Məhkəmə qərarları › İş №2(048)-315/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-315/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-315/2025 09.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 yanvar 1961-ci ildə Lerik rayonu Qışlaq kəndində doğulmuş X1 16 sentyabr 2022-ci ildə Lerik rayonunun Qışlaq kəndində vəfat etməsi və 15 yanvar 1970-ci il tarixdə Lerik rayonu Qışlaq kəndində doğulmuş X2 01 aprel 2021-ci ildə Lerik rayonunun Qışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1978-ci ildə Lerik rayonu Qışlaq kəndində doğulmuşdur. Bacısı 09 yanvar 1961-ci ildə Lerik rayonu Qışlaq kəndində doğulmuş X5 16 sentyabr 2022-ci ildə Lerik rayonu Qışlaq kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuş, qardaşı 15 yanvar 1970-ci ildə Lerik rayonu Qışlaq kəndində doğulmuş X9 01 aprel 2021-ci ildə Lerik rayonu Qışlaq kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda onların qəbri Lerik rayonu Qışlaq kəndində olan qəbiristanlıqdadır. Səhlənkarlıqdan bacısının və qardaşının ölümünü qeydiyyat orqanında qeydə aldırmamışdır. Sonradan Maraqlı şəxsnə müraciət etsə də, bundan imtina edilmişdir. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan başqa bacısı X1 16 sentyabr 2022-ci ildə Lerik rayonu Qışlaq kəndində vəfat etməsi və qardaşı X4 01 aprel 2021-ci ildə Lerik rayonu Qışlaq kəndində vəfat etməsini şahidlər, ƏİN-in təqdim etdiyi aktlarla da təsdiq olunur. Hal-hazırda bacısının və qardaşının ölümü rəsmi orqanlarda qeydə alınmadığından və kənd təsərrüfatlı torpaq aktında onların adları getdiyindən ölüm haqqında şəhadətnamə lazımdır. Həmçinin bacısı və qardaşı barəsində ölüm haqqında qeyd müvafiq icra hakimiyyəti orqanında qeyd olunmadığından bacısı və qardaşı yaşayan şəxs kimi göstərilir. Bu hala görə ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, torpağa mülkiyyət hüququna dair Dövlət aktında bacısı X1 və qardaşı X4 adlarının qeyd edildiyini, torpaq sahəsinin adına keçirilməsi üçün mərhum bacısının və qardaşının ölüm haqqında şəhadətnamələrinin lazım olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1961-ci il tarixdə Lerik rayonu Daster kənd ƏİN-də 15 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-xx-xx/2025 nömrəli arayışdan görünür ki, X9 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1970-ci il tarixdə Lerik rayonu Daster kənd ƏİN-də 12 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 04082660 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1961-ci il tarixdə Lerik rayonu, Qışlaq kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 06433266 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1970-ci il tarixdə Lerik rayonu, Zərikuməco kəndində anadan olmuşdur. İş materiallarında olan Lerik RİHB-nın Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş və 1. Lerik rayon icra hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X11, 2. Lerik rayon icra hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X12, 3. Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi X13, 4. Piran bələdiyyəsinin sədri X10, 5. Piran bələdiyyəsinin müavini X18, 6. Qışlaq kənd sakini Ərizəçi, 7. Qışlaq kənd sakini X3 iştirakı ilə tərtib edilmiş 12 fevral 2025-ci il tarixli aktdan görünür ki, Lerik rayon Qışlaq kənd qeydiyyatında olan, 15 yanvar 1970-ci il təvəllüdlü X9 01 aprel 2021-ci ildə vəfat etmiş, 02.04. 2021-ci il tarixdə Lerik rayon Qışlaq kənd qəbirstanlığında kənd camaatının və onların iştirakı ilə dəfn edilmişdir. İş materiallarında olan Lerik RİHB-nın Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş və 1. Lerik rayon icra hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X11, 2. Lerik rayon icra hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X12, 3. Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd nümayəndəliyinin baş məsləhətçisi-baş mühasibi X13, 4. Piran bələdiyyəsinin sədri X10, 5. Piran bələdiyyəsinin müavini X18, 6. Qışlaq kənd sakini Ərizəçi, 7. Qışlaq kənd sakini X3 iştirakı ilə tərtib edilmiş 12 fevral 2025-ci il tarixli aktdan görünür ki, Lerik rayon Qışlaq kənd qeydiyyatında olan, Lerik rayon Qışlaq kəndində qeydiyyatında olan 09 yanvar 1961-ci il təvəllüdlü mərhum X5 16 sentyabr 2022-ci ildə vəfat etmiş, 17 sentyabr 2022-ci il tarixdə Lerik rayon Qışlaq kənd qəbirstanlığında kənd camaatının və onların iştirakı ilə dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 14 fevral 2025-ci il tarixli məktubundan görünür ki, X9 və X1 2020-2022-ci illərə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda ölüm şəhadətnaməsinin verilməsi barədə ərizənin qəbulundan və icrasından imtina etmiş və qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1961-xx.xx.2022-ci il təvəllüdlü X1 adı, soyadı və ata adı qeyd olunmuşdur. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1970-xx.xx.2021-ci il təvəllüdlü X4 adı, soyadı və ata adı qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun kürəkənidir. Təsdiq edir ki, X9 xx.xx.2021-ci il tarixində Lerik rayonunda vəfat etmiş, Lerik rayon Qışlıq kənd qəbiristanlıqda dəfn edilmiş, X5 xx.xx.2022-ci il tarixində Lerik rayonunda vəfat etmiş, Lerik rayon Qışlıq kənd qəbiristanlıqda dəfn edilmiş, dəfn və yas mərasiminlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası oğludur. Təsdiq edir ki, X9 xx.xx.2021-ci il tarixində Lerik rayonunda vəfat etmiş, Lerik rayon Qışlıq kənd qəbiristanlıqda dəfn edilmiş, X5 xx.xx.2022-ci il tarixində Lerik rayonunda vəfat etmiş, Lerik rayon Qışlıq kənd qəbiristanlıqda dəfn edilmiş, dəfn və yas mərasiminlərində iştirak etmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, 09 yanvar 1961-ci ildə Lerik rayonu Qışlaq kəndində doğulmuş X1 16 sentyabr 2022-ci ildə Lerik rayonunda ölməsi və 15 yanvar 1970-ci il tarixdə Lerik rayonu Zərikuməco kəndində doğulmuş X2 01 aprel 2021-ci ildə Lerik rayonunda ölməsi faktı ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1970-ci ildə Lerik rayonunun Zərikuməco kəndində doğulmuş X4 xx.xx.2021-ci il tarixində Lerik rayonunda, xx.xx.1961ci ildə Lerik rayonunun Qışlaq kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixində Lerik rayonunda ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, .01.1970-ci ildə Lerik rayonunun Zərikuməco kəndində doğulmuş X4 xx.xx.2021ci il tarixində Lerik rayonunda, xx.xx.1961-ci ildə Lerik rayonunun Qışlaq kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixində Lerik rayonunda ölməsi faktı faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə Lerik rayonunun Zərikuməco kəndində doğulmuş X4 xx.xx.2021-ci il tarixində Lerik rayonunda, xx.xx.1961-ci ildə Lerik rayonunun Qışlaq kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixində Lerik rayonunda ölmələri faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 və X1 ölümlərinin qeydə alınması və ölüm haqqında şəhadətnamələrinin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar