Məhkəmə qərarları › İş №2(048)-316/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-316/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-316/2023 23.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Maraqlı şəxs rəisi X1 iştirakları ilə, Ərizəçinın ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 19 noyabr 1994-cü ildə anadan olmuş X2 08 iyul 1996-cı il tarixdə Lerik rayon Uşaq Xəstəxanasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayonu Noda kəndində yaşayır.Noda kənd akini X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahlarından 3 uşaqı doğulmuşdur.19 noyabr 1994-cü il tarixdə anadan olmuş X4 anadan gəlmə iflic olmuşdur.12 iyun 1995-ci il tarixdə 03 saylı doğum akt qeydinə əsasən ona doğum haqqında şəhadətnamə verilmişdir.Mərhum övladı xəstə olduğu üçün uzun sürən müalicədən sonra 08 iyul 1996-cı ildə Lerik rayon uşaq xəstəxanasında vəfat etmişdir.Mərhum övladının cənazəsini Lerik rayonu Noda kəndinə qohumu X5 gətirmişdir. Qohumları ilə birlikdə mərhum qızını Lerik rayon Noda kənd qəbirstanlığında dəfn etmişlər.Maddi imkanları olmadığından 1996-cı il tarixdən hal-hzırki tarixədək mərhum qızı üçün ölüm haqqında şəhadətnamə almamışlar.Bu barədə Maraqlı şəxsnə müraciət etsədə ona 11 yanvar 2023-cü il tarixli 05/15-04 saylı imtina qərarı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək iddiasını müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X6 məhkəmə iclası zamanı Ərizəçinın qızının ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki,X4 xx.xx.1994-cü il tarixdə vəfat etmiş Lerik rayon Noda kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki tərəflərin birgə nikahından 19 noyabr 1994-cü ildə X4 adlı uşaqları doğulmuşdur. Məhkəmə maraqlı şəxsin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, Ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, 19 noyabr 1994-cü ildə anadan olmuş X2 08 iyul 1996-cı il tarixdə ölməsi faktının qeydə alınması üçün tələb olunan həkim arayışı qanunla müəyyən edilmiş müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün onun ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə xx.xx.1994-cü ildə Lerik rayonu Noda kəndində anadan olmuş X2 08 iyul 1996-ci il tarixdə , Lerik rayonu uşaq xəstəxanasında ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.1994-cü ildə Lerik rayonu Noda kəndində anadan olmuş X2 08 iyul 1996-ci il tarixdə, Lerik rayonu uşaq xəstəxanasında ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X2 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar