Məhkəmə qərarları › İş №2(048)-537/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-537/2023

08.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-537/2023 08.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X6 iştirakları ilə, Ərizəçi oğlunın ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-ci ildə Lerik rayonu Lerik qəsəbəsində doğulmuş X7 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı ildə Lerik rayonu Lerik qəsəbəsində anadan olmuşdur.X2 xx.xx.1976-cı ildə Lerik rayonu Lerik Qəsəbəsində anadan olmuş və xx.xx.2007-ci ildə Rusiya Federasiyası Sverdlovsk şəhərində vəfat etmişdir.Onun cənazəsin Azərbaycana gətirərək Lerik şəhər qəbirstanlığında dəfn edtmişlər.Qardaşı vəfat etiyindən və səhlankarlıqdan onun üçün ölüm haqqında şəhadətnamə götürməmişlər.Lerik rayon Qeydiyyta Şöbəsinə bu barədə müraciət etsə də ona imtina qərarı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X12 məhkəmə iclası zamanı Ərizəçi oğlunun ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmədə izahat verərək bilidirdi ki, xx.xx.1976-ci il tarixdə doğulmuş X14 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk şəhərində vəfat etmiş, mərhum Azərbaycana gətirilərək Lerik şəhər qəbirstanlığında dəfn edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirlimiş X1 Elşən Tofiq oğlu ilə eyni məzmunlu izahat verdi. İş materillarına əlavə edilmiş Lerik rayon İHB-nın Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X14 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk şəhərində vəfat etmiş,mərhum Lerik rayon qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, X14 xx.xx.1976-ci il tarixdə Lerik rayon Lerik qəsəbəsində doğulmuş,atası X4 anası X8r. İş materiallarına əlavə edilmiş foto şəkildə olan baş daşından da aydın görünür ki, X14 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli imtina qərarından görünür ki, Ərizəçi ərizəsinin qəbulundan imtina edilmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş hesab edilməsindən bəhs edən 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə göərə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, xx.xx.1976-ci ildə Lerik rayonu Lerik qəsəbəsində doğulmuş X7 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AzərbayCan Respublikası MPM-in 216-220, 233 və 360- Cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə Lerik rayonu Lerik qəsəbəsində doğulmuş X7 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası Sverdlovsk şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X7 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov AZƏRBAYcAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 08 sentyabr 2023-cü il 2(048)-537/2023 Ərizəçi oğluna (Lerik rayonu, Ərdəbilə küçəsi) Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(048)-537/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar