Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-307/2023 17.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ İ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi Qəhraman qızının, Maraqlı şəxs rəisi X5 iştirakları ilə, Ərizəçi Qəhraman qızının ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Qəhraman qızı ərizə ilə məhkəməyə müraciət edərək 20 dekabr 1995-ci ildə anadan olmuş X1 17 yanvar 2023-cü il tarixdə Lənkaran rayonu Boladi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Qəhraman qızı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə Lerik rayon Almu kəndində anadan olmuşdur.Hal-hazırda ailə üzüvləri ilə birlikdə həmin ünvanda yaşayır.Birgə nikahdan iki övladı anadan olmuşdur.Mərhum əri X217 yanvar 2023-cü il tarixdə Lənkaran rayonu Boladi kəndində atasına məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin giriş hissəsində yerləşən taxta atmadan ağ rəngli sintetik iplə özünü asaraq intahar etmişdir.Mərhum ərinin cənazəsi Lənkəran rayonu Boladi kənd qəbirstanlığında dəfn olunmuşdur.Mərhum əri vəfat edərkən onlar hüzür mərasiminin keçirilməsi ilə əlaqədar olaraq vaxt tapıb ərinə ölüm haqqında şəhadətnamə götürməmişlər.Lənkaran rayonu Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsədə ona imtina qərarı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Qəhraman qızı məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X9 məhkəmə iclası zamanı Ərizəçi Qəhraman qızının ölüm faktının müəyyən edilməsi ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki,X2 xx.xx.2023-ci il tarixdə vəfat etmiş Lənkaran rayon Bolədi kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi Qəhraman qızı ilə X2 nikaha daxil onların nikahlarını 16 mart 2017-ci il tarixdə Lənkaran rayonu Boladi kənd inzibati ərazi icra nümayəndəliyində 07 sayla rəsmiləşdirilmiş nikah qeydi vardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki tərəflərin birgə nikahından xx.xx.2017-ci il tarixdə X3 və xx.xx.2018-ci il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Lənkaran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2023-cü il tarixli 12-30/258 saylı arayışdan görünür ki, X2 doğulduğu Lənkaran rayonunun Boladi kənd qəbirstanlığında dəf edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, xx.xx.1995-ci ildə anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə ölməsi faktının qeydə alınması üçün tələb olunan həkim arayışı qanunla müəyyən edilmiş müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün onun ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx.xx.1995-ci ildə Lənkaran rayonu Boladi kəndində anadan olmuş X1 xx.xx.2023-ci il tarixdə , Lənkaran rayonu Boladi kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci ildə Lənkaran rayonu Boladi kəndində anadan olmuş X1 xx.xx.2023-ci il tarixdə , Lənkaran rayonu Boladi kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X1 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-307/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-307/2023
17.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver