Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-498/2025 20.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, hazırda ünvan 1 ünvanında yaşayır. Mərhum bacısı X4 17 dekabr 2023-cü il tarixində 84 yaşında Lerik şəhərində vəfat etmiş, qohumları ilə, birlikdə onu Lerik şəhər qəbrstanlığında dəfn edərək başdaşı qoymuşlar.Hazırda yaşadığları evi sənədləşdiriləsindən ötrü mərhum bacısı X3 ölüm haqqında şəhadətnaməsi lazımdır. Mərhum bacısı X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün müraciət etmiş,lakin qeydiyyat idarəsi tərəfindən ölüm şahadətnaməsinin verilməsi uzun müddət keçdiyindən mümkün olmamışdır.Bu səbəbdən mərhum bacısı X3 ölüm faktının müəyyən edilməsindən ötrü məhkəmyə müraciət etməli olmuşdur. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifəsini icra edən Saiq Eyvazov məhkəməyə 20 may 2025-ci il tarixli 3-16-5/8-05-13/25 saylı məktubla müraciət edərək, X3 2023-2025-ci illərdə aid ölümü haqqında akt qeydinin Maraqlı şəxs arxivində aşkar olunmamasını bildirərək,mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və ərizəçinin tələbinin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum X4 onun qonşusudur, həqiqətən mərhum 17 dekabr 2023-cü il tarixinsə 84 yaşında Lerik şəhərində vəfat etmiş, onun, Lerik şəhər qəbrstanlığında keçirilən dəfn mərasimində və Lerik şəhər xeyir şər evində onun yaş mərasimində iştirak etmişdir. Məhkəmə iclasında digər şahid X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mərhum X4 onun qonşusudur, həqiqətən mərhum 17 dekabr 2023-cü il tarixinsə 84 yaşında Lerik şəhərində vəfat etmiş, onun, Lerik şəhər qəbrstanlığında keçirilən dəfn mərasimində və Lerik şəhər xeyir şər evində onun yaş mərasimində molla kimi iştirak etmiş, yas məclisini keçirmişdir. İş materiallarına əlavə edilmiş, Lerik şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli 5-65-13/2-203/2025 saylı arayışdan görünür ki,Ərizəçi bacısı mərhum X4 vəfat etdiyi tarixədək onunla birgə yaşamışdır. İş materiallarına əlavə edilmiş, Lerik şəhəri İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli 5-65-13/2-202/2025 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs rəisi vəzifəsini icra edən Saiq Eyvazov tərəfindən verilmiş 14 may 2025-ci il tarixli 3-16-5/8-05/13/25 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, ərizəçinin mərhum bacısı X3 2023-2025-ci illərdə aid ölümü haqqında akt qeydinin Maraqlı şəxs arxivində aşkar olunmamış,Azərbaycan Respubilkası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası “nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəsisəsinin müvafiq sənədi ilə( ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüxsəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır.Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda .ölüm faktı məhkəmə tərəfindən müyəyyən edilməsi qeyd edilmiş, Ərizəçia məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs rəisi vəzifəsini icra edən Saiq Eyvazov tərəfindən verilmiş 14 may 2025-ci il tarixli 3-16-5/8-69-232/2025 saylı arayışdan görünür ki, 01 iyul 1939-cu ildə Lerik rayon Lerik qəsəbəsində anadan olmuş X3 ölümü haqqında məlumatların müyəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölün haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respubilkası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Lerik Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 19 aprel 2025-ci il tarixli 258 nömrəsi məktubdan görünür ki, Lerik şəhər sakini 1951-ci il təvəlüdlü Ərizəçi qıızı qohumu X3 vəfatı ilə bağlı gec (7 aydan) sonra müraciət etdiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 17 dekabr 2023-cü il tarixində vəfat etmiş, onun üçün qəbir üstü abidə (başdaşı) qoyulmuşdur. İş materiallarına əlavə edilmiş,********** saylı qəbzdən görünür ki, Ərizəçi məhkəməyə müraciət etməkdən ötrü Lerik rayon məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx xxxxxx 1951-ci il tarixində ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, etibarnamənin sürətindən görünür ki, X2 Ərizəçi etibarnamə üzrə nümayəndəsidir. Məhkəmə ərizəçinin nümayədəsinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, 01 iyul 1939-cu ildə Lerik rayon Lerik qəsəbəsində anadan olmuş X4 17 dekabr 2023-cü il tarixində 84 yaşında Lerik şəhərində ölmüşdür. Onun ölməsi faktının qeydə alınması üçün qanunla müəyyən edilmiş müddət ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyi üçün onun ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinin tələbinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə 01 iyul 1939-cu ildə Lerik rayon Lerik qəsəbəsində anadan olmuş X4 17 dekabr 2023-cü il tarixində Lerik şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 307.2.3, 308, 315.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 iyul 1939-cu ildə Lerik rayon Lerik qəsəbəsində anadan olmuş X4 17 dekabr 2023-cü il tarixində Lerik şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə elektron formada apellyasiya şikayəti vermək olar. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(048)-498/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-498/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver