Məhkəmə qərarları › İş №2(048)-1030/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-1030/2025

07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-1030/2025 07.11.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, Ərizəçi (maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi qeyd edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi qeyd edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2025-ci il tarixində ölümünün qeydə alınması hüquqi əhəmiyyətli faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx xxxxx 1962-ci ildə Lerik rayonu Bobla kəndində anadan olmuşdur. Mərhum oğlu X3 02 yanvar 1995-ci ildə Lerik rayonu Bobla kəndində anadan olmuşdur. Onun doğumu Lerik rayon İcra Hakimiyyəti Başçısının Bürsümbül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1995-ci il tarixli 13 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Oğlu subay olmuş, sonuncu qeydiyyat ünvanı ünvan 1burən səfərbərliyə cəlb olunmuşdur. Oğlu 13 may 1995-ci il tarixdə Donetsk vilayətinin, Krasnoarmeyski rayonunun, Andreyevka yaşayış məntəqəsi yaxınlığında həlak olmuşdur. Onun ölüm səbəbi digər kəllədaxili tavmalar S06-8, hərbi əməliyyat vaxtı partlayış Y36-2 olmuşdur. Onun ölümü ilə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin “111 Baş Dövlət Məhkəmə-Tibb və X1” Federal dövlət büdcə müəssisəsinin 2 № filialının verdiyi xx.xx.2025-ci il tarixli, 60 seriyalı ********* nömrəli ölüm haqqında yekundur. Maraqlı şəxsə ölüm haqqında şəhadətnamə üçün müraciət etdikdə, informasiya sistemində ölüm haqqında tibbi şəhadətnamənin olmadığını bildirdilər. Onun tərəfindən verilən sənəddə isə uyğunsuzluğun olduğunu bildirdilər. 1 saylı Bakı Maraqlı şəxsndə Qediyyat şöbəsi tərəfindən ona təqdim olunan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-7446/25 saylı məktubda 1 saylı Bakı Maraqlı şəxs Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Donetsk Xalq Respublikası, Krasnoarmeyski rayonu, Andreyevka yaşayış məntəqəsində vəfat edən övladı X2 ölümünün qeydiyyata alınması barədə müraciətinə baxıldığı və Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə əsalanaraq dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi, qeyd edilən sənədin tərtib edildiyi ərazi-Donetsk şəhəri hal-hazırda rəsmi tanınmaya malik olmayan ərazi statusunda olduğu, bu səbəbdən, təqdim olunmuş sənədin etibarlılığını rəsmi şəkildə təsdiqi mümkün olmadığından müraciətinin təmin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd etmək istəyir ki, belə mübahisələrə inzibati məhkəmələrdə yox, rayon (şəhər) məhkəmələrində faktın təsdiq edilməsi qaydasında baxıla bilər. Lerik rayon İcra Hakimiyyəti Başçısının Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-65-1512-188/2025 saylı arayışında da müəyyən olunur ki, mərhum Hövsan qəbirstanlığında dəfn olunmuş və dəfnlə bağlı xərclər onun tərəfindən ödənilmişdir. Ölüm haqqında şəhadətnamə olmadığı üçün gələcəkdə notariat xidmətdə aparılacaq hər hansı işlərdə problem olacağından ona məxsus olan ölüm haqqında şəhadətnaməsinin olmasının vacib olduğunu bilir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; - 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsindən müəyyən olunur ki, ərizəçinin mərhum oğlu X2 adına ölüm haqqında şəhadətnamə verilmişdir. Odur ki, ərizəçinin hazırki tələbinə faktın müəyyən edilməsi kimi xüsusi icraat qaydasında baxılması yolverilməzdir. Ərizəyə əlavə olunmuş 26 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, ərizəçi ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin qurumdan imtina cavabı almışdır. Məhkəmə qeyd edir ki, ərizəçi hazırki ərizəsində göstərdiyi məsələnin həllindən narazı qaldığı halda, həmin inzibati orqanın hərəkətləri ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Ona görə də, Ərizəçi ərizəsinə mülki mühakimə (xüsusi) icraatı qaydasında baxılmalı olmadığından, tələbin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, 2.1 və 2.1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri, İİİ bəndinə əsasən Azərbaycan Respublikası Yerli İcra Hakimiyyət orqanları və həmin bəndin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqanlar kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs qismində 1 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizədə qeyd edilən xüsusatla bağlı inzibati orqana müraciət edə, inzibati orqan müraciətə müsbət cavab vermədiyi halda onun hərəkətlərindən və ya qərarından müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ var. Məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar