Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-734/2024 05.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 noyabr 1997-ci ildə Lerik rayonu Orand kəndində anadan olmuş oğlu X1 xx.xx.2023-cü il tarixdə Lerik rayonu Orand kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o 1962-ci ildə Lerik rayon Orand kəndində anadan olmuş, 1986-cı ildə Lerik rayon Orand kənd sakini Nailə Əliyeva ilə ailə həyatı quraraq evlənmişdir. Onların birgə nikahından xx.xx.1997-ci ildə doğulmuş X2 02 avqust 2023-cü il tarixdə axşam təqribən saat 20 radələrində Lerik rayonu Orand kəndində yaşadıqları evin yaxınlığında yerləşən elektrik dirəyindəki naqilin qırılması səbəbindən evlərinə gələn elektikin dayandığını görüb xətti bərpa etmək istəyərkən elektrik cərəyanı onu vurmuş və nəticədə ölmüşdür. Bu səbəbdən Lerik Rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Başları qarışıq olduğundan uşaq üçün ölüm haqqında şəhadətnamə götürə bilməmişdir. Hal-hazırda onun qəbri Lerik rayon Orand kənd qəbristanlığında yerləşir. Oğlu xx.xx.2023cü il tarixdə vəfat etsə də, onu xx.xx.2023-cü il tarixdə dəfn etmişlər. Ona görə də baş daşında oğlunun ölüm tarixini xx.xx.2023-cü il yazdırmışlar. Şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, bundan imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək mərhum oğlunun dəfn pulunun alınması üçün ölüm haqqında şəhadətnamənin lazım olduğunu, eləcə də oğlu Vahid Nodiyev xx.xx.2023-cü il tarixdə vəfat etsə də, onu xx.xx.2023-cü il tarixdə dəfn etdiklərindən baş daşında oğlunun ölüm tarixinin xx.xx.2023-cü il yazıldığını bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik rayon Pirasora ərazi icra nümayəndəliyi tərəfindən verilmiş XX-ЖГ 326464 nömrəli, 15 noyabr 1997-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 15 noyabr 1997-ci ildə Lerik rayonunun Orand kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1997-ci il tarixdə 104 nömrə ilə qeydiyyat aparılmışdır. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Lerik RİHB-nin Orand kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 16 iyul 2024-cü il tarixli, 5-65-31/2-194/2024 nömrəli məktubdan görünür ki, onun övladı mərhum X2 11 noyabr 1997-ci ildə Lerik rayon Orand kəndində anadan olmuşdur. 02 avqust 2023-cü cü il tarixində Lerik rayon Orand kəndində vəfat etmiş və Orand kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 23 iyul 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 8-ci bəndinin tələblərinə əsasən oğlu X1 ölümü barədə akt qeydinin icrası və ölüm şəhadətnaməsinin verilməsi barədə ərizənin qəbulundan və icrasından imtina etmiş və qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1997-xx.xx.2023-cü il təvəllüdlü X1 adı, soyadı və ata adı qeyd olunmuşdur. İş materiallarında olan Lerik rayon prokurorluğunun müstəntiqi X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanması rədd edilməsi barədə 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Lerik rayonu, Orand kənd sakini X1 elektrik cərəyanı vurması nəticəsində ölməsinə dair məlumat əsasında toplanmış 45-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, X2 yaşadığı evin 500-600 metr yaxınlığında yerləşən elektrik dirəyindəki naqilin qırıldığını bilib xətti bərpa etmək üçün elektrik dirəyinə yaxınlaşmışdır. İlk öncə qopmuş xətdin ucunu kəlbətin vasitəsi ilə əymiş və bundan sonra elektrik xəttini yalın əl ilə bağlamağa çalışmışdır. Daha sonra o, elektrik naqillərini bir-birinə yaxınlaşdıranda ehtiyyatsız davranmış və bu zaman elektrik cərəyanı onu vurmuş, nəticədə yerə yıxılmışdır. Yaxınlarının köməyi ilə avtomobilə uzadılaraq rayon mərkəzi xəstəxanasına doğru gətirilmişdir. Yolda olarkən artıq Vahid Nodiyevin öldüyünü görüb onu geri qaytarmışlar. Bununla da Vahid Nodiyev elektrik xətti ilə ehtiyatsız davrandığından elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun atasıdır. 02 avqust 2023-cü il tarixdə, saat 20 radələrində yaşadıqları evə gələn elektrik dayanmışdır. Qardaşı elektrik xəttinin qopduğunu bilib bərpa etmək üçün hadisə baş verən yerə getmişdir. O, işdən evə qayıdarkən atasını, mərhum qardaşı Vahid Nodiyevi və Altayı elektrik dirəklərinin yanında görüb anlamışdır ki, elektrik xətti yenə qopmuşdur. Ora çatdıqda qopmuş olan xəttin 0 (sıfır) xətdi olduğunu bilmişdir. İlk öncə o, yaxınlaşıb bağlamaq istəmişdir, lakin qardaşı ona imkan verməyərək özü bağlayacağını bildirmişdir. O, Vahid Nodiyevə bildirmişdir ki, elektrik ola bilər ehtiyyatlı olsun. Mərhum qardaşının əlində kəlbətin olmuş və evdən özü ilə gətirdiyi dayaq yanında olmuşdur. Qardaşı qopmuş olan elektrik xəttini bərpa etmək üçün ilk öncə qopmuş xəttin ucunu kəlbətin vasitəsi ilə əymiş və bundan sonra elektrik xəttini yalın əl ilə bağlamağa çalışmışdır. O, Vahiddən təxmini olaraq 2-3 metr aralıda dayanmış, Altay isə yaxınında olmuşdur. Mərhumun arxası ona tərəf olmuşdur. Bir anlıq fikri başqa yerdə olanda yıxılmaq səsi eşitmiş, qardaşının yıxılaraq dağın dibinə yuvarlandığını görüb dərhal onu tutmuşdur. Bu an o və Altay dərhal ona yardım etmək üçün əllərini oxalamış, üzünə su vurmuş və 1-2 metr hadisə baş verən yerdən kənara çəkmişlər. O, telefonla dayısı Tərlan Əliyevə zəng vurmuş və hadisə barədə xəbər vermişdir. Həmin anda qardaşı çətinliklə də olsa nəfəs alırmış, daha sonra Tərlan Əliyev gəlmiş, onlar birlikdə Vahidi onun avtomobilinin arxa oturacağına uzatmış və Tərlan Əliyev avtomobili sürmüşdür. Onlar birlikdə rayon mərkəzi xəstəxanasına doğru hərəkətə başlamışlar. Avtomobildə qardaşına ilkin tibbi yardım göstərsə də, süni nəfəs versədə heç bir köməyi olmamışdır. Şinəband kəndinə çatdıqda artıq anlamışlar ki, qardaşı dünyasını dəyişmişdir və buna görə də artıq xəstəxanaya getməyib geri qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi oğlu Vahid Nodiyev 02 avqust 2023-cü il tarixdə elektrik cərəyanı vurması nəticəsində vəfat etmiş, mərhum Orand kənd qəbirstanlığında dəfn olunmuş, o həmkəndli kimi onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, 11 noyabr 1997-ci ildə Lerik rayonunun Orand kəndində doğulmuş X1 xx.xx.2023-cü il tarixində Lerik rayonunda ölməsi faktı ərizəçinin izahatı, şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 11 noyabr 1997-ci il təvəllüdlü oğlu X1 xx.xx.2023-cü il tarixdə Lerik rayonunda ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 11 noyabr 1997-ci ildə Lerik rayonunun Orand kəndində doğulmuş X1 xx.xx.2023-cü il tarixində Lerik rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 noyabr 1997-ci ildə Lerik rayonunun Orand kəndində doğulmuş X1 xx.xx.2023-cü il tarixində Lerik rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-734/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-734/2024
05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver