Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-38/2023 17.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi , Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Cavabdeh9-ya qarşı ailə alqı-satqı müqavilələlirin etibarsız hesab edilməsi ,birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara ,habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi və əmlaklarının geri tələb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi , Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Cavabdeh9-ya qarşı ailə alqı-satqı müqavilələlirin etibarsız hesab edilməsi ,birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara ,habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi və əmlaklarının geri tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı *7 mart 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi,vəkili Vəkil* ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahış etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi , Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Cavabdeh9 X* iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədilər. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.**-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi , Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və Cavabdeh9-ya qarşı ailə alqı-satqı müqavilələlirin etibarsız hesab edilməsi ,birgə nikah dövründə əldə edilmiş ümumi birgə mülkiyyətdə olan daşınar və daşınmaz əmlaklara ,habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi və əmlaklarının geri tələb edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-38/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-38/2023
17.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver