Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-796/2024 15.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 avqust 1982-ci ildə Lerik rayonu Orand kəndində doğulmuş X1 08 fevral 2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o 1986-cı ildə Lerik rayonu Orand kəndində anadan olmuşdur. X2 2012-ci ildə, anası X4 isə 2021-ci ildə vəfat etmişlər. Onlar üçün ölüm haqqında şəhadətnaməni götürmüşlər. Həmçinin qardaşı X5 18 avqust 1982-ci ildə Lerik rayonu Orand kəndində anadan olmuş və 08 fevral 2003-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Başları qarışıq olduğundan qardaşı üçün ölüm haqqında şəhadətnamə götürə bilməmişdir. Hal-hazırda onun qəbri Lerik rayon Orand kənd qəbristanlığında yerləşir. Sonradan qardaşı üçün ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, bundan imtina edilmişdir. Yaranmış problemin həlli yalnız məhkəmə qaydasında mümkün olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan başqa qardaşının ölüm faktı müvafiq icra hakimiyyəti orqanından alınmış aktla da təsdiq olunur. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 18 avqust 1982-ci il tarixdə Lerik rayonu Orand kəndində anadan olmuş qardaşı X1 01 avqust 2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək atalarının adına verilmiş torpağın sənədləşdirilməsi üçün mərhum qardaşının ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Pirasora kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş Vİİİ-ЖГ seriyalı, 415595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18 avqust 1982-ci ildə Lerik rayonu, Orand kəndində kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1982-ci il tarixdə 65 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X3r. İş materiallarında olan Lerik RİHB-nin Orand kənd İƏD üzrə Nümayəndəsi tərəfindən tərəfindən tərtib edilmiş 14 avqust 2024-cü il tarixli aktdan görünür ki, Lerik rayon Orand kənd sakini X5 xx.xx.2003-cü il tarixində Bakı şəhərində vəfat etmiş, Lerik rayon Orand kənd qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 19 avqust 2024cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 8-ci bəndinin tələblərinə əsasən oğlu X1 ölümü barədə akt qeydinin icrası və ölüm şəhadətnaməsinin verilməsi barədə ərizənin qəbulundan və icrasından imtina etmiş və qanunvericiliyin tələbinə görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş xx.xx.1982-xx.xx.2003-cü il təvəllüdlü X1 adı, soyadı və ata adı qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısı oğludur. Təsdiq edir ki, X5 xx.xx.2003-cü il tarixində Bakı şəhərində dənizdə boğulmuş və Lerik rayon Orand kənd qəbiristanlığında dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. Təsdiq edir ki, X5 xx.xx.2003-cü il tarixində Bakı şəhərində dənizdə boğulmuş və Lerik rayon Orand kənd qəbiristanlığında dəfn edilmiş, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, 18 avqust 1982-ci ildə Lerik rayonunun Orand kəndində doğulmuş X1 xx.xx.2003-cü il tarixində Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi 18 avqust 1982-ci ildə Lerik rayonunun Orand kəndində doğulmuş X1 xx.xx.2003-cü il tarixində Bakı şəhərində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 18 avqust 1982-ci ildə Lerik rayonunun Orand kəndində doğulmuş X1 xx.xx.2003-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 avqust 1982-ci ildə Lerik rayonunun Orand kəndində doğulmuş X1 xx.xx.2003-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-796/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-796/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver