Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-895/2022 12.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat borcun və 65 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh fəaliyyət göstərdiyi Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış obyektini 5000 manata satdığını, qısa müddət ərzində sənədləşdirib alan şəxsin adına rəsmiləşdirəcəyini bildirmiş, qane etdiyi üçün 2020-ci ilin dekabr ayında cavabdehlə razılaşaraq, obyektin dəyərindən 4500 manatı cavabdehə vermiş, qalan 500 manatı isə rəsmiləşdirmə bitəndən sonra ödəcəyinə söz vermişdir. Cavabdeh 2 ay müddətinə ona satdığı qeyri-yaşayış obyektini rəsmiləşdirməyi öhdəsinə götürsə də, cavabdeh götürdüyü öhdəliyi icra etməmiş, bu günədək obyekti rəsmiləşdirməmiş, eləcə də satılan obyekti ona təhvil verməmişdir. Buna səbəb kimi cavabdeh ona satdığı qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin satış predmetinə aid olmadığı üçün rəsmiləşdirmə edə bilmədiyini göstərmişdir. Bundan sonra cavabdehə müraciət edərək, ondan aldığı 4500 manatı qaytarmasını tələb etsə də, cavabdeh aldığı pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh 11.11.2021 -ci il tarixdə qəbz yazaraq, ondan aldığı 4500 manatı hissə-hissə qaytaracağına söz versə də, lakin yənə də vədinə əməl etməyərək borclu olduğu pulu ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Göyçay Rayon İcra Hakmiyyəti tərəfindən ona verilmiş obyektdə peraşki sataraq dolanır. Həmin 20 kv.mlik obyekti satmaq istəmiş, 2020-ci ilin dekabr ayında İddiaçı ondan həmin obyekti almaq istəmiş, ona obyektə dair çıxarış olmadığını bildirmiş, Şamil onda sənəd işlərinin özü həll edəcəyini bildirmişdir. Bundan sonra 2020-ci ilin dekabr ayından İddiaçı həmin obyektə işləməyə başlamış, 2021 -ci ilin may ayınadək həmin obyektə işləmişdir. İddiaçı 2021 -ci ilin mart ayından başlayaraq ona hissə-hissə 4500 manat pul vermişdir. 2021 -ci ilin may ayından iddiaçı həmin obyektə fəaliyyəti dayandırmış, obyekti bağlamışdır. İddiaçıdan obyektin sənədlərini bərpa etməsini tələb etsə də iddiaçı buna etiraz etmiş, daha obyekti almayacağını bildirmişdir. Daha sonra obyektə baxış keçirən zaman iddiaçı tərəfindən obyektimə zərər vurulduğunu görmüşdür. Belə ki, iddiaçı həmin obyektin qarşı şüşələrini sındırmış, qapı qoymuşdur. İddiaçı ona məxsus obyektdə fasiləsiz olaraq 5 ay işləmişdir. Göyçay şəhərində həmin obyektin yerləşdiyi yeri nəzərə alaraq, aylıq kirayə haqqının 100-150 manat olduğunu nəzərə alaraq, iddiaçının ondan tələb etdiyi 4500 manat puldan 500 manatının icarəyə çıxılmasını və obyektinə iddiaçı tərəfindən vurulmuş zərərə görə də 500 manat pulun çıxılmasını xahiş edir. əlavə olaraq bildirir ki, iddiaçıya qalan borcunu hissə-hissə qaytaracaqdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş11.11.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 4500 manat pul aldığını, həmin pulu 2022-ci ilin yanvar ayından hər ay 300 manat ödəməklə qaytaracağını öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılıq əsasında Cavabdeh ona verilmiş iaşə obyekti, iddiaçıya satmağını öhdəsinə götürmüş, İddiaçı həmin obyektin dəyəri olan 5000 manatdan, 4500 manatını cavabdehə vermişdir. Hazırda iddiaçı İddiaçı Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyini əsas gətirərək cavabdehdən 4500 manat pulun alınaraq ona verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılıq əsasında Cavabdeh ona verilmiş iaşə obyekti, 5000 manata iddiaçıya satmağını öhdəsinə götürmüş, bu məqsədlə iddiaçıdan 4500 manat pul almışdır. Lakin üzərinə düşən öhdəliyi icra etməmiş, iaşə obyektinə dair heç bir alqı-satqı aparmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 4500 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 65 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 65 manat vəsait alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4500 manat məbləğində pul və 65 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-895/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-895/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver