Məhkəmə qərarları › İş №2(046)-906/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-906/2021

15.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-906/2021 15.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-ziynət və cehiz əmlak tələbinə dair mülki işə Göyçay şəhərində 15 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qızıl-ziynət və cehiz əşyalarının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 12.04.2010-ci il tarixdə nikah bağlamış, birgə nikahdan 10.10.2011-ci il tarixdə X2 və 23.12.2013-cü il tarixdə X1 anadan olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuşdur. Belə ki, xasiyyətləri uyğun gəlməməsi səbəbindən aralarında tez-tez mübahisə yaranmış, Göyçay Rayon Məhkəməsinin 2(046)-56/2020 nömrəli 28.08.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nigah pozulmuşdur. Əmlakını götürmək istəsə də cavabdehlə aralarında münasibətlər normal olmadığından həmin əşyaları götürə bilməmişdir. Hazırda ona məxsus qızıl-ziynət əşyaları və cehiz əmlakı cavabdehə məxsus evdə qalmışdır. Buna görə də - 500 manat dəyərində 4 qr, 1 ədəd qızıl üzüyün, 800 manat dəyərində, 8 qr 1 ədəd qızıl qolbağın, 700 manat dəyərində, 5 qr 1 ədəd qızıl sırğanın, 600 manat dəyərində, 6 qr 1 ədəd qızıl nişan üzüyünün, 700 manat dəyərində, 6 qr 1 ədəd qızıl boyunbağının, - 500 manat dəyərində 1 ədəd paltar mebelin (dolabı), 500 manat dəyərində, 1 ədəd qabyığan şkafının, 300 manat dəyərində 1 ədəd termonun, 200 manat dəyərində 2 ədəd tumbanın, 600 manat dəyərində 1 ədəd divan 2 ədəd kreslonun, 700 manat dəyərində 1 ədəd taxtın, 700 manat dəyərində 1 ədəd paltaryuyan maşının, 120 manat dəyərində 1 ədəd tozsovuranın, 150 manat dəyərində 1 ədəd ət çəkən maşının, 250 manat dəyərində 5 ədəd yorğanın, 500 manat dəyərində 5 ədəd döşəyin, 300 manat dəyərində 7 ədəd yastığın, 150 manat dəyərində 10 ədəd doşəkçənin, 120 manat dəyərində 1 ədəd taxt üçün odeyalın, 80 manat dəyərində 1 ədəd taxt üçün yay pakrıvalın, 230 manat dəyərində 1 ədəd taxt üçün qış pakrıvalın, 290 manat dəyərində qaşıq dəstinin, 50 manat dəyərində 48 ədəd boşqab dəstinin, 450 manat dəyərində 3 ədəd böyük xalçanın, 200 manat dəyərində 2 ədəd kiçik xalçanın, 300 manat dəyərində 1 ədəd yemək servisinin, 50 manat dəyərində 30 ədəd stəkanın və 30 manat dəyərində 30 ədəd nəlbəkinin mövcud olmadığı halda isə onların dəyəri olan 10.070 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində ondan tələb etdiyi qızıl-ziynət əşyalarından 500 manat dəyəri kimi qeyd edilmiş, bir ədəd qızıl üzük 250 manata, dəyəri 600 manat kimi qeyd edilmiş bir ədəd qızıl nişan üzüyü 300 manata, dəyəri 700 manat kimi qeyd edilmiş bir ədəd qızıl boyunbağı 400 manata alınmış, həmin qızıl-ziynət əşyalarını və iddia ərizəsində qeyd edilmiş digər qızıl ziynət əşyalarını satmışdır. İddiaçının cehiz əmlak kimi tələb etdiyi 700 manat dəyərində, 1 ədəd paltaryuyan maşın,120 manat dəyərində 1 ədəd tozsovuran, 150 manat dəyərində 1 ədəd ət çəkən maşın, 1 ədəd qış üçün pakrıval, 450 manat dəyərində 3 ədəd böyük xalça, 200 manat dəyərində 2 ədəd kiçik xalça, 300 manat dəyərində 1 ədəd yemək servisi cavabdeh tərəfindən cehiz əmlak kimi gətirilməmişdir. Bundan başqa iddiaçının tələb etdiyi dəyəri 150 manat kimi qeyd edilmiş döşəkçə, 10 ədəd deyil – 1 ədəddir. (qiyməti 15 manat) Buna görə də iddianın qeyd edilən həddə təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhəkəmə hesab edir ki, Cavabdeh iddia ərizəsində qeyd edilmiş əmlakların sayı, qiymətləri və mövcudluğu ilə bağlı göstərdikləri xüsusatlar nəzərə alınmalıdır. Ona görə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən 10.070 manat dəyərində əmlakarın tam şəkildən mövcud olması, eləcə də qızıl-ziynət əşyalarının iddia ərizəsində qeyd edilən dəyərdə olması barədə məhkəmə baxışı zamanı heç bir mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin etirafedici izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus 250 manat dəyərində 4 qr, 1 ədəd qızıl üzük, 800 manat dəyərində 8 qr 1 ədəd qızıl qolbaq, 700 manat dəyərində, 5 qr 1 ədəd qızıl sırğa, 300 manat dəyərində 6 qr 1 ədəd qızıl nişan üzük, 400 manat dəyərində 6 qr 1 ədəd qızıl boyunbağı, - 500 manat dəyərində 1 ədəd paltar mebel (dolab), 500 manat dəyərində 1 ədəd qabyığan şkaf, 300 manat dəyərində 1 ədəd termo, 200 manat dəyərində 2 ədəd tumba, 600 manat dəyərində 1 ədəd divan 2 ədəd kreslo, 700 manat dəyərində 1 ədəd taxt, 250 manat dəyərində 5 ədəd yorğan, 500 manat dəyərində 5 ədəd döşək, 300 manat dəyərində 7 ədəd yastıq, 15 manat dəyərində 1 ədəd doşəkçə, 120 manat dəyərində 1 ədəd taxt üçün odeyal, 80 manat dəyərində 1 ədəd taxt üçün yay pakrıvalı, 290 manat dəyərində qaşıq dəsti, 50 manat dəyərində 48 ədəd boşqab dəsti, 50 manat dəyərində 30 ədəd stəkan və 30 manat dəyərində 30 ədəd nəlbəki cavabdehdə qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh qızıl-ziynət əşyalarının və cehiz əşyalarının alınaraq ona verilməsi barədə tələbi qismən təmin edilməli, İddiaçı məxsus qızıl-ziynət əşyaları – dəyəri 250 manat olan 4 qr, 1 ədəd qızıl üzük, dəyəri 800 manat olan 8 qr 1 ədəd qızıl qolbaq, dəyəri 700 manat olan 5 qr 1 ədəd qızıl sırğa, dəyəri 300 manat olan 6 qr 1 ədəd qızıl nişan üzük, dəyəri 400 manat olan 6 qr 1 ədəd qızıl boyunbağı mövcud olmadığı təqdirdə həmin qızıl ziynət əşyalarının cəmi dəyəri 2450 manat pul və cehiz əmlaklar olan 500 manat dəyərində 1 ədəd paltar mebel (dolab), 500 manat dəyərində 1 ədəd qabyığan şkaf, 300 manat dəyərində 1 ədəd termo, 200 manat dəyərində 2 ədəd tumba, 600 manat dəyərində 1 ədəd divan 2 ədəd kreslo, 700 manat dəyərində 1 ədəd taxt, 250 manat dəyərində 5 ədəd yorğan, 500 manat dəyərində 5 ədəd döşək, 300 manat dəyərində 7 ədəd yastıq, 15 manat dəyərində 1 ədəd doşəkçə, 120 manat dəyərində 1 ədəd taxt üçün odeyal, 80 manat dəyərində 1 ədəd taxt üçün yay pakrıvalı, 290 manat dəyərində qaşıq dəsti, 50 manat dəyərində 48 ədəd boşqab dəsti, 50 manat dəyərində 30 ədəd stəkan, 30 manat dəyərində 30 ədəd nəlbəki, mövcud olmadığı təqdirdə cehiz əmlkarın ümumi dəyəri olan 4485 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiacı İddiaçı məxsus qızıl-ziynət əşyaları – dəyəri 250 manat olan 4 qr 1 ədəd qızıl üzük, dəyəri 800 manat olan 8 qr 1 ədəd qızıl qolbaq, dəyəri 700 manat olan 5 qr 1 ədəd qızıl sırğa, dəyəri 300 manat olan 6 qr 1 ədəd qızıl nişan üzük, dəyəri 400 manat olan 6 qr 1 ədəd qızıl boyunbağı mövcud olmadığı təqdirdə həmin qızıl ziynət əşyalarının cəmi dəyəri 2450 manat pul və cehiz əmlaklar olan 500 manat dəyərində 1 ədəd paltar mebeli (dolab), 500 manat dəyərində 1 ədəd qabyığan şkaf, 300 manat dəyərində 1 ədəd termo, 200 manat dəyərində 2 ədəd tumba, 600 manat dəyərində 1 ədəd divan 2 ədəd kreslo, 700 manat dəyərində 1 ədəd taxt, 250 manat dəyərində 5 ədəd yorğan, 500 manat dəyərində 5 ədəd döşək, 300 manat dəyərində 7 ədəd yastıq, 15 manat dəyərində 1 ədəd doşəkçə, 120 manat dəyərində 1 ədəd taxt üçün odeyal, 80 manat dəyərində 1 ədəd taxt üçün yay pakrıvalı, 290 manat dəyərində qaşıq dəsti, 50 manat dəyərində 48 ədəd boşqab dəsti, 50 manat dəyərində 30 ədəd stəkan, 30 manat dəyərində 30 ədəd nəlbəki, mövcud olmadığı təqdirdə cehiz əmlkarın ümumi dəyəri olan 4485 manat, cəmi (2450+4485)=6935 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar