Məhkəmə qərarları › İş №2(047)-984/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-984/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-984/2025 28.10.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək oğlu X2 xx.xx.1995-cü il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında vəfat etməsi faktının qeyd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, oğlu X4 xx.xx.1995-ci ildə Laçın rayon Qarıqışlaq kəndində anadan olmuş, xx.xx.1995-cü il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında ev şəraitində xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq qəbirstanlığında dəfn olunmuş, lakin oğluna ölüm haqqında şəhadətnamə alınmamışdır. Bu barədə o, Maraqlı şəxsnə müraciət etsə də oradan məhkəməyə müraciət etməli olduğunu ona bildirmişlər. Bu faktı isə yalnız şahidlər təsdiq edə bilərlər. Bundan başqa o, bildirir ki, oğluna ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən də xx.xx.1995-ci Laçın rayon Qarıqışlaq kəndində anadan olmuş mərhum oğlu X2 xx.xx.1995-cü ildə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə məktub göndədərək məhkəmə iclasını nümayəndələrinin iştrakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qimində dindirimiş X5 ifadəsində göstərdi ki, ərizəçinin oğlu mərhum X4 onun xalasının nəvəsidir. X4 həqiqətən də xx.xx.1995-cü ildə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında ev şəraitində xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Taxta körpü qəsəbəsində Laçın rayon Qarıqışlaq qəbirstanlığında dəfn edilmiş və onun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qimində dindirimiş X1 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin mərhum oğlu X4 həqiqətən də xx.xx.1995-cü ildə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında ev şəraitində xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Taxta körpü qəsəbəsində Laçın rayon Qarıqışlaq qəbirstanlığında dəfn edilmiş və onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan görünür ki, Ərizəçi Laçın rayonunda qeydiyyatdadır. İşdə olan X5, X1 və X7 tərəfindən tərtib edilmiş və Laçın rayon İcra Hakimiyyəti Qarıqışlaq kəndi üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktın məzmunundan görünür ki, həmkəndliləri Ərizəçi oğlu X4 xx.xx.1995-cü il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında ev şəraitində xəstəlikdən vəfat edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 Laçın rayonu qeydiyyat şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölümü barədə akt qeydi aşkar olunmamışdır. Ona görədə X2 ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqında şəhadətnamənin çıxarışından görünür ki, X4 xx.xx.1995-ci ildə Laçın rayon Qarıqışlaq kəndində anadan olmuş və Ərizəçi həqiqətən də X2 anasıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə uyğun olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə uyğun olaraq ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1995-ci ildə Laçın rayon Qarıqışlaq kəndində anadan olmuş X2 xx.xx.1995-cü ildə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında ev şəraitində ölməsi subuta yetirildiyindən və həmin faktın müəyyən edilməsi hüquqi əhmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır, ona görə də təmin edilməli, göstərilən fakt məhkəmə tərəfindən müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə Laçın rayon Qarıqışlaq kəndində anadan olmuş X2 xx.xx.1995-cü il tarixdə Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Qarıqışlaq obasında vəfat etməsi (ölməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar