Məhkəmə qərarları › İş №2(047)-394/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-394/2023

05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-394/2023 05.07.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək qızı X1 xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında vəfat etməsi faktının qeyd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, qızı X4 xx.xx.1990-cı ildə Laçın rayon Qarakeçdi kəndində anadan olmuş, xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında ev şəraitində ağır xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Taxta körpü ərazisində Laçın rayon Qarakeçdi kənd qəbirstanlığında dəfn olunmuş, lakin qızına ölüm haqqında şəhadətnamə alınmamışdır. Bu barədə o, Maraqlı şəxsnə müraciət etsə də oradan məhkəməyə müraciət etməli olduğunu ona bildirmişlər. Bu faktı isə yalnız şahidlər təsdiq edə bilərlər. Bundan başqa o, bildirir ki, qızına ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən də xx.xx.1990-cı ildə Laçın rayon Qarakeçdi kəndində anadan olmuş mərhum qızı X1 xx.xx.1999-cu ildə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, habelə işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qimində dindirimiş X2 ifadəsində göstərdi ki, ərizəçinin qızı mərhum X4 onun bacısı qızıdır. X4 həqiqətən də xx.xx.1999-cu ildə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında ev şəraitində ağır xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Taxta körpü ərazisində Laçın rayon Qarakeçdi kənd qəbirstanlığında dəfn edilmiş və onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qimində dindirimiş X3 ifadəsində göstərdi ki, ərizəçinin qızı mərhum X4 onun həmkəndlisidir. X4 həqiqətən də xx.xx.1999-cu ildə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında ev şəraitində ağır xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Taxta körpü ərazisində Laçın rayon Qarakeçdi kənd qəbirstanlığında dəfn edilmiş və onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Laçın rayonunun Qarakeçdi kəndində qeydiyyatdadır. İşdə olan Laçın rayon İcra hakimiyyəti başçısının Qarakeçdi kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi məcburi köçkündür və hal-hazırda Ağcabədi rayon Taxta körpü 552 saylı qəsəbədə yaşayır. İşdə olan X3, X2 və X5 tərəfindən tərtib edilmiş və Laçın rayon İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki, həmkəndliləri Ərizəçi qızı X4 xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 Laçın rayonu qeydiyyat şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 ölümü barədə akt qeydi aşkar olunmamışdır. Ona görədə X1 ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqında arayışdan görünür ki, X4 xx.xx.1990-cı ildə Laçın rayon Qarakeçdi kəndində anadan olmuş və Ərizəçi həqiqətən də X1 anasıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə uyğun olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə uyğun olaraq ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1990-cı ildə Laçın rayon Qarakeçdi kəndində anadan olmuş X1 xx.xx.1999-cu ildə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında ev şəraitində ölməsi subuta yetirildiyindən və həmin faktın müəyyən edilməsi hüquqi əhmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, göstərilən fakt məhkəmə tərəfindən müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı ildə Laçın rayon Qarakeçdi kəndində anadan olmuş X1 xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonu Taxta körpü qəsəbəsi Laçın rayon Qarakeçdi obasında vəfat etməsi (ölməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar