Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-481/2024 25.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ X9 Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus 1.Taxt ədəd 200 manat, 2. Güzgü 50 manat ,3.Divan üstu 40 manat ,4. Nalça 6 ədəd 40 manat, 5.Qorki 90 manat, 6.Şifoner 250 manat, 7. Miz 2 ədəd 180 manat ,8. Stul 7 ədəd 120 manat ,9.Mətbəx mebeli, 500 manat,10. Kravat 120 manat,11. Sandıq 80 manat,12.Xalça 4 ədəd 550 manat,13.Uşaq beşiyi 170 manat,14. Yorğan-döşk 4 dəst 200 manat,15.Nalça 11 ədəd 120 manat,16. Paltar yuyan maşın 250 manat,17.Soyuducu 750 manat,18. Tozsoran, 220 manat ,19.Ətçəkən maşın 150 manat,20.Pol silen, 30 manat,21.Ütü və ütü masası 200 manat,22. Zibilqabı, 20 manat,23. Pərdə 3 dəst 180 manat,24. Padnos 3 ədəd, 60 manat,25. Çaynik 1, 20 manat,26.Qafadan 2 ədəd,27. Kastorka 10 ədəd 50 manat,28. Ət doğrayan taxta və ətdoğrayan balta50 manat,29. Tabax, 40 manat,30. Aşsüzən, 30 manat,31. Uşaq üçün banyo,80 manat,32. Vedrə 1 ədəd 20 manat,33. Stakan 12 ədəd 60 manat,34. Nəlbəki 18 ədəd 40 manat,35. Bıçaq 3 ədəd 20 manat,36. Soba (Dixobka,) 150manat,38. Böyük qaşıq 12,39. Balaca qaşıq 12 ədəd,40. Böyük çəngəl 12 ədəd,41. Balaca çəngəl 12 ədəd,42. Mebeldən çıxan 2 ədəd taxta 60manat,43. Mizüstü örtüyü 30 manat,44. Qayçı 1 ədəd 10 manat,45. Paltar 2 dəst120 manat,46. Pencək 2 dəst 60 manat,47. Krasovka 1 cüt 30 manat.Qızıl-zinət əşyaları,1.2 ədəd mənə qızıl üzük dəyəri-650 manat,2.1 ədəd qızıl Qolbağ dəyəri -630 manat,3.1 ədəd qızıl sep dəyəri-720 manat,5.1 cüt sırğa-340 manat dəyəri olan əmlakın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişdir. Faktiki nikahlarından xx.xx.2023-cü il tarixdə X8 adlı uşaqları doğulmuşdur.Bir müddət münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur.Cavabdeh onu tez-tez səbəbsiz yerə şiddət göstərib,ona əziyyət vermişdir.Ona görə də o,nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir.Lerik rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə nikahları pozulmuşdur.O gəlin köçən zaman valideynləri tərəfindən ona cehiz əmlakı verilmişdir.Hal- hazırda ona məxsus aşağıda qeyd etdiyi cehiz əşyaları və paltarları cavabdehin evindədir onların oğurlanmasından narahatdır.Həmin 1.Taxt ədəd 200 manat, 2. Güzgü 50 manat ,3.Divan üstu 40 manat ,4. Nalça 6 ədəd 40 manat, 5.Qorki 90 manat, 6.Şifoner 250 manat, 7. Miz 2 ədəd 180 manat ,8. Stul 7 ədəd 120 manat ,9.Mətbəx mebeli, 500 manat,10. Kravat 120 manat,11. Sandıq 80 manat,12.Xalça 4 ədəd 550 manat,13.Uşaq beşiyi 170 manat,14. Yorğan-döşk 4 dəst 200 manat,15.Nalça 11 ədəd 120 manat,16. Paltar yuyan maşın 250 manat,17.Soyuducu 750 manat,18. Tozsoran, 220 manat ,19.Ətçəkən maşın 150 manat,20.Pol silen, 30 manat,21.Ütü və ütü masası 200 manat,22. Zibilqabı, 20 manat,23. Pərdə 3 dəst 180 manat,24. Padnos 3 ədəd, 60 manat,25. Çaynik 1, 20 manat,26.Qafadan 2 ədəd,27. Kastorka 10 ədəd 50 manat,28. Ət doğrayan taxta və ətdoğrayan balta50 manat,29. Tabax, 40 manat,30. Aşsüzən, 30 manat,31. Uşaq üçün banyo,80 manat,32. Vedrə 1 ədəd 20 manat,33. Stakan 12 ədəd 60 manat,34. Nəlbəki 18 ədəd 40 manat,35. Bıçaq 3 ədəd 20 manat,36. Soba (Dixobka,) 150manat,38. Böyük qaşıq 12,39. Balaca qaşıq 12 ədəd,40. Böyük çəngəl 12 ədəd,41. Balaca çəngəl 12 ədəd,42. Mebeldən çıxan 2 ədəd taxta 60manat,43. Mizüstü örtüyü 30 manat,44. Qayçı 1 ədəd 10 manat,45. Paltar 2 dəst120 manat,46. Pencək 2 dəst 60 manat,47. Krasovka 1 cüt 30 manat. Manat. O, gəlin köçərkən ona cavabdeh tərəfindən hədiyyə olaraq Qızılzinət əşyaları,1.2 ədəd mənə qızıl üzük dəyəri-650 manat,2.1 ədəd qızıl Qolbağ dəyəri - 630 manat,3.1 ədəd qızıl sep dəyəri-720 manat, 5.1 cüt sırğa-340 manat vermişdir.Həmin əmlakların cavabdehdən alınraq ona verilməsini xahiş edir. İddiaçı məhkəmə iclası zamanı idddiasını müdafiə edərək ,məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xaiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirtakı olmadan baxılıb, iddianın cehiz əmlakı hissəsinin təmin,qızıl-zinət əşyaları hissəsinin təmin edilməməsi baradə qətnamə çıxarılmasını xaış etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, Amidə onun qızıdır beləki, Amidə ayrıldıqdan sonra ona məxsus cehiz əmlakı və toy zamanı hədiyyə olunan qızıl zinət əşyaları cavadehin evində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki,Amidə onun bacısıdır.Beləki bacısına toy zamanı hədiyyə edilmiş cehiz əmlakları və qızıl ziynət əşyaları cavadehə məxsus evdə qalmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva Aysu Zakir qızı xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. İş materiallarina əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Osyodərə kənd icra nümayəndəliyi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Lerik rayon Sors kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 1(010)-145/2024 saylı Bakı Şəhəri SuraxanıRayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ,ona 10 ay müddətinə azadlığı məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. İş materillarına əlavə edilmiş X6 tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, cavabdeh X3 təqdim etdiyi siyahıda göstərilən qızıl-zinət əşyaların hazırki orta bazar qiyməti- 1 ədəd qızıl boyunbağı 585 əyyar-720 manat , 1 ədəd qızıl qolbağı 585 əyyar-630 manat,1 cüt qızıl sırqa 585 əyyar -340 manat, 2 ədəd qızıl üzük 585 əyyar- biri 325 manat olmaqla ikisi 650 manat təşkil edir. Məhkəmə iddiaçını,şahidləri, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, tərəflər el adəti ilə nikaha daxil olaraq evlənmişdir. İddiaçı cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Xasiyyətləri uyğun gəlmədiyindən onlar ayrılmışlar. İddiaçının valideynləri tərəfindən ona verilmiş cehiz əmlakları və onun üçün hədiyyə alınmış qızıl-zinət əşyaları cavabdehə məxsus evdədir. Ona görə də əmlaklarının cavabdehdən alınması üçün məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Bu səbəbdən də hazırda iddiaçı cehiz əşyaları və qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalı, hədiyyə və ya vərəsəlik qaydasında aldıqları əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh- 1.Taxt ədəd 200 manat, 2. Güzgü 50 manat ,3.Divan üstu 40 manat ,4. Nalça 6 ədəd 40 manat, 5.Qorki 90 manat, 6.Şifoner 250 manat, 7. Miz 2 ədəd 180 manat ,8. Stul 7 ədəd 120 manat ,9.Mətbəx mebeli, 500 manat,10. Kravat 120 manat,11. Sandıq 80 manat,12.Xalça 4 ədəd 550 manat,13.Uşaq beşiyi 170 manat,14. Yorğan-döşək 4 dəst 200 manat,15.Nalça 11 ədəd 120 manat,16. Paltar yuyan maşın 250 manat,17.Soyuducu 750 manat,18. Tozsoran, 220 manat ,19.Ətçəkən maşın 150 manat,20.Pol silen, 30 manat,21.Ütü və ütü masası 200 manat,22. Zibilqabı, 20 manat,23. Pərdə 3 dəst 180 manat,24. Padnos 3 ədəd, 60 manat,25. Çaynik 1, 20 manat,26.Qafadan 2 ədəd,27. Kastorka 10 ədəd 50 manat,28. Ət doğrayan taxta və ətdoğrayan balta50 manat,29. Tabax, 40 manat,30. Aşsüzən, 30 manat,31. Uşaq üçün banyo,80 manat,32. Vedrə 1 ədəd 20 manat,33. Stakan 12 ədəd 60 manat,34. Nəlbəki 18 ədəd 40 manat,35. Bıçaq 3 ədəd 20 manat,36. Soba (Dixobka,) 150manat,38. Böyük qaşıq 12,39. Balaca qaşıq 12 ədəd,40. Böyük çəngəl 12 ədəd,41. Balaca çəngəl 12 ədəd,42. Mebeldən çıxan 2 ədəd taxta 60manat,43. Stolüstü örtüyü 30 manat,44. Qayçı 1 ədəd 10 manat,45. Paltar 2 dəst 120 manat,46. Pencək 2 dəst 60 manat,47. Krasovka 1 cüt 30 manat əmlaklar və ya qeyd edilən əmlakların alınıb verilməsi mümkün olmadıqda onların dəyəri həcmində pul tutularaq İddiaçın verilməlidir. İddianin qızıl-zinət əşyaları ilə bağlı hisəssi iddiaçının izahatı zamanı məkhəməyə inandırıcı gəlməmişdir.İddiaçı çıxışında cavabdehlə mübahisə etdiyi günün səhərsi bir daha geri qayıtmamaq məqsədi ilə atası evinə getmişdir.Gedən zaman özüylə uşağını götürüb qızıllarını götürmədiyini bildirsə də, bü fikir məhkəməyə inandırıcı gəlməmişdir. Bu səbəbdən iddianin həmin hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh və X1-1.Taxt ədəd 200 manat, 2. Güzgü 50 manat ,3.Divan üstu 40 manat ,4. Nalça 6 ədəd 40 manat, 5.Qorki 90 manat, 6.Şifoner 250 manat, 7. Miz 2 ədəd 180 manat ,8. Stul 7 ədəd 120 manat ,9.Mətbəx mebeli, 500 manat,10. Kravat 120 manat,11. Sandıq 80 manat,12.Xalça 4 ədəd 550 manat,13.Uşaq beşiyi 170 manat,14. Yorğan-döşək 4 dəst 200 manat,15.Nalça 11 ədəd 120 manat,16. Paltar yuyan maşın 250 manat,17.Soyuducu 750 manat,18. Tozsoran, 220 manat ,19.Ətçəkən maşın 150 manat,20.Pol silen, 30 manat,21.Ütü və ütü masası 200 manat,22. Zibilqabı, 20 manat,23. Pərdə 3 dəst 180 manat,24. Padnos 3 ədəd, 60 manat,25. Çaynik 1, 20 manat,26.Qafadan 2 ədəd,27. Kastorka 10 ədəd 50 manat,28. Ət doğrayan taxta və ət doğrayan balta 50 manat,29. Tabax, 40 manat,30. Aşsüzən, 30 manat,31. Uşaq üçün banyo,80 manat,32. Vedrə 1 ədəd 20 manat,33. Stakan 12 ədəd 60 manat,34. Nəlbəki 18 ədəd 40 manat,35. Bıçaq 3 ədəd 20 manat,36. Soba (Dixobka,) 150manat,38. Böyük qaşıq 12,39. Balaca qaşıq 12 ədəd,40. Böyük çəngəl 12 ədəd,41. Balaca çəngəl 12 ədəd,42. Mebeldən çıxan 2 ədəd taxta 60manat,43. Stolüstü örtüyü 30 manat,44. Qayçı 1 ədəd 10 manat,45. Paltar 2 dəst 120 manat,46. Pencək 2 dəst 60 manat,47. Krasovka 1 cüt 30 manat. əmlaklar alınaraq İddiaçı verilsin. İddianin qızıl-zinət əşyaları ilə bağlı hisəssi iddiaçının izahatı zamanı məkhəməyə inndırıcı gəlmədiyindən və heç bir sübut təqdim etmədiyindən iddianin həmin hissəsi təmin edilməsin. Qeyd edilən əmlakların alınıb verilməsi mümkün olmadıqda onların dəyəri həcmində pul cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-481/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-481/2024
25.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver