Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-90/2025 17.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əşyaların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus - 1 ədəd yataq dəsti, 1 ədəd qarderob, 1 ədəd güzgülü kamot, 1 ədəd balaca qorka, 1 ədəd stol, 6 ədəd stullar, 1 ədəd künc divanı, 1 ədəd uşaq beşiyi, 3 dəst yorğan-döşək, 2 ədəd yay yorğanı, 6 ədəd balış, 3 ədəd odeyal, 2 ədəd xalça, 2 ədəd stol üçün örtük, 5 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 5 ədəd qab-qacaq dəsmalı, 3 ədəd pəncərə üçün pərdə; 1 ədəd ət çəkən maşın, 1 ədəd duxovka, 1 ədəd plastmas vanna, 1 ədəd vedrə, 1 ədəd çaynik, 1 ədəd ləyən, 1 ədəd zibil üçün vedrə, 4 ədəd xörək bişirmək üçün qazan, 1 ədəd tava, 1 ədəd meyvə qabı, 1 ədəd qoz-fındıq qabı, 2 ədəd şirniyyat qabı, 3 ədəd su bardağı, 6 ədəd çay stəkanı, 12 ədəd rumka, 4 ədəd plastmas qab, 1 ədəd bıçaq dəsti, 6 ədəd çəngəl, 6 ədəd duz qabı, 6 ədəd armudu stəkan, 6 ədəd qənd qabı, 2 ədəd konfet qabı; 48 ədəd qabqacaqlar, 1 ədəd mikser, 1 ədəd şüşə çaynik, 1 ədəd serviz dəsti olmaqla cehiz əşyalarının İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Südçülük Sovxozu üzrə 09 dekabr 2000-ci il tarixli, 16 nömrəli əmrə əsasən fərdi yaşayış evi tikmək üçün ona 0,05 ha torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə aiddir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. O, bir müddət həmin evdə yaşadıqdan sonra daimi yaşamaq üçün Gəncə şəhərinə köçmüşdür. Qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini müvəqqəti yaşamaq üçün 2022-ci ilin yanvar ayında X2 vermişdir. X9 həyat yoldaşı Cavabdeh ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində yaşamışlar. Bir müddət sonra məlumat almışdır ki, X9 ilə Cavabdeh boşanmışlar. Cavabdeh 2023-cü ilin sentyabr ayında ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini tərk edib getmiş və bir daha geri qayıtmamışdır. Daha sonra, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və X4 xx.xx.2023-cü il tarixdə faktiki nikahdan anadan olmuş qızı X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-699/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edir ki, Cavabdeh məxsus cehiz əşyalarının onun evində qalması onun mülkiyyət hüquqlarını pozmuşdur. Odur ki, Cavabdeh cehiz əşyalarının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsi məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışdan görünür ki, Sovxozda işləyən, öünə məxsus evi və torpaq sahəsi olmayan fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0,05 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2009-cu il tarixli hesabatdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən 0,05 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi layihələndirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 699/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək Talekh Nasibovdan xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışa əsasən İddiaçı 0,05 ha torpaq sahəsi ayrılmış və İddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X8 ilə Cavabdeh faktiki niKah münasibətlərinə daxil olmuş, həmin nikahdan xx.xx.2023-cü il tarixdə X7 anadan olmuşdur. Onlar ailə həyatı qurduqdan sonra iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə köçüb yaşamışlar və cavabdeh məişət və ev əşyalarını da həmin ünvana gətirmişdir. X1 ilə Cavabdeh arasında olan münasibətlər pozulmuş və onlar iddiaçıya məxsus evi tərk etsələr də, cavabdehə məxsus cehiz əşyaları iddiaçının evində qalmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsində onun tərəfindən tikilmiş evdən istifadə edə bilməməsinə istinad edərək Cavabdeh məxsus əşyaların çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunvericiliyin qeyd edilən tələblərinə istinad edərək məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyaların çıxarılması tələbi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı istifadəsində olan, adına sənədləşdirilmiş torpaq sahəsində (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında) yerləşən evdən Cavabdeh məxsus - 1 ədəd yataq dəsti, 1 ədəd qarderob, 1 ədəd güzgülü kamot, 1 ədəd balaca qorka, 1 ədəd stol, 6 ədəd stullar, 1 ədəd künc divanı, 1 ədəd uşaq beşiyi, 3 dəst yorğan-döşək, 2 ədəd yay yorğanı, 6 ədəd balış, 3 ədəd odeyal, 2 ədəd xalça, 2 ədəd stol üçün örtük, 5 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 5 ədəd qab-qacaq dəsmalı, 3 ədəd pəncərə üçün pərdə; 1 ədəd ət çəkən maşın, 1 ədəd duxovka, 1 ədəd plastmas vanna, 1 ədəd vedrə, 1 ədəd çaynik, 1 ədəd ləyən, 1 ədəd zibil üçün vedrə, 4 ədəd xörək bişirmək üçün qazan, 1 ədəd tava, 1 ədəd meyvə qabı, 1 ədəd qoz-fındıq qabı, 2 ədəd şirniyyat qabı, 3 ədəd su bardağı, 6 ədəd çay stəkanı, 12 ədəd rumka, 4 ədəd plastmas qab, 1 ədəd bıçaq dəsti, 6 ədəd çəngəl, 6 ədəd duz qabı, 6 ədəd armudu stəkan, 6 ədəd qənd qabı, 2 ədəd konfet qabı; 48 ədəd qab-qacaqlar, 1 ədəd mikser, 1 ədəd şüşə çaynik, 1 ədəd serviz dəsti Cavabdeh tərəfindən çıxarılaraq ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən evdən Cavabdeh məxsus - 1 ədəd yataq dəsti, 1 ədəd qarderob, 1 ədəd güzgülü kamot, 1 ədəd balaca qorka, 1 ədəd stol, 6 ədəd stullar, 1 ədəd künc divanı, 1 ədəd uşaq beşiyi, 3 dəst yorğan-döşək, 2 ədəd yay yorğanı, 6 ədəd balış, 3 ədəd odeyal, 2 ədəd xalça, 2 ədəd stol üçün örtük, 5 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 5 ədəd qab-qacaq dəsmalı, 3 ədəd pəncərə üçün pərdə; 1 ədəd ət çəkən maşın, 1 ədəd duxovka, 1 ədəd plastmas vanna, 1 ədəd vedrə, 1 ədəd çaynik, 1 ədəd ləyən, 1 ədəd zibil üçün vedrə, 4 ədəd xörək bişirmək üçün qazan, 1 ədəd tava, 1 ədəd meyvə qabı, 1 ədəd qoz-fındıq qabı, 2 ədəd şirniyyat qabı, 3 ədəd su bardağı, 6 ədəd çay stəkanı, 12 ədəd rumka, 4 ədəd plastmas qab, 1 ədəd bıçaq dəsti, 6 ədəd çəngəl, 6 ədəd duz qabı, 6 ədəd armudu stəkan, 6 ədəd qənd qabı, 2 ədəd konfet qabı; 48 ədəd qabqacaqlar, 1 ədəd mikser, 1 ədəd şüşə çaynik, 1 ədəd serviz dəsti Cavabdeh tərəfindən çıxarılaraq ona geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-90/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-90/2025
17.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver