Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-921/2025 04.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, 08 yanvar 1980-cı il təvəllüdlü mərhum bacısı X2 07 mart 1980-cı il tarixdə Qəbələ şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, mərhum anası Xəzanə Mustafayevadan miras qalmış əmlak üzrə vərəsəliyin təyin edilməsi üçün notariat kontoruna sənədlər təqdim edərkən məlum olmuşdur ki, 07 mart 1980-ci il tarixdə vəfat etmiş 08 yanvar 1980-cı il təvəllüdlü mərhum bacısı X2 ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. 07 mart 1980-cı il tarixdə Qəbələ şəhərində vəfat etmiş 08 yanvar 1980-cı il təvəllüdlü mərhum bacısı X1 şəhər qəbirsanlığında dəfn edilmiş, lakin 1980-ci ildən bu günə kimi Naibənin məzarı tanınmaz vəziyyətə qalmışdır. Həmin vaxtdan uzun müddət keçdiyindən mərhum bacısı X2 ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdəndə qeydiyyat şöbəsinə ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün X2 ölümünün qeydiyyatını aparmaq mümkün olmamışdır. Qeydiyyat şöbəsinin 14 fevral 2025-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Notariat kontorunda anası Xəzanə Mustafayevadan miras qalmış əmlak üzrə vərəsəliyin təyin edilməsi üçün mərhum bacısı X3 ölüm şəhadətnaməsi alınması məqsədi ilə məhkəmədə vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 göstərdi ki, Ərizəçi böyük bacısıdır. 08 yanvar 1980-cı il təvəllüdlü mərhum bacısı X6 07 mart 1980-ci il tarixdə qəflətən epilepsiya xəstəliyindən vəfat etmiş, Qəbələ rayon qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 göstərdi ki, Ərizəçi xalası oğludur. O, Göyçay şəhərində yaşayır. Xalası Qəbələ rayonunda yaşamış, onlar ilə gediş-gəlişləri olmuşdur. Sonra xəbər bilmişdir ki, 08 yanvar 1980-cı il təvəllüdlü qohumu X6 07 mart 1980ci il tarixdə qəflətən vəfat etmiş, Qəbələ rayon qəbristanlığında dəfn edilmiş, dəfində iştirak etmişdir. Yazılı sübut qismində işə əlavə edilmiş Maraqlı şəxs 14 fevral 2025-ci il tarixli, 3-165/8-28/2025 saylı məktubdan görünür ki, Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.1980-ci il tarixli 21 nömrəli doğum haqqında akt qeydinə əsasən mərhum X6 xx.xx.1980-ci ildə Qəbələ rayonunda anadan olmuşdur, ata - X9, ana - X7 qeyd olunmuşdur. Maraqlı şəxs arxivində saxlanılan Maraqlı şəxs 1980-ci - 1986-cı illər üzrə ölüm haqqında akt qeydləri yoxlanılmış X2 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə tərəflərindən ölüm haqqında təkrar şəhadətnamənin verilməsi mümkürı deyildir. Bununla bağlı ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.1980-cı ildə Qəbələ rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1980-cı il tarixdə Maraqlı şəxs tərəfindən 21 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. Atası: X9, Anası: X4r. Qəbələ Rayon Mərkəzi Xəstəxanadan daxil olmuş məktubdan görünür ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 1996-cı ildı yanğın baş vermişdir. Bu səbəbdən tələb olunan illərə (1980) dair sənədləri təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının (AR Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 08 yanvar 1980-cı il təvəllüdlü X2 07 mart 1980-cı il tarixdə Qəbələ rayonunda vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-cı ildə Qəbələ rayonunda anadan olmuş X2 07 mart 1980-cı il tarixdə Qəbələ rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün qeydiyyat orqanında qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-921/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-921/2025
04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver