Məhkəmə qərarları › İş №2(048)-564/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-564/2024

04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-564/2024 04.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 1985-ci ildə Lerik rayonunun Monidigah kəndində doğulmuş X9 xx.xx.2024-cü il tarixində Bakı şəhəri X10 ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X14 23 sentyabr 1985-ci ildə Lerik rayonu Monidigah kəndində doğulmuşdur. Oğlu Aqil 08 fevral 2024-cü il tarixdə yaşadığı Binə qəsəbəsində olan mənzildə qaz tutma səbəbindən ev şəraitində vəfat etmişdir. Bu səbəbdən Bakı şəhər X5 Yardım Stansiyasına müraciət etmişlər. Stansiya tərəfindən onlara 08 fevral 2024-cü il tarixdə “ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. Bundan sonra oğlu Aqil Rəhimovu yaşadıqları Lerik Rayon Monidigah kəndində yerləşən qəbristanlıqda dəfn etmişlər. Bakı şəhər X5 Yardım Stansiyası tərəfindən ona təqdim olunmuş sənədi 21 may 2024-cü il tarixdə şəhadətnamə alınması üçün Maraqlı şəxsnə təqdim etsə də, bundan imtina edilmişdir. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək mərhum oğlunun övladına sosial müavinətin təyin edilməsi üçün ölüm haqqında şəhadətnamənin lazım olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-06-302/2024 nömrəli arayışdan görünür ki, X14 23 sentyabr 1985-ci ildə Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1985-ci il tarixdə Lerik rayonu Monidigah kənd ərazi icra nümayəndəliyi tərəfindən 28 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X8r. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Təcili və X6 Stansiyasının 08 fevral 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 08 fevral 2024-cü il tarixdə xəstə X12 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş, Bakı şəhəri X15 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Lerik RİHB-nin Monidigah kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli aktdan görünür ki, həqiqətən Ərizəçi oğlu xx.xx.1985-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan yerdə vəfat etmişdir. X3 rayonun Monidigah kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 21 may 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 8-ci bəndinin tələblərinə əsasən oğlu X9 ölümü barədə akt qeydinin icrası və ölüm şəhadətnaməsinin verilməsi barədə ərizənin qəbulundan və icrasından imtina etmiş və qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1985-xx.xx.2024-cü il təvəllüdlü X9 adı, soyadı və ata adı qeyd olunmuşdur. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 203504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, anası X2r. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, 23 sentyabr 1985-ci ildə Lerik rayonunun Monidigah kəndində doğulmuş X9 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1985-ci il təvəllüdlü oğlu X9 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 23 sentyabr 1985-ci ildə Lerik rayonunun Monidigah kəndində doğulmuş X9 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 sentyabr 1985-ci ildə Lerik rayonunun Monidigah kəndində doğulmuş X9 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X9 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar