Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-738/2025 22.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci ildə Salyan rayonunda anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Neftçala rayon Qaramanlı kəndində vəfat etməsi faktinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.2000-ci ildə anadan olmuşdur. 2017-cı ildə Lerik rayon Camaşair kənd sakini X3 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Faktiki nikahlarından 29 aprel 2020-ci il tarixdə bir qız uşaqları olmuşdur. 02 iyun 2020-ci il tarixdə Maraqlı şəxsndə rəsmi olaraq nikaha daxil olmuşlar. Uşaq üçün doğum şəhadətnaməsi götürmədən 01 oktyabr 2021-ci ildə vəfat etmişdir.Həyat yoldaşı X3 ilə birlikdə 3 il yaşayaraq təsərrüfatı birgə idarə etmişlər. Sonradan yoldaşının xəstətlik səbəbindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onu əvvəllər yaşadıqları Salyan Rayon Stansiya qəsəbəsində yerləşən qəbristanlığıda dəfn etmişlər. Başları qarışıq olduğundan yoldaşı üçün ölüm şəhadətnaməsi götürməmişlər. Ona görə də ölüm şəhadətnaməsi götürməkdən ötrü Maraqlı şəxsnə müraciət etsə də bundan imtina edilmişdir. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa ərimin ölüm faktını şahidlər təsdiq edə bilər. Hal hazırda ərim elektron sistemdə yaşayn şəxs kimi görünür. Ona görə ölümünü rəsmi qeydiyyata salınması üçün ölüm faktının müəyyən edilməsi lazımdır Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək, şəxsiyyət vəsiqəsində ailə vəziyyətinin subay kimi qeyd edilməsi üçün ölüm haqqında şəhadətnamənin lazım olduğunu, eləcə də həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun qızıdır. X3 xx.xx.2022-ci il tarixdə Neftçala rayon Qaramanlı kəndində vəfat edib,Salyan şəhərində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası nəvəsidir. X3 xx.xx.2022-ci il tarixdə vəfat edərək,Salyan şəhərində dəfn edilmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ 376145 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında 02 iyun 2020-ci il tarixdə nikah bağlanmış və həmin nikah 27 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan “Lerik Rayon Mərkəzi Xəstəxansı” Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 463 nömrəli arayışdan görünür ki, Lerik rayon sakini 1998-ci il təvəllüdlü,X2 aid olan,ölüm haqqında şəhadətnamə Lerik RMX-si tərəfindən verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16 iyul 2025-ci il tarixli, 3-16-5/8-05-04/25 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs arxivində saxlanılan ilkin ölüm və bərpa akt qeydləri,eləcə də “Vətandaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyta informasiya sisteminə daxil edilmiş bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmmış və X1 ölümü haqqında akt qeydi aşkar edilməmişdir.Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümükun olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən ölümü təsdiq edən tibbi sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş 1998.xx.xx-2022.11.06-ci il təvəllüdlü X1 adı, soyadı və ata adı qeyd olunmuşdur. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1998-ci ildə Salyan rayonunda anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Neftçala rayon Qaramanlı kəndində ölməsi faktı ərizəçinin izahatı, şahidlərin ifadələri ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçinun bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçinun xx.xx.1998-ci il tarixdə Salyan rayonunda anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Neftçala rayon Qaramanlı kəndində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1998-ci ildə Salyan rayonunda anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Neftçala rayon Qaramanlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Salyan rayonunda anadan olmuş X1 xx.xx.2022-ci il tarixdə Neftçala rayon Qaramanlı kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov,
Məhkəmə qərarları › İş №2(048)-738/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-738/2025
22.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver