Məhkəmə qərarları › İş №2(048)-404/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-404/2025

01.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-404/2025 01.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilən) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Rəhimova (Abbasova) Günay Cavanşir qızının birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 onunla hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyəti barədə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 2011-ci ildə Maraqlı şəxs ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü Məsumə Əliyeva adlı qızları dünyaya gəlmişdir. Lakin 2022-ci ildə həyat yoldaşı ilə ciddi narazılıqlar yarandığı üçün boşanma qərarı vermişlər. Övladı azyaşlı olduğu üçün məhkəmənin qərarı ilə ananın himayəsinə verilmişdir. Baxmayaraq ki, bu müddət ərzində qızına alimenti vaxtında ödəmiş, lakin anası qızı ilə əlaqəsini ciddi şəkildə məhdudlaşdırmışdır. İlk öncə barışıq sazişinə könüllü imza atsalar da, sonradan aydın oldu ki, bu imza formal xarakter daşımışdır. O, cəmi 4-5 dəfə övladı ilə görüşə bilsə də, hər dəfə müxtəlif bəhanələr gətirilmiş, süni maneələr yaradılmışdır ki, bu da onun sağlamlığına və işgüzar nüfuzuna mənfi təsir göstərmiş, övladı ilə münasibətini zəiflətməyə yönəlmişdir. Maraqlı şəxs boşandıqdan sonra yeni ailə həyatı qurmuşdur. Bildiyinə görə, həmin şəxs hərbçidir və daim Azərbaycanın müxtəlif bölgələrində xidmət edir. Övladı ilə görüşmək üçün onu gah Mingəçevirə, gah Gəncəyə, indi isə Naxçıvana dəvət edirlər. O, yalnız övladı ilə Lerik rayonunda görüşə bilər. Ona daim başqa şəhərlərə gedib övladı ilə görüşmək həm maddi, həm də mənəvi cəhətdən ciddi ziyan vurur. Sağlamlığında yaranan problemlər isə bu vəziyyəti daha da ağırlaşdırır. Keçmiş həyat yoldaşının rəsmi qeydiyyat yeri Lerik rayonu olduğu halda və atası da bu rayonda yaşadığı üçün uşaqla görüşünə heç bir məhdudiyyət qoyulmamalıdır. Onun da ata evi Lerik rayonundadır və orada yaşamaq üçün şəraiti var. Aralarında imzalanmış “Barışıq sazişi”-nin 8-ci bəndinə əsasən tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, Maraqlı şəxs ilə faktiki nikah münasibətlərində olmuş və münasibətlərindən xx.xx.2013-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Cavabdehlə faktiki nikahlarından anadan olmuş qızı Məsumə Əliyeva anasının yanında qalmış, daha sonra ondan məhkəmə qərarı ilə aliment tutulmuşdur. Ərizəçi daha sonra izahatında bildirmişdir ki, onunla Maraqlı şəxs arasında uşağı ilə ünsiyyətdə olması ilə bağlı xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi bağlandıqdan sonra o, uşağı ilə görüşməyə Lerik rayonu, Orand kəndində getmiş, uşağı ilə bir dəfə görüşmüş, daha sonra uşağı ilə görüşmək istəsə də, cavabdeh tərəf buna imkan verməmişdir. Bundan sonra keçmiş həyat yoldaşı ikinci dəfə ailə həyatı qurararaq Mingəçevir şəhərinə köçmüş, uşağı da özü ilə aparmışdır. O, uşağı ilə görüşmək üçün Mingəçevirə getmiş, cavabdeh tərəf buna razı olmasa da, keçmiş həyat yoldaşının qaynanasının köməyi ilə uşağını görmüşdür. Maraqlı şəxs ailə həyatı qurduğu şəxs hərbiçi olduğundan onlar daha sonra Mingəçevir şəhərindən Naxçıvana köçmüşlər və uşağı da özləri ilə aparmışlar. Hazırda uşaq anası ilə birlikdə Naxçıvan şəhərində yaşayır, onun nə sağlamlıq, nə də maddi cəhətdən Naxçıvana gedib uşağını görməyə imkanı yoxdur. Bütün bunları nəzərə alaraq barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X3 izahatında bildirdi ki, Ərizəçi ilə qızı Maraqlı şəxs arasında faktiki nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü Məsumə ilə ünsiyyətdə olması ilə bağlı xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi bağlandıqdan sonra uşaq atası ilə iki dəfə Lerik rayonu, Orand kəndində görüşmüş, lakin sonra uşaqla görüşə gəlməmişdir. Daha sonra qızı ikinci dəfə ailə həyatı qurmuş və yoldaşı ilə birlikdə Mingəçevir şəhərində köçmüşlər və uşağı da özləri ilə aparmışlar. Kürəkəni hərbiçi olduğundan daha sonra onlar Naxçıvana köçmüşlər və hazırda orada yaşayırlar və uşaq da orada məktəbə gedir. Onlar Məsumənin atası ilə görüşünə heç vaxt etiraz etməmişlər. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Qeydiyyatr şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı, 527207 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 Bakı şəhərində doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxsdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-781/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2023-cü il tarixdə anadan lmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saqxlanılması üçün 20 noyabr 2022-ci il tarixdən başlayaraq Ərizəçi qazancının (başqa gəlirlərin) ¼ hissəsi və 60 manat sabit pul məbləğində alimentin tutulub Maraqlı şəxs Cavanşır qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-849/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 adlı uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Ərizəçi qazancının (başqa gəlirlərin) 1/4 hissəsi və 100 manat sabit pul məbləğində alimentin tutulub Maraqlı şəxs xeyrinə verilməsi və artırılmış alimentin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. İş materiallarında olan mediasiya prosesində Lənkəran 1 saylı Mediasiya təşkilatında tərəflər arasında bağlanmış 05 may 2023-cü il tarixli, MŞL/MT014/2023-00893 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2013cü il təvəllüdlü X2 atası Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyət hüququnun verilməsi barədə razılıq əldə etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında 05 may 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və aşağıdakı şərtlər barədə saziş imzalanmışdır: 1. İkinci tərəf Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 atası Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyət hüququ verilməsi barədə razılığa gəlmişlər. Bundan başqa barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı tarixdən qüvvəyə minmiş, lakin sazişin ikinci tərəfi barışıq sazişi ilə müəyyən olunmuş uşaqla ünsiyyət hüququnu təmin etməli olduğu halda buna əməl etməmişdir. Odur ki, ərizəçi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında 05 may 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin ərizədə göstərilən bəndi məcburi icra olunması üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. (34.2) Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. (34.3) Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda Barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: Maraqlı şəxs birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 atası Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ verir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar