Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-132/2024 20.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpağın asudələşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində mülkiyyətinə 0.26 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəmin və Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində vəfat etmiş anası və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsinin istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və torpaqların zəbtindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı1 24.11 1976-cı ildə İddiaçı2 xx.xx.1979-cu ildə Lerik rayonu Akuşapeştə kəndində doğulmuşdur. Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində mülkiyyətinə 0.26 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş, həmçinin Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində vəfat etmiş anası və ailə üzvlərinə 1.03 ha torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahələri cavabdelər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunaraq həmin torpaq sahələrindən onlar istifadə etməyə imkan vermirlər. Torpağı azad etməsini barədə dəfələrlə cavabdehlərə desə də lakin onlar buna heç bir məhəl qoymamışdır.Bu səbəbdən maneələrin aradan qaldırlması və torpağın zəbtdən azad edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 nun etibarnamə üzrə nümayəndəsi iddianı müdafiə edib iddianın təmin olunması barədə qətnamə çıxarılmasın xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianıqəbul etməyərək bildirdi ki, 1996-cı il tarixdə ona torpağ sahəsi verilmişdir o iddiaçılara məxsus torpağ sahəsini zəpt etməmişdir.Bütün bunları nəzərə alarq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN: 0033 Kod 80318028 saylı Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarına əsasən İddiaçı2 və ailə üzvlərinə 1.03 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN: 0034 Kod 80318028 saylı Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarına əsasən İddiaçı1 və ailə üzvlərinə 0.26 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(048)-30/2023 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elməddin Aslanlı tərəffindən verilmiş 08 aprel 2024-cü il tarixli 10/1461 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-276/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 36 saylı qərarı əsasında JN-34 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 0,26 ha pay torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********30 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-33A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərində olan 0,4366 ha torpaq sahəsinin 26 na hissəsinin Cavabdeh1, 0,08 ha hissəsinin ise Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı xx.xx.2022-ci il tarixli, ********** EKSPERT haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nom ömrəli və 40301 **********0 revestr tərəfindən istifadə nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-33A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərində olan 0,5902 ha torpaq sahəsinin bütövlüklə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17770 saylı qəbzdən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı1 DƏDRX-nin Lənkaran ərazi idarəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində iddiaçı və ailə üzüvlərinin mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahənin və Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində İddiaçı2 və ailə üzvlərinə verilmiş 1.03 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. İddiaçılar torpaq sahəsinin zəbtdən azad edilməsi üçün çoxlu səylər göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər də cavabdehin iddiaçıya məxsus torpağ sahəsinin zəpt olunduğunu öz izahatları ilə təsdiq etdilər. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində idddiaçı İddiaçı2 və ailə üzüvlərinə verilmiş verilmiş 1.03 ha torpağ sahəsinin 0.4366 ha torpaq sahəsinin 0.36 ha hissəsinin Cavabdeh1, 0.08 ha hissəsi Cavabdeh2 tərəfindən istifadəsi dayandırılaraq həmin torpağ sahəsindən cavabdehlər çıxarılaraq torpağ sahəsi İddiaçı1 qaytarılmalıdır. Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində idddiaçı İddiaçı2 və ailə üzüvlərinə verilmiş verilmiş 1.03 ha torpağ sahəsinin 0.5902 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadəsi dayandırılaraq həmin torpağ sahəsindən cavabdeh çıxarılaraq torpağ sahəsi İddiaçı1 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 100 (bir yüz) manat pul cəmi ümumilikdə 200 (iki yüz) manat pul Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı1 və İddiaçı2 verilməlidir. Əlavə olaraq Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik rayon Aqrar İslahatı Komissiyasının 12 dekabr 1997-ci il tarixli 36 saylı qərarı ilə Lerik rayonu Akuşapeştə kəndində idddiaçı İddiaçı2 və ailə üzüvlərinə verilmiş 1.03 ha torpağ sahəsinin 0.6702 ha hissəsinin Cavabdeh2, 0.36 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadəsi dayandırılaraq həmin torpağ sahəsindən cavabdehlər çıxarılaraq torpağ sahəsi İddiaçı1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 100 (bir yüz) manat pul cəmi ümumilikdə 200 (iki yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 və İddiaçı2 verilsin. Əlavə olaraq Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-132/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-132/2024
20.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver