Məhkəmə qərarları › İş №2(047)-514/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-514/2025

19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-514/2025 19.06.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəməyə gəlməmiş, İddiaçı məhkəməyə ərizə göndərərək ərizənin baxılmamış saxlanılmasını, iddia ərizəsinə əlavə etdiyi sənədlərin, həmçinin ödənilmiş dövlət rusumunun büdcədən ona geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.2-cü maddəsinə görə, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məhkəməyə ərizə göndərərək ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, Cavabdeh isə məsələnin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı, həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalı, eyni zamanda mülki iş üzrə İddiaçı tərəfindən ödənilmiş 133,50 (bir yüz otuz üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası МPМ-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Mülki iş üzrə İddiaçı tərəfindən ödənilmiş 133,50 (bir yüz otuz üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı hesabına köçürülsün. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar