Məhkəmə qərarları › İş №2(046)-905/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-905/2021

14.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-905/2021 14.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X6 nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh2 iştirakı ilə, qızıl-ziynət əşyalarının qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 qızılziynət əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X12 nümayəndəsi (atası) Nümayəndə iddianı qismən müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, tərəflər 19.09.2019-cu il tarixdə nikah bağlamışlar, birgə nikahlarından uşaqları anadan olmamışdır. Xasiyyətləri uyğun gəlməməsi səbəbindən aralarında bağlanmış nikah Göyçay Rayon Məhkəməsinin 2(046)-210/2021 nömrəli 29.01.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçıya məxsus qızıl-ziynət əşyalarının bir qismini cavabdeh X5 məhkəmə baxışı zamanı ona geri qaytarmışdır. Hazırda 2400 manat dəyərində 22 qram çəkidə qaynitur dəsti (üzük, sırğa, boyunbağı və qolbaq) cavabdehlərdə qalmışdır. Buna görə də iddianın bu hissədə təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində məhkəmədə izahat verən X5 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçıya məxsus iddia ərizəsində qeyd edilən qızıl-ziynət əşyalarının bir qismini yəni dəyəri 2400 manat qeyd edilən qarnitur istisna olmaqla digər qızıl-ziynət əşyalarını (5 adda) məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə qaytarmışdır. İddiaçının onlardan tələb etdiyi 2400 manat dəyərində 22 qram çəkidə qaynitur dəstini X9 ilə oğlu Cavabdeh1 birgə nikah dövründə sataraq müalicə üçün xərcləmişlər. Həmin qızıl ziynət əşyasını 2400 manata deyil, 1200 manata almış, toy zamanı X7 hədiyyə etmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia X4 qarşı qaldırılan hissədə rədd, Cavabdeh1 qarşı qaldırılan hissədə isə qismən təmin edilməlidir. Məhəkəmə hesab edir ki, Cavabdeh2 iddia ərizəsində qeyd edilmiş qızıl-ziynət əşyası olan 22 qram çəkidə qaynitur dəstinin qiyməti və mövcudluğu ilə bağlı göstərdiyi xüsusatlar iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilmədiyindən nəzərə alınmalıdır. Ona görə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən 2400 manat dəyərində 22 qram çəkidə qaynitur dəstinin tam şəkildən mövcud olması, eləcə də qızıl-ziynət əşyasınln iddia ərizəsində qeyd edilən dəyərdə olması barədə məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin etirafedici izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı X7 dəyəri 1200 manat olan 22 qram çəkidə qaynitur dəsti hədiyyə edilmiş, iddiaçı X9 ilə Cavabdeh1 qeyd edilən qızıl-ziynət əşyasını birgə nikah dövründə satmışlar. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən qızıl-ziynət əşyası, mövcud olmadığı təqdirdə isə dəyəri Cavabdeh1 alınaraq iddiaçı X7 verilməlidir. İddia tələbi X4 qarşı qaldırılan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X6 Cavabdeh1 qızıl-ziynət əşyalarının alınaraq ona verilməsi barədə tələbi qismən təmin edilməli, iddiaçı X7 məxsus dəyəri 1200 manat dəyərində 22 qram çəkidə qaynitur dəsti (üzük, sırğa, boyunbağı və qolbaq), mövcud olmadığı təqdirdə qızıl-ziynət əşyasının dəyəri olan 1200 manat pul Cavabdeh1 alınaraq iddiaçı X7 verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 məxsus 1200 manat dəyərində qaynitur dəsti (üzük, sırğa, boyunbağı və qolbaq), mövcud olmadığı təqdirdə qızıl-ziynət əşyasının dəyəri olan 1200 manat pul Cavabdeh1 alınaraq iddiaçı X7 verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X3 alınaraq iddiaçı X7 verilsin. İddia cavabdeh X4 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar