Məhkəmə qərarları › İş №2(048)-338/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-338/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-338/2024 25.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X8 iştirakları ilə, Ərizəçinın ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə Lerik rayon Orand kəndində anadan olmuşdur.O, 1988-ci ildə Lerik rayon Orand kəndində doğulmuş X4 ilə 2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X3 anadan olmuşdur.Bildirib ki, X3 xx.xx.2024-cü il tarixdə hiporteniya səbəbindən Bakı Baş Səhiyyə X13 Şəxs 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında vəfat etmişdir. Onun üçün ölüm şəhatənmaəsi götürə bilməmişdir. Hal hazırda onun qəbri Lerik rayon Orand kənd qəbristanlığında yerləşir. Şəhadətnamə alınması üçün Asan xidmət mərkəzinə müraciət etsədə bundan imtina edilmişdir. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmək mecburiyyətində qalmışdır. Bundan başqa qızının ölüm faktını, müvafiq icra hakimiyyəti orqanından alınmış arayışda təsdiq edə bilər.Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X11 məhkəmə iclası zamanı Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki,həqiqətən də X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş onu Lerik rayon Orand kənd qəbirstanlığında dəfn etmişlər. İş materillarına əlavə edilmiş 5 saylı Bakı ASAN xidməti mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünürki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materillarına əlavə edilmiş 02 sayli Lerik RİHB-nin Orand kənd inzibati ərazi dairəsi tərəfindən verilən nikah haqqqinda şəhadətnamənin sürətindən görünürki, Ərizəçi xx.xx.2017-ci il tarixində X4 ilə rəsmi nikaha daxil olmuşlar. İş materillarına əlavə edilmiş 4 nömrəli Birləşmiş Şəhər Xəstəxansı tərəfindən verilmiş məktubdan görünürki, Xəzər rayonu Binə Südçülük savxozu ünvaninda yaşamiş xx.xx.2023-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə X6 Yardim Stansiyası tərəfindən ölüm fakti qeydə alınmışdır.Vəfat edən uşağın ölüm səbəbi naməlum olduğu üçün TQS№106 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materillarına əlavə edilmiş 10 saylı X6 Yardım Stansiyasinin xx.xx.2024-cü il tarixli ölüm haqqinda xəbardarliq vərəqəsindən görünürki, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə südçülük savxozu ünavaninda yaşayan X3 hipotrofiya xəstəliyi səbəbindən vəfat etmişdir. İş materillarına əlavə edilmiş 5 saylı Baki Asan Xidmət Mərkəzi Qedyiyyat şöbəsi tərəfindən verilmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-10-361/2024 saylı məktubundan görünürki,xx.xx.2023-cü il təvəlludlü X1 ölüm haqqinda tibbi şəhadətnaməsi olmadiğindan X2 ərizəsinin qəbulundan imtina edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş hesab edilməsindən bəhs edən 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə göərə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə iclası zamanı işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi 1991ci il tarixdə Lerik rayonu Orand kəndində anadan olmuşdur.Ərizəçi 2017-ci il tarixdə X4 ilə nikaha daxil olaraq ailə qurmuşdur.Ərizəçinin mərhum qızı xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.Ərizəçi uşağin ölümü barədə tibbi şəhadətnamə ala bilmədiyindən mərhum qızı üçün ölüm haqqında şəhadətnamə götürməmişdir. Ərizəçi bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə südçülük savxozunda ölməsi faktı müəyyən edilməlidir.A Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə südçülük savxozunda ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X1 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar