Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-584/2024 11.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X3 iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri, X1 03 sentyabr 1995-ci il tarixdə Lerik rayon Zərdəbərə kəndində ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayonunun Zərdəbərə kəndində yaşayır. Lerik rayonunun Zərdəbərə kənd sakini X2 ilə rəsmi olaraq evlənmişlər.Nikahlarından bir övladları doğulmuşdur.Mərhum əri X2 03 sentyabr 1995-ci il tarixdə vəfat etmiş və Lerik rayon Zərdəbərə kənd qəbirstablığında dəfn edilmişdir.Maddi imkanları olmadığından 1995-ci ildən hak-hazırdakı vaxtadək mərhum əri üçün ölüm haqqında şəhadətnamə götürə bilməyiblər.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X5 məhkəmə iclası zamanı Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materillarına əlavə edilmiş Lerik rayon İHB-nın Nuravud kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 may 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Lerik rayon Zərdəbərə kəndində yaşayır. Ailə üzvləri 5 nəfərdən ibarətdir. İş materillarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki , Ərizəçi və X2 ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materillarına əlavə edilmiş foto şəkillərdən görünür ki, xx.xx.1967-ci il tarixdə anadan olmuş X2 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş hesab edilməsindən bəhs edən 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə göərə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə iclası zamanı işi araşdırması halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi mərhum əri X2 03 sentyabr 1995-ci il tarixdə vəfat etmişdir.Ərizəçi maddı imkanı zəif olduğundan mərhum əri üçün ölüm haqqnda şəhadətnamə götürməmişdir.Ərizəçi bu barədə qeydiyyat orqanına müraciət etsə də ərizəçiyə imtina qərarı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, 07 mart 1967-ci il tarixdə anadan olmuş X1 03 sentyabr 1995-ci il tarixdə Lerik rayonu Zərdəbərə kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə anadan olmuş X1 03 sentyabr 1995-ci il tarixdə Lerik rayonu Zərdəbərə kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X1 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-584/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-584/2024
11.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver