Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-758/2024 25.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixdə Neftçala rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o hazırda Lerik rayonun Vistən kəndində yaşayır. 2012-ci ildə mərhum həyat yoldaşı X6 ilə el adətinə uyğun faktiki ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə 17 iyun 2014-cü il təvəlüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Mərhum həyat yoldaşı X6 ağır dərəcəli sümük vərəmi xəstəsi olduğundan 26 fevral 2020-ci il tarixində Neftçala rayonunda vəfat etmiş, Neftçala rayon Xol Qaraqaşlı kəndi Mürsəqulu kənd kənd qəbistanlığında dəfn olunmuşdur. Bundan başqa Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı Salman Əhmədovun 29 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından da görünür ki, mərhum həyat yoldaşı X6 ağır dərəcəli sümük vərəmi xəstəsi olduğundan 20 fevral 2020-ci il tarixdə Neftçala rayonunda vəfat etmiş, Neftçala rayon Xol Qaraqaşlı kəndi Mürsəqulu kənd kənd qəbistanlığında dəfn olunmuşdur. Maddi imkanı olmadığından xx.xx.2020-ci il tarixindən hal-hazıradək mərhum həyat yoldaşı X6 üçün ölüm haqqında şəhadətnamə götürə bilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, imtina qərarı verilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən mərhum həyat yoldaşı X4 ölüm faktının müəyyən edilməsindən ötrü məhkəmyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək sosial yardımın alınması üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, X6 xx.xx.1992-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV 978324 nömrəli, 08 may 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. Bu barədə xx.xx.2014-cü il tarixdə 277 nömrə ilə qeydiyyat aparılmışdır. X1, anası Ərizəçidır. İş materiallarında olan Neftçala RİHB-nin Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Lerik Rayon Polis şöbəsinə ünvanlanmış 27 iyun 2024-cü il tarixli, 5-67/xx-xx/2024 nömrəli məktubdan görünür ki, mərhum X2 Qaraqaşlı kənd İƏN-nin Mürsəqulu kənd ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 09 avqust 2024cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 8-ci bəndinin tələblərinə əsasən oğlu X4 ölümü barədə akt qeydinin icrası və ölüm şəhadətnaməsinin verilməsi barədə ərizənin qəbulundan və icrasından imtina etmiş və qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanması rədd edilməsi barədə 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, toplanmış HK-302 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum xx.xx.1992-ci il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Nefçala rayonu Xol Qaraqaşlı kənd İƏN-nin Mürsəqulu kənd ərazisində yerləşən qəbiristanlıqda dəfin olunmuşdur. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.1992-ci il tarixdə Salyan rayonunda doğulmuş X4 xx.xx.2020-ci il tarixində Neftçala rayonunda ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1992-ci il tarixdə Salyan rayonunda doğulmuş X4 xx.xx.2020-ci il tarixində Neftçala rayonunda ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il tarixdə Salyan rayonunda doğulmuş X4 xx.xx.2020-ci il tarixində Neftçala rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci ildə Salyan rayonunda doğulmuş X4 xx.xx.2020-ci il tarixində Neftçala rayonunda ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-758/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-758/2024
25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver