Məhkəmə qərarları › İş №2(047)-597/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-597/2024

23.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-597/2024 23.05.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 12 oktyabr 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənib ailə həyatı qurmuş, Laçın Rayon Məhkəməsinin 2(047)-501/2023 saylı 30 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə onun arasında 12 oktyabr 2006-cı il tarixdə Laçın rayon VVADQ şöbəsində bağlanmış 146 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 08 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 31 may 2011-ci il tarixdə anadan olmuş X4 adlı iki nəfər uşaqların onun yanında qalmaları qət edilmişdir. Bundan başqa uşaqların saxlanılmasına görə Maraqlı şəxs ilə aralarında razılıq əldə olunduğuna görə mediasiyaya prosesi nəticəsində Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Sazişə görə Maraqlı şəxs birgə nikahlarından olan uşaqlarının ounun yanında qalmasına etiraz etməmiş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi üzrə müəyyən olunmuş öhdəliyini bu günə kimi könüllü şəkildə icra etməmiş və uşaqların saxlanılmasına görə müəyyən olunmuş alimenti ödəməkdən yayaınmışdır. Ona görə də onunla Maraqlı şəxs arasında bağlanmış MŞB/3/2023-00342 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi və ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rusumunun əvəzinin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixli iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə göndərərək Maraqlı şəxs ilə arasında bağlanmış MŞB/3/2023-00342 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişinin qismən, yəni birgə nikahlarından doğulmuş 08 yanvar 2010-cu il təvəllüdlü X1 və 31 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin Maraqlı şəxs tərəfindən ona ödəniməsinə dair hissədə məcburi icrası üçün təsdiq edilməsi və ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rusumunun əvəzinin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilib ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunundan görünür ki, Maraqlı şəxs 08 yanvar 2010-cu il tarixdə anadan olmuş X1 və 31 may 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat cəmi 440 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Bundan əlavə “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin 2.3-cü bəndi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin həmin hissəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Lakin Maraqlı şəxs barışıq sazişinin qeyd edilən hissəsinin icrasından boyun qaçırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.3-cü bəndi, yəni Maraqlı şəxs 08 yanvar 2010-cu il tarixdə anadan olmuş X1 və 31 may 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulub Ərizəçi ödənilməsi hissəsi təsdiq olunmalıdır. Həmçinin, Maraqlı şəxs iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutulub Ərizəçi xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə, həmçinin hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü bəndi, yəni Maraqlı şəxs 08 yanvar 2010-cu il tarixdə anadan olmuş X1 və 31 may 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulub Ərizəçi ödənilməsi hissəsi təsdiq edilsin. Maraqlı şəxs iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulub Ərizəçi xeyrinə ödənilsin. Barışıq sazişinin 2.3-cü bəndinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar