Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-607/2023 09.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Ərizəçi Xəlilova (Abbasova) Ruba Əliman qızının maraqlı şəxs Xəlilov Mehman Əliniyaz oğluna qarşı barışıq sazişinin təsdiqlənməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Xəlilova(Abbasova) Ruba Əliman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Xəlilov Mehman Əliniyaz oğlu arasında Səlyan rayon 1 saylı Mediasiya Təşkilatı tərəfindən bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişin təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş tərəflər, heç bir üzürlü səbəb olmadan 09 oktyabr 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Eyni zamanda tərəflər işə onların iştirakı olmadan baxmağı məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Xəlilova(Abbasova) Ruba Əliman qızının maraqlı şəxs Xəlilov Mehman Əliniyaz oğluna qarşı barışıq sazişinin təsdiqlənməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-607/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-607/2023
09.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver