Məhkəmə qərarları › İş №2(048)-802/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-802/2023

12.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-802/2023 12.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi X3 nın iştirakı ilə, Ərizəçi X2 “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Lerik Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. müəyyənetdi: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs Mikayıl oğlu arasında Lənkaran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022-ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişnə əsasən Maraqlı şəxs Mikayıl oğlunun azyaşlı övladı 14 iyun 2018-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin 4/1 hissəsində alimenti onun X2 xeyrinə verilməsi şərtləri əsasında barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Mikayıl oğlu ilə, 16 may 2017-ci il tarixində 1 saylı Asan Xidmət Mərkəzində nikahlarını 1261 sayla rəsmiləşdirməklə evlənmişlər.Birgə nikahlarından 14 iyun 2018-ci il təvəlüdlü X7 adlı bir övladları dünyaya gəlmişdir .Maraqlı şəxs Mikayıl oğlu onunla yola getmədiyindən ona qarşı nikahın pozulması və aliment tələbi irəli sürməsinə zərurət yaranmışdır.Məhkəməyə hazırlıq üçün ilkin olaraq Lənkəran 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, X1 mediatorluğu ilə keçirilmiş mediasiya sessiyasında bağlanmış 29 dekabr 2022–ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs Mikayıl oğlu barışıq sazişi imzalayaraq 14 iyun 2018-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 29 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirləeinin 4/1 hissəsində alimenti onun xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs Mikayıl oğlu üzərinə götürdüyü öhdəlikləri icra etməyərək barışıq sazişinin icrasını təmin etməmişdir. Ona görə də barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022–ci il tarixli, MŞL- 01691 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs Mikayıl oğlu 14 iyun 2018-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirləeinin 4/1 hissəsində alimenti X2 xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Ərizəçi X2 etibarnamə üzrə nümayəndəsi X5 ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Mikayıl oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 305.1.17. maddəsinə əsasən Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmən məcəllənin 355-23.1. maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmən məcəllənin 355-25.1. maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmən məcəllənin 355-25.3. maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmən məcəllənin 355-26.1. maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmən məcəllənin 355-26.1.1. maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda Həmən məcəllənin 355-26.1.2. maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə ərizəçi tərəflərin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022–ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs Mikayıl oğlu 14 iyun 2018-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 dekabr 2022-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirləeinin 4/1 hissəsində alimenti X2 xeyrinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə barışıq sazişini tədqiq edərək hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinaya dair əsaslar mövcud deyildir. Maraqlı şəxs Mikayıl oğlu tərəfindən barışıq sazişinin könüllü icrası təmin edilmədiyindən onun məcburi qaydada icrasının təmin edilməsi üçün təsdiqinə zərurət vardır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.1-ci maddəsinə əsasən barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Həmin Qanunun 26.1.4-cü maddəsinə əsasən uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilib, ərizəçi X3 ilə Maraqlı şəxs Mikayıl oğlu arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022–ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 355-35 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi X2 “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilsin. Ərizəçi X3 ilə Maraqlı şəxs Mikayıl oğlu arasında Lənkəran 1 saylı Mediasiya təşkilatında bağlanmış 29 dekabr 2022–ci il tarixli, MŞL-01691 nömrəli barışıq sazişi, Maraqlı şəxs Mikayıl oğlunun azyaşlı övladı 14 iyun 2018-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 4/1 hissəsində alimenti X2 xeyrinə verilməsi şərtləri əsasında təsdiq edilsin. Alimentin tutulmasının əvvəliinin Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən 07 yanvar 2023-ci il tarixdən başlayaraq hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar