Məhkəmə qərarları › İş №2(048)-574/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-574/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-574/2025 19.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 aprel 2008-ci ildə Bakı şəhərində doğulmuş X5 15 sentyabr 2008-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Mürşüdova (Şammədova) Aybəniz Nəbi qızı ilə faktiki nikaha 2007-ci ildə, 01 may 2008-ci ildə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bigə nikahlarından dörd uşağları doğulmuşdr. uşaqlarından 09 aprel 2008ci ildə doğulmuş X8 doğulduqdan 5-6 ay sonra yəni 15 sentyabr 2008-ci ildə vəfat etmiş və onu kənd qəbrstanlığında dəfn etmişlər. Sadəcə Aysu körpə olduğu üçün onun üçün baş daşı qoymamışlar. Hal-hazırda onun qəbri Maştağa qəsəbəsi Savalanda yerləşən qəbristanlığında yerləşir. Savadsızlığdan uşaq üçün ölüm şəhadətnaməsi almamışlar. Hazırda Aysu adlı uşağları elekton sistemdə yaşayan kimi görünür. Ona görə də ölüm şəhadətnaməsi almaq üçün Qeydiyyat şöbəsinə müraciət etsələrdə ölüm haqqında tibbi şəhadətnamə olmadığından şəhadətnamə verilməsində imtina edilmiş və ölüm faktının məhkəmə qaydasına müəyyən edilməsi tövsiyyə olunmuşdur. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək mərhum qızının ölüm haqqında şəhadətnamənin lazım olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ərizəçi onun oğludur.Həqiqətəndə ərizəçinin övladı 09 aprel 2008-ci ildə Bakı şəhərində doğulmuş X8 15 sentyabr 2008-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində ölmüş və orada yerləşən qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Ağalar Həzi oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, ərizəçinin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik rayon Əliabad kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 02 iyun 2008-ci il tarixli, doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 09 aprel 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 02 iyun 2008-ci il tarixdə Lerik rayonu Əliabad kənd ərazi icra nümayəndəliyi tərəfindən 17 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə Lerik rayonu Soru kəndində anadan olmaqla həmin kənddə qeydiyatdadır. İş materiallarında olan Lerik RİHB-nin Əliabad kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli aktdan görünür ki, həqiqətən Ərizəçi qızı 09 aprel 2008-ci ildə doğulmuş X8 doğulduğdan təxminən 5-6 ay sonra Bakı şəhərində vəfat etmiş və orada qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02 aprel 2025-ci il tarixli, 3-16-5/8-03-02/25 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 8-ci bəndinin tələblərinə əsasən qızı X5 ölümü barədə akt qeydi olüm haqqında tibbi şəhadətnamənin olmadığından icrası və ölüm şəhadətnaməsinin verilməsi barədə ərizənin qəbulundan və icrasından imtina etmiş və qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarında olan 26 may 2025-ci il tarixli Lerik Rayon Mərkəzi X10 şəxs tərəfindən verilmiş 272 nömrəli arayışdan görünür ki, Lerik rayon Soru kənd sakini 2008-ci il təvəllüdlü, X3 ötrü valideyinləri ölüm haqqında şəhadətnamə üçün Lerik RMX-a muraciət etməmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, 09 aprel 2008-ci ildə Bakı şəhərində doğulmuş X5 15 sentyabr 2008-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 09 aprel 2008-ci ildə Bakı şəhərində doğulmuş X5 15 sentyabr 2008-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 09 aprel 2008-ci ildə Bakı şəhərində doğulmuş X5 15 sentyabr 2008-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 aprel 2008-ci ildə Bakı şəhərində doğulmuş X5 15 sentyabr 2008-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X5 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar