Məhkəmə qərarları › İş №2(048)-344/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-344/2023

11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-344/2023 11.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X2 iştirakları ilə, Ərizəçinın ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 oktyabr 1975-ci ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş X3 14 mart 2022-ci tarixdə Lənkəran rayonu Digah kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü ildə Lerik rayonu Siyov kəndində anadan olmuşdur.X1 xx.xx.1975-ci il tarixdə Lerik rayonu Siyov kəndində anadan olmuş, 14 mart 2022-ci il tarixdə Lənkəran rayonu Digah kəndində vəfat etmiş və onu 14 mart 2022-ci il tarixdə Lerik rayonu Zəriküməco kəndinə gətirərək kənd qəbirstanlığında dəfn etmişilər.Atası üçün ölüm haqqında şəhadətnamə götürməmişlər.Hal-hazırda mərhum atasının qəbri Lerik rayon Zəriküməco kənd qəbirstanlığında yerləşir.Şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etsə də ona bu barədə imtina qərarı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X5 məhkəmə iclası zamanı Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materillarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən 05/13-1 saylı xx.xx.2023-cü il tarixli imtina qərarından görünür ki, Ərizəçi ərizəsinin qəbulundan imtina edimişdir. İş materillarına əlavə edilmiş Lerik rayon İHB-nın Siyov kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 27 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Lerik rayon Siyov kəndində qeydiyyatdadır. İş materillarına əlavə edilmiş foto şəkillərdən görünür ki, mərhum X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş hesab edilməsindən bəhs edən 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə göərə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə iclası zamanı işi araşdırması halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə Lerik rayonu Siyov kəndində anadan olmuşdur.Ərizəçinin atası mərhum X4 xx.xx.1975-ci ildə Lerik rayonu Siyov kəndində anadan olmuşdur.Ərizəçinin atası 14 mart 2022-ci il tarixdə Lənkəran rayonu Digah kəndində vəfat etmişdir.Ərizəçinin savadsız olduğundan mərhum atası üçün ölüm haqqnda şəhadətnamə götürməmişdir. Ərizəçi bu səbəbdəndə məhkəməyə müraciət tmək məcburiyyətində qalmışdır. Məhkəmə Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, 05 oktyabr 1975-ci ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş X3 14 mart 2022-ci tarixdə Lənkəran rayonu Digah kəndində ölməsi faktının müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, 05 oktyabr 1975-ci ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş X3 14 mart 2022-ci tarixdə Lənkaran rayonu Digah kəndində ölməsi faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 05 oktyabr 1975-ci ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş X3 14 mart 2022-ci tarixdə Lənkaran rayonu Digah kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X3 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar