Məhkəmə qərarları › İş №2(048)-788/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-788/2024

14.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-788/2024 14.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz və geyim əyşalarının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət, cehiz və geyim əyşalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4050 (dörd min əlli) manat dəyərində İtaliya istehsalı olan 27 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl dəsti (1 ədəd briliyant qaşlı qızıl boyunbağı, 1 ədəd briliyant qaşlı qızıl kolye, 1 ədəd briliyant qaşlı qızıl bilərzik, 1 cüt briliyant qaşlı qızıl sırğa), 1000 (min) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 7,5 qram briliyant qaşlı qızıl nişan üzüyü, 200 (iki yüz) manat dəyərində evdə geyinmək üçün 2 dəst geyim, 38 (otuz səkkiz) manat dəyərində 1 dəst yaşıl rəngli ev geyim dəsti, 64 (altmış dörd) manat dəyərində hamam dəsti, 250 (iki yüz əlli) manat dəyərində 5 ədəd hamam dəsmalı, 98 (doxsan səkkiz) manat dəyərində ağ paltar uzun qaşlı, 75 (yetmiş beş) manat dəyərində qırmızı paltar, 70 (yetmiş) manat dəyərində qısa ağ paltar, 100 (yüz) manat dəyərində nişanda geydiyi tüllü ağ paltar, 99 (doxsan doqquz) manat dəyərində ağ kostyum, 75 (yetmiş beş) manat dəyərində atlas qara kostyum, 100 (yüz) manat dəyərində ağ-qara xətli kostyum, 63 (altmış üç) manat dəyərində göy güllü uzun paltar, 42 (qırx iki) manat dəyərində 2 dəst ev geyimi, 25 (iyirmi beş) manat dəyərində ağ kofta, 23 (iyirmi üç) manat dəyərində uzun qol sarı qalın kofta, 30 (otuz) manat dəyərində uzun qol çəhrayı qalın kofta, 40 (qırx) manat dəyərində göy cins şalvar, 30 (otuz) manat dəyərində enli cins qara şalvar, 35 (otuz beş) manat dəyərində boz boyfriend şalvar, 18 (on səkkiz) manat dəyərində nazik qısa qol kofta, 30 (otuz) manat dəyərində hamiləlikdə geyinmək üçün ağ kofta, 28 (iyirmi səkkiz) manat dəyərində kletkalı qalın kofta, 18 (on səkkiz) manat dəyərində qalın parça şalvar, 26 (iyirmi altı) manat dəyərində ağ saçaqlı gecə geyimi, 44 (qırx dörd) manat dəyərində güllü paltar, 22 (iyirmi iki) manat dəyərində ağ kətan şalvar, 27 (iyirmi yeddi) manat dəyərində ağ kətan kofta, 33 (otuz üç) manat dəyərində vilur materialdan olan qələm yupka, 25 (iyirmi beş) manat dəyərində ağ rəngli kofta, 22 (iyirmi iki) manat dəyərində üstündə ayı şəkili olan kofta, 80 (səksən) manat dəyərində ağ rəngdə gödəkçə, 19 (on doqquz) manat dəyərində boz rəngdə kofta, 22 (iyirmi iki) manat dəyərində qara rəngli sadə paltar, 50 (əlli) manat dəyərində qaşlı cins pencək, 71 (yetmiş bir) manat dəyərində çəkmə, 21 (iyirmi bir) manat dəyərində ağ rəngli hündür daban ayaqqabı, 27 (iyirmi yeddi) manat dəyərində şəffaf qaşlı hündür daban ayaqqabı, 10 (on) manat dəyərində ağ rəngli krasovka, 23 (iyirmi üç) manat dəyərində ağ rəngdə çanta, 15 (on beş) manat dəyərində qəhvəyi rəngdə çanta, 15 (on beş) manat dəyərində qara rəngdə çanta, 300 (üç yüz) manat dəyərində 24 ədəd xrustal stəkan, 5 ədəd cins şalvar və sarı rəngdə ev geyimindən ibarət olmaqla qızıl-zinət əşyalarının, geyim və cehiz əmlaklarının və ya onların dəyəri olan 7463 (yeddi min dörd yüz altmış üç) manat məbləğində pulun, 70 (yetmiş) manat məbləğində mütəxəssisə ödənilən pulun, 50 (əlli) manat məbləğində mediasiya xərcinin, 300 (üç yüz) manat dəyərində hüquqi yardıma görə vəkilə ödədiyi pulun və ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumunun, cəmi 7979 (yeddi min doqquz yüz yetmiş doqquz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə 14 yanvar 2021-ci il tarixdə ailə ailə həyatı qurub evlənmiş, nikahlarını isə 15 noyabr 2021-ci il tarixdə Lerik rayonu, Cəngəmiran kənd icra nümayəndəliyi tərəfindən 03 sayla qeydə aldırmaqla rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 12 oktyabr 2022-ci il tarixdə Milana adlı uşaqları anadan olmuşdur. O, gəlin köçərkən və toyları olarkən cavabdeh tərəfindən ona qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Toy vaxtı və həmçinin toydan sonra birgə nikah dövründə cavabdeh tərəfindən onun üçün geyim əşyaları da alınmışdır. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban bir ailə şəklində yaşamışlar. Sonradan isə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün aralarında olan münasibətlər korlanmağa başlamışdır. Belə ki, o cavabdehlə ailə quranda cavabdehin Bakı şəhərində yerləşən evinə gəlin köçmüşdür. Həmin evə gəlin köçəndə cavabdeh, o və onun qardaşı bir yerdə yaşamışlar. Sonradan qaynanası və cavabdehin iki bacısı öz uşaqları ilə birlikdə həmin evə köçərək onlarla yaşamağa başlamışdır. Qaynanası onların evinə köçəndən sonra onun qızıl-zinət əşyalarını ondan alaraq ona “qızılları ver mənə, sən itirərsən” demişdir. Bundan sonra aralarında problemlər yaşanmağa başlamışdır. 2023-cü ilin may ayında cavabdeh onu valideynlərinin evinə qonaq göndərmişdir. Həmin vaxtı da qızılları onda olmamışdır. Bu müddət ərzində cavabdeh onunla maraqlanmamış və sonda anası ona zəng edərək onun razılığını alandan sonra onu Bakıya aparmışdır. O, həmin evdə 18 gün qalmış, bu müddət ərzində cavabdeh və onun iki bacısı evdən qovmaq üçün onu dəfələrlə döymüşlər. Lakin o ailəsi dağılmasın deyə hər cür əzablara dözmüşdür. Lakin sonradan cavabdeh onu uşaqla birlikdə yenidən kənddə yola salmışdır. Cavabdeh 10 gün ərzində bir dəfə də olsun onunla və uşağı ilə maraqlanmamışdır. 10 gün keçəndən sonra anası ona zəng edəndə cavabdeh “artıq mən sənin qızınla yaşamaq istəmirəm, ona görə də onu kənddə göndərmişəm, gəlin cehizlərinizi aparın” demişdir. Onlar da gedib, Bakıdan cehizlərini gətirmişdir.Cehizləri gətirəndə cavabdeh onun qızıllarını, geyim əşyalarını, bəzi qab-qacaqları və uşağın geyim əşyalarını ona verməkdən imtina etmiş və tapıb qaytaracağını bildirmişdir. O, da məcburiyyət qarşısında qalaraq cavabdehdən boşanmaq qərarına gəlmişdir. Buna görə də o, cavabdehə qarşı nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lerik Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və aliment məbləği müəyyən olunmuşdur. Nikahları məhkəmə qaydasında pozulanda cavabdeh məhkəməyə gəlməmiş, o cavabdehdən qızıllarını və qalan əşyalarını geri tələb edəndə ona qızıl dəstini satdığını, nişan üzüyünün onda olduğunu, qab-qacaqların pulunu verəcəyini və əşyaları da tapıb qaytaracağını bildirmişdir. Bu barədə aralarında dəfələrlə telefon danışığı olmuş, cavabdeh ona notariusda barışıq sazişi bağlayaraq qızıllara görə 4000 manat verməyə razı olduğunu, qalan əşyaları da qaytaracağını bildirmişdir. Cavabdeh ona qarışıq sazişi üçün 150 manat lazım olduğunu, pulu tapan kimi barışıq sazişi üçün notariusa gedəcəklərini bildirmişdir. Lakin cavabdeh bugünə kimi dediklərinə əməl etməmişdir. Bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o cavabdehlə 2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdehə məxsus Bakı şəhəri, Binə qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahlarından 2022-ci il tarixdə bir övladları anadan olmuşdur. Onun gəlin köçdüyü evdə yoldaşı, yoldaşının valideynləri və yoldaşının qardaşı da yaşamışdır. O, cehiz və geyim əşyalarını da həmin evə aparmışdır. Toy olan zaman ona yoldaşıgilin ailəsi tərəfindən qızıl-zinət və geyim əşyaları hədiyyə olunmuşdur. Toydan sonra qızıl-zinət əşyalarını qaynanası saxlamış, həmin qızıl-zinət əşyaları ona ancaq toydan-toya gedən zaman verilmişdir. Cavabdehlə münasibətlərinin pozulmasının səbəbi qaynanası və baldızının onunla dava etməsi olmuşdur. Bundan sonra cavabdeh onu atasıgilin yaşadığı Lerik rayonu, Cəngəmiran kəndinə gəlib götürmək şərti ilə 10 günlük göndərmişdir. Lakin bu müddətdən sonra cavabdeh onun dalınca gəlməmiş, onunla maraqlanmamışdır. Daha sonra o, boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, evdən gedən zaman 2-3 dəst geyim əşyasından başqa heç bir şey götürməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, boşanma müddətində iddiaçı cavabdehlə watsap vasitəsilə yazışmış, cavabdehin səs yazısı da olmuş, səs yazısında cavabdeh dekabr ayına kimi iddiaçının qızıl-zinət əşyalarını və paltarlarını qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. İddiaçı cavabdehlə yazışmasında ona notariusa gedək orada qızıl-zinət əşyalarının dəyərinin ona ödənilməsi barədə sənəd verməsini bildirmiş, cavabdeh isə ona qızıl-zinət əşyalarına görə 4000 manat verə biləcəyini bildirmiş, bununla bağlı notarusa getdiyini, ondan həmin sənədin verilməsi üçün notariusda 150 manat məbləğində pul istədiklərini bildirərək həmin sənədi verməmişdir. Daha sonra izahatında cavabdehin iddiaçı ilə danışığında cavabdeh həmin qızıl-zinət əşyalarını satdığını, bir tək nişan üzüyünün onda qaldığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq çıxarılacaq qərara hörmətlə yanaşdığını və üzrlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-7/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə X6 arasında 15 noyabr 2021-ci il tarixdə 03 sayla Lerik rayon Cəngəmiran kənd ərazi icra nümayəndəliyində qeyd edilmiş nikah qeydi pozulması, tərəflərin birgə nikahdan olan 12 oktyabr 2022-ci il tarixdə doğulmuş X1 adlı uşağın anası X3 yanında qalması, həmin uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində aliment və 12 oktyabr 2022-ci il tarixdə doğulmuş X1 adlı uşağın 3 (üç) yaşı tamam olanadək saxlanması üçün 50 manat maddi yardım olmaqla cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi, mülki iş üzrə qəbul edilmiş aliment tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli 2(048)-839/2023 saylı qərardada xitam verilməsi, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə hesablanmış alimentin miqdarının növbəti icra sənədində nəzərə alınması, iddiaçı tərəfindən ödənilmiş rüsumların əvəzi olan 100 (bir yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh birlikdə çəkilmiş toy mərasimi fotoşəkillərindən görünür ki, İddiaçı üzərində 1 ədəd boyunbağı, 1 ədəd kolye, 1 ədəd bilərzik, 1 cüt sırğa və 1 ədəd nişan üzüyü vardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında olan watsap yazışmalarından görünür ki, İddiaçı Cavabdeh geyim və cehiz əşyalarını tələb etmişdir. İş materiallarında olan Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qızı-zinət əşyalarının bazar qiymətlərinə dair rəyindən görünür ki, İtaliya istehsalı olan 27 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl dəsti (1 ədəd boyunbağı, 1 ədəd kolye, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 cüt sırğa) 4050 (dörd min əlli) manat dəyərində, İtaliya istehsalı olan 750 əyarlı 7,2 qram briliyant qaşlı qızıl nişan üzüyü 1000 (min) manat dəyərində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Lənkəran 1 saylı Mediasiya Təşkilatının hesabına 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Lerik Rayon Məhkəməsinin hesabına 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinə görə Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin hesabına 70 (yetmiş) manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Vəkil Bürosunun vəkili X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Lerik Rayon Məhkəməsində hüquqlarını müdafiə etmək üçün hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış, hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 300 (üç yüz) manat məbləğində müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli qəbzə əsasən 300 (üç yüz) manat Lənkəran Rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən qızıl-zinət əşyalarının iddiaçıya nikah dövründə hədiyyə şəklində verilməsi halı işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, məhz cavabdeh qızılları ididaçıya qaytarması halını sübutetmək öhdəliyini daşıyır. Cavabdeh həmin qızılları iddiaçıya qaytarmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının qaytarılması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qızıl-zinət əşyalarının dəyəri ilə bağlı hissəyə münasibət bildirərək qeyd edir ki, müstəqil qiymətləndirici tərəfindən verilən rəydə qeyd edilən qızıl-zinət əşyalarının dəyəri ağlabatan olduğundan, qızıl-zinət əşyalarının dəyəri rəydə qeyd edilən qiymətlərə uyğun olmalıdır. Məhkəmə iddia tələbinin cehiz və geyim əyşalarının qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında olan watsapp yazışmasından müəyyən edilir ki, iddiaçı ona məxsus cehiz və geyim əyşalarını cavabehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4050 (dörd min əlli) manat dəyərində İtaliya istehsalı olan 27 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl dəsti (1 ədəd boyunbağı, 1 ədəd kolye, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 cüt sırğa), 1000 (min) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 7,5 qram briliyant qaşlı qızıl nişan üzüyü, 200 (iki yüz) manat dəyərində evdə geyinmək üçün 2 dəst geyim, 38 (otuz səkkiz) manat dəyərində 1 dəst yaşıl rəngli ev geyim dəsti, 64 (altmış dörd) manat dəyərində hamam dəsti, 250 (iki yüz əlli) manat dəyərində 5 ədəd hamam dəsmalı, 98 (doxsan səkkiz) manat dəyərində ağ paltar uzun qaşlı, 75 (yetmiş beş) manat dəyərində qırmızı paltar, 70 (yetmiş) manat dəyərində qısa ağ paltar, 100 (yüz) manat dəyərində nişanda geydiyi tüllü ağ paltar, 99 (doxsan doqquz) manat dəyərində ağ kostyum, 75 (yetmiş beş) manat dəyərində atlas qara kostyum, 100 (yüz) manat dəyərində ağ-qara xətli kostyum, 63 (altmış üç) manat dəyərində göy güllü uzun paltar, 42 (qırx iki) manat dəyərində 2 dəst ev geyimi, 25 (iyirmi beş) manat dəyərində ağ kofta, 23 (iyirmi üç) manat dəyərində uzun qol sarı qalın kofta, 30 (otuz) manat dəyərində uzun qol çəhrayı qalın kofta, 40 (qırx) manat dəyərində göy cins şalvar, 30 (otuz) manat dəyərində enli cins qara şalvar, 35 (otuz beş) manat dəyərində boz boyfriend şalvar, 18 (on səkkiz) manat dəyərində nazik qısa qol kofta, 30 (otuz) manat dəyərində hamiləlikdə geyinmək üçün ağ kofta, 28 (iyirmi səkkiz) manat dəyərində kletkalı qalın kofta, 18 (on səkkiz) manat dəyərində qalın parça şalvar, 26 (iyirmi altı) manat dəyərində ağ saçaqlı gecə geyimi, 44 (qırx dörd) manat dəyərində güllü paltar, 22 (iyirmi iki) manat dəyərində ağ kətan şalvar, 27 (iyirmi yeddi) manat dəyərində ağ kətan kofta, 33 (otuz üç) manat dəyərində vilur materialdan olan qələm yupka, 25 (iyirmi beş) manat dəyərində ağ rəngli kofta, 22 (iyirmi iki) manat dəyərində üstündə ayı şəkili olan kofta, 80 (səksən) manat dəyərində ağ rəngdə gödəkçə, 19 (on doqquz) manat dəyərində boz rəngdə kofta, 22 (iyirmi iki) manat dəyərində qara rəngli sadə paltar, 50 (əlli) manat dəyərində qaşlı cins pencək, 71 (yetmiş bir) manat dəyərində çəkmə, 21 (iyirmi bir) manat dəyərində ağ rəngli hündür daban ayaqqabı, 27 (iyirmi yeddi) manat dəyərində şəffaf qaşlı hündür daban ayaqqabı, 10 (on) manat dəyərində ağ rəngli krasovka, 23 (iyirmi üç) manat dəyərində ağ rəngdə çanta, 15 (on beş) manat dəyərində qəhvəyi rəngdə çanta, 15 (on beş) manat dəyərində qara rəngdə çanta, 300 (üç yüz) manat dəyərində 24 ədəd xrustal stəkan, 5 ədəd cins şalvar və sarı rəngdə ev geyimindən ibarət olan, ümumilikdə 7453 (yeddi min dörd yüz əlli üç) manat məbləğində qızıl-zinət, geyim və cehiz əmlakları alınaraq İddiaçı verilməli, həmin əmlaklar olmadıqda onların dəyəri olan 7453 (yeddi min dörd yüz əlli üç) manat pul tutularaq İddiaçı ödənilməlidir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərindən 145 (95 (doxsan beş) manat dövlət rüsumu + 50 (əlli) manat mediasiya xərci) manat, mütəxəsissə ödənilmiş 70 (yetmiş) manat xidmət haqqı, hüquqi xidmət haqqı olan 300 (üç yüz) manatın 150 (yüz əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4050 (dörd min əlli) manat dəyərində İtaliya istehsalı olan 27 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl dəsti (1 ədəd boyunbağı, 1 ədəd kolye, 1 ədəd üzük, 1 ədəd bilərzik və 1 cüt sırğa), 1000 (min) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 7,5 qram briliyant qaşlı qızıl nişan üzüyü, 200 (iki yüz) manat dəyərində evdə geyinmək üçün 2 dəst geyim, 38 (otuz səkkiz) manat dəyərində 1 dəst yaşıl rəngli ev geyim dəsti, 64 (altmış dörd) manat dəyərində hamam dəsti, 250 (iki yüz əlli) manat dəyərində 5 ədəd hamam dəsmalı, 98 (doxsan səkkiz) manat dəyərində ağ paltar uzun qaşlı, 75 (yetmiş beş) manat dəyərində qırmızı paltar, 70 (yetmiş) manat dəyərində qısa ağ paltar, 100 (yüz) manat dəyərində nişanda geydiyi tüllü ağ paltar, 99 (doxsan doqquz) manat dəyərində ağ kostyum, 75 (yetmiş beş) manat dəyərində atlas qara kostyum, 100 (yüz) manat dəyərində ağ-qara xətli kostyum, 63 (altmış üç) manat dəyərində göy güllü uzun paltar, 42 (qırx iki) manat dəyərində 2 dəst ev geyimi, 25 (iyirmi beş) manat dəyərində ağ kofta, 23 (iyirmi üç) manat dəyərində uzun qol sarı qalın kofta, 30 (otuz) manat dəyərində uzun qol çəhrayı qalın kofta, 40 (qırx) manat dəyərində göy cins şalvar, 30 (otuz) manat dəyərində enli cins qara şalvar, 35 (otuz beş) manat dəyərində boz boyfriend şalvar, 18 (on səkkiz) manat dəyərində nazik qısa qol kofta, 30 (otuz) manat dəyərində hamiləlikdə geyinmək üçün ağ kofta, 28 (iyirmi səkkiz) manat dəyərində kletkalı qalın kofta, 18 (on səkkiz) manat dəyərində qalın parça şalvar, 26 (iyirmi altı) manat dəyərində ağ saçaqlı gecə geyimi, 44 (qırx dörd) manat dəyərində güllü paltar, 22 (iyirmi iki) manat dəyərində ağ kətan şalvar, 27 (iyirmi yeddi) manat dəyərində ağ kətan kofta, 33 (otuz üç) manat dəyərində vilur materialdan olan qələm yupka, 25 (iyirmi beş) manat dəyərində ağ rəngli kofta, 22 (iyirmi iki) manat dəyərində üstündə ayı şəkili olan kofta, 80 (səksən) manat dəyərində ağ rəngdə gödəkçə, 19 (on doqquz) manat dəyərində boz rəngdə kofta, 22 (iyirmi iki) manat dəyərində qara rəngli sadə paltar, 50 (əlli) manat dəyərində qaşlı cins pencək, 71 (yetmiş bir) manat dəyərində çəkmə, 21 (iyirmi bir) manat dəyərində ağ rəngli hündür daban ayaqqabı, 27 (iyirmi yeddi) manat dəyərində şəffaf qaşlı hündür daban ayaqqabı, 10 (on) manat dəyərində ağ rəngli krasovka, 23 (iyirmi üç) manat dəyərində ağ rəngdə çanta, 15 (on beş) manat dəyərində qəhvəyi rəngdə çanta, 15 (on beş) manat dəyərində qara rəngdə çanta, 300 (üç yüz) manat dəyərində 24 ədəd xrustal stəkan, 5 ədəd cins şalvar və sarı rəngdə ev geyimindən ibarət olan ümumilikdə 7453 (yeddi min dörd yüz əlli üç) manat məbləğində qızıl-zinət, geyim və cehiz əmlakları alınaraq İddiaçı verilməli, həmin əmlaklar olmadıqda onların dəyəri olan 7453 (yeddi min dörd yüz əlli üç) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərindən 145 (95 (doxsan beş) manat dövlət rüsumu + 50 (əlli) manat mediasiya xərci) manat, mütəxəsissə ödənilmiş 70 (yetmiş) manat xidmət haqqı, hüquqi xidmət haqqı olan 300 (üç yüz) manatın 150 (yüz əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar