583 əyyar, 12 qr olan 750 manat dəyərində sırğa-üzük dəsti, 583 əyyar 6 qr olan 400 manat dəyərində nişan üzüyünün, olmadığı təqdirdə onların ümumi dəyərinin 2100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh anası məhkəmə bildirişini qəbul etdikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Cavabdeh Rusiya Federasiyasına getdiyini və gəlininə məxsus qızıl-ziynət əşyalarını özü ilə apardığını bildirmişdir. İş üzrə iddiaçını dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 583 əyyar, 15qr olan 950 manat dəyərində Boyunbağı, klon və qolbaq dəsti, 583 əyyar, 12 qr olan 750 manat dəyərində sırğa-üzük dəsti, 583 əyyar 6 qr olan 400 manat dəyərində nişan üzüyü cavabdehin qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus 583 əyyar, 15qr olan 950 manat dəyərində Boyunbağı, klon və qolbaq dəsti, 583 əyyar, 12 qr olan 750 manat dəyərində sırğa-üzük dəsti, 583 əyyar 6 qr olan 400 manat dəyərində nişan üzüyü qızıl-ziynət əşyaları, mövcud olmadığı təqdirdə onların ümumi dəyəri olan 2100 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiacı İddiaçı məxsus 583 əyyar, 15qr olan 950 manat dəyərində Boyunbağı, klon və qolbaq dəsti, 583 əyyar, 12 qr olan 750 manat dəyərində sırğa-üzük dəsti, 583 əyyar 6 qr olan 400 manat dəyərində nişan üzüyü, mövcud olmadığı təqdirdə həmin qızıl-ziynət əşyalarının ümumi dəyəri olan 2100 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar