Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-863/2023 18.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifələrin icra edən X11 iştirakları ilə, Ərizəçinın ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası, xx.xx.1973-cü il təvəllüdlü X2, həyat yoldaşı, xx.xx.1993-cü il təvəllüdlü X6, qızı xx.xx.2013-cü il təvəllüdlü X7 və nənəsi, xx.xx.1941-ci il təvəllüdlü X4 ölüm faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ailələrində 23-aprel 2023-cü il tarixdə faciəvi şəkildə 4-nəfər elektrik cərəyanı vurması nəticəsində vəfat etmişlər. Bu faciədə onun həyat yoldaşı, X14, onun qızı X7, anası X8 və nənəsi X9 bu faciədə vəfat etmişlər. Vəfat edən qızından başqa 3-azyaşlı körpəsi də anasız qalmışdır. Lakin körpələrinə analarının yerini verə bilməsədə, bacısı X12 onlara analıq edərək onların qayğıları ilə məşqul olur və uşaqlar onu öz anaları kimi qəbul edirlər.O, 3-cü qurup əlildir. Vəfat edən yaxınlarının ölüm şəhadətnamələri almaq üçün qeydiyyat şöbəsinə müraciət etsədə, ona imtina qərarı verərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifələrin icra edən X19 məhkəmə iclası zamanı Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməsinə etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materillarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05/13-20 saylı xx.xx.2023-cü il tarixli imtina qərarından görünür ki, Ərizəçi ərizəsinin qəbulundan imtina edimişdir. İş materillarına əlavə edilmiş Lerik rayon İHB-nın Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Lerik rayon Bırkandul kəndində yaşayır. İş materillarına əlavə edilmiş foto şəkillərdən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X8, xx.xx.1993-cü il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.1941-ci il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğu Lerik Rayon Prokurorluğu tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli №230636006 saylı məktubundan görünür ki, X1, X2, X6 və X3 elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə icraata "20" iyul 2023-cü il tarixdə Lerik rayon prokurorluğunun müstəntiqi X16 tərəfindən xitam verilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğum, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin fiziki şəxsin ölmüş hesab edilməsindən bəhs edən 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə göərə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə iclası zamanı işi araşdırması halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi ailəsində 4 nəfər elektrik cəryanı vurması nəticəsində vəfat etmişdir.Ərizəçi savadsız olduğundan mərhum ailə üzüvləri üçün ölüm haqqnda şəhadətnamə götürməmişdir.Ərizəçi bu barədə qeydiyyat orqanına müraciət etsə də ərizəçiyə imtina qərarı verilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Lerik rayon Tikaband kəndində doğulmuş xx.xx.1973-cü il təvəllüdlü X8, xx.xx.1993-cü il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.1941-ci il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə Lerik rayonu Tikəband kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik rayon Tikaband kəndində doğulmuş xx.xx.1973-cü il təvəllüdlü X2, xx.xx.1993-cü il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.1941-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Lerik rayonu Tikəband kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X15 ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYcAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 18 dekabr 2023-ci il 2(048)-863/2023 Ərizəçi (Lerik rayonu, Tikəband kəndi) Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 18 dekabr 2023-ci il tarixli 2(048)-863/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-863/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-863/2023
18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver