Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-653/2025 02.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi (ölüm) faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi (ölüm) faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmiş və onların iştirakları olmadan işə baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçının nümayəndəsi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Beləliklə, iş üzrə tərəflər növbəti dəfə məhkəmə iclasına gəlmədiklərindən məhkəmə ərizənin baxılmamış saxlanılması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi (ölüm) faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-653/2025
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-653/2025
02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver