Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-958/2024 20.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 2159 (iki min yüz əlli doqquz) manat dəyərində bir ədəd 585 əyarlı 25,4 qram çəkidə “Günəş” adlı qızıl gəlinlik dəsti, bir ədəd 1547 (min beş yüz qırx yeddi) manat dəyərində 585 əyarlı 18,2 qram çəkidə boyunbağı (anasının verdiyi hədiyyə), bir ədəd 1814 (min səkkiz yüz on dörd) manat dəyərində 750 əyarlı 16,8 qram çəkidə boyunbağı, bir cüt 367 (üç yüz altmış yeddi) manat dəyərində 585 əyarlı 4,32 qram çəkidə sırğa (ata evindən gətirdiyi), bir cüt 518 (beş yüz on səkkiz) manat dəyərində 585 əyarlı 6,1 qram çəkidə sırğa, bir ədəd 426 (dörd yüz iyirmi altı) manat dəyərində 750 əyarlı 3,95 qram çəkidə bilərzik, bir ədəd 493 (dörd yüz doxsan üç) manat dəyərində 585 əyarlı 5,81 qram çəkidə bilərzik (özü aldığı), bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində 585 əyarlı 5,3 qram çəkidə üzük (özü aldığı), bir ədəd 306 (üç yüz altı) manat dəyərində 585 əyarlı 3,6 qram çəkidə üzük, bir ədəd 409 (dörd yüz doqquz) manat dəyərində 585 əyarlı 4,82 qram çəkidə üzük (bacısının hədiyyə verdiyi), bir ədəd 542 (beş yüz qırx iki) manat dəyərində 750 əyarlı 6,32 qram çəkidə nişan üzüyü, bir cüt 253 (iki yüz əlli üç) manat dəyərində 585 əyyarlı 2,98 qram çəkidə uşaq üçün sırğa (anasının hədiyyə verdiyi), bir ədəd 272 (iki yüz yetmiş iki) manat dəyərində 585 əyarlı 3,2 qram çəkidə uşaq üçün boyunbağı (anasının hədiyyə verdiyi), bir ədəd 1550 (min beş yüz əlli) manat dəyəri olan divan-kreslo dəsti, bir ədəd 880 (səkkiz yüz səksən) manat dəyərində olan stol-stul dəsti, bir ədəd 120 (yüz iyirmi) manat dəyərində jurnal masası, bir ədəd 4200 (dörd min iki yüz) manat dəyərində yataq dəsti, üç ədəd ümumi dəyəri 780 (yeddi yüz səksən) manat olan xalça, bir ədəd 499 (dörd yüz doxsan doqquz) manat dəyərində 82 düyümlü “Samsung” markalı televizor, bir ədəd 650 (altı yüz əlli) manat dəyərində soyuducu, bir ədəd 180 (yüz səksən) manat dəyərində tozsoran, iki ədəd ümumi dəyəri 120 (yüz iyirmi) manat olan lüstr, səkkiz ədəd ümumi dəyəri 280 (iki yüz səksən) manat olan pərdə, bir ədəd 60 (altmış) manat dəyərində ütü, bir ədəd 45 (qırx beş) manat deyərində ütü masası, beş ədəd ümumi dəyəri 400 (dörd yüz) manat olan döşək, beş ədəd ümumi dəyəri 250 (iki yüz əlli) manat olan yorğan, on ədəd ümumi dəyəri 150 (yüz əlli) manat olan balış, on ədəd ümumi dəyəri 80 (səksən) manat olan döşəkcə, iki ədəd ümumi dəyəri 100 (yüz) manat olan ədyal, dörd ədəd ümumi dəyəri 120 (yüz iyirmi) manat olan süfrə, beş ədəd ümumi dəyəri 80 (səksən) manat olan mələfə, bir ədəd 120 (yüz iyirmi) manat dəyərində taxt üstü, bir ədəd 220 (iki yüz iyirmi) manat dəyərində taxt üstü, bir ədəd 250 (iki yüz əlli) manat dəyərində qaz piltəsi, bir ədəd 60 (altmış) manat dəyərində tas, bir ədəd 220 (iki yüz iyirmi) manat dəyərində ətçəkən maşın, iki ədəd ümumi dəyəri 24 (iyirmi dörd) manat olan çaydan, iki ədəd ümumi dəyəri 240 (iki yüz qırx) manat olan boşqab dəsti, altı ədəd ümumi dəyəri 180 (yüz səksən) manat olan fincan dəsti, iki ədəd ümumi dəyəri 80 (səksən) manat olan bakal dəsti, iki ədəd ümumi dəyəri 180 (yüz səksən) manat olan bıçaq dəsti, üç ədəd ümumi dəyəri 48 (qırx səkkiz) manat olan stəkan (böyük) dəsti, üç ədəd ümumi dəyəri 54 (əlli dörd) manat olan stəkan (armudu) dəsti, iki ədəd ümumi dəyəri 28 (iyirmi səkkiz) manat olan şirniyyat qabı, beş ədəd ümumi dəyəri 30 (otuz) manat olan çərəz qabı, altı ədəd ümumi dəyəri 48 (qırx səkkiz) manat boşqab (bulud), iki ədəd ümumi dəyəri 36 (otuz altı) manat olan güldan, səkkiz ədəd ümumi dəyəri 32 (otuz iki) manat olan qənd qabı, dörd ədəd ümumi dəyəri 24 (iyirmi dörd) manat olan meyvə qabı, iki ədəd ümumi dəyəri 56 (əlli altı) manat olan qaşıq dəsti, iki ədəd ümumi dəyəri 68 (altmış səkkiz) manat olan boşqab dəsti (salat qabı), bir ədəd 35 (otuz beş) manat dəyərində elektrikli çaydan, on iki ədəd ümumi dəyəri 30 (otuz) manat olan mürəbbə qabı, bir ədəd salat 8 (səkkiz) manat dəyərində salat doğrayan, bir ədəd 24 (iyirmi dörd) manat dəyərində qoz çəkən maşın, dörd ədəd ümumi dəyəri 28 (iyirmi səkkiz) manat olan su qrafinkası, üç ədəd ümumi dəyəri 54 (əlli dörd) manat olan kasa (balaca) dəsti, altı ədəd ümumi dəyəri 102 (yüz iki) manat olan nəlbəki dəsti, iki ədəd ümumi dəyəri 46 (qırx altı) manat olan divar saatı, üç ədəd ümumi dəyəri 60 (altmış) manat olan qazan, iki ədəd ümumi dəyəri 130 (yüz otuz) manat olan tava dəsti, iki ədəd ümumi dəyəri 50 (əlli) manat olan sini dəsti, bir ədəd 80 (səksən) manat dəyərində qazan dəstindən ibarət olan əmlakların və ya həmin əmlakların ümumi dəyəri olan 22745 (iyirmi iki min yeddi yüz qırx beş) manat məbləğində olan pulun, eləcə də ödədiyi dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 27 avqust 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 21 noyabr 2015-ci il təvəllüdlü X14 adlı övladları vardır. Ailə həyatı qurduqları ilk gündən Cavabdeh tərəfindən psixi və fiziki şiddətə məruz qalmağa başlamış, bu səbəbdən ailədə tez-tez narazılıqlar olmuşdur. Bütün bunlara bir müddət övladına görə dözsə də, cavabdehin azyaşlı uşağın yanında etdiyi qeyri-etik davranışlar və hərəkətlər gələcəkdə övladının tərbiyəsinə mənfi təsir göstərəcəyindən və müxtəlif psixi travmalarla böyüyəcəyindən ehtiyat edib boşanmaq qərarına gəlmişdir. Lerik Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(048)- 867/2023 saylı qətnaməsi ilə nikahlparı pozulmuş və məhkəmənin müvafiq qərarı ilə qızı Dəniz Ağazadə onun himayəsində saxlanılmışdır. Uşağın saxlanılmasına görə cavabdehə 180 manat məbləğində aliment təyin edilmişdir. Ailə həyatı qurduğu zaman milli adətənənələrə uyğun olaraq ona qızıl-zinət əşyaları alınıb verilmiş, həmçinin valideynləri və bir neçə yaxın qohumu tərəfindən ona əlavə hədiyyələr verilmişdir. Həmçinin valideynləri tərəfindən ona cehiz əmlak alınaraq həmin vaxt cavabdehin özünün və valideynlərinin Lerik rayonu Almu kəndindəki yaşadıqları evə aparılmışdır. O, həmin evdə çox az müddətdə yaşamışdır. Uzun müddətdir ki, cavabdeh və onun ailə üzvləri həmin cehizlərdən şəxsi əmlakları kimi istifadə edirlər və indiyə kimi qızıllarını da ona geri qaytarmamışlar. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, birgə nikahdan əvvəl onun Sumqayıt şəhəri, Yaşıldərə ərazisində iki evi var idi. Birgə nikah zamanı qaynatası Sucəddinin təkidi ilə həmin evləri satmış və xx.xx.2021-ci ildə Saray qəsəbəsində 2 sot torpaq alıb orada 1 mərtəbəli 1 otaq 140 kv.metr ev tikdirmişdir. Bildirir ki, evin tikilməsinə və təmirinə bütün xərcləri özü çəkmişdir. Ev tikiləndən sonra o, iddiaçı və uşağı həmin evdə qalmışlar. Daha sənra münasibətləri pozulmuş, münasibətlərinin pozulmasına səbəb cavabdehin xəyanət etməsi və münasibətlərinin kəskinləşməsi olmuşdur. Belə ki, iddiaçı axşam saat 10-dan sonra işdən gəlib həkimə gedirəm deyib gedirdi və gecə saat 2-də gəlirdi. Daha sənra o, cavabdehin telefonunda digər şəxslə SMS-lərini tutmuşdur. O, bu məsələni iddiaçının atasına bildirmişdir. Bundan sonra münasibətləri kəskinləşmiş, atası və iddiaçı ona şər atmağa başlamışlar. 2023-cü ilin sentyabr ayında iddiaçı və atası evin qapılarını bağlayıb onun paltarlarını çölə atmışlar, açarları, evdə olan qızıl-zinət əşyalarını özləri ilə götürüb Sumqayıt şəhərində atasının evinə getmişlər. O, bununla bağlı iddiaçının atasına zəng etmiş, iddiaçının atası ona “sənin evin yoxdu, tərk elə oranı, hara istəyirsən get şikayət elə” demişdir. İddiaçı tərəf onun həmin evdən istifadəsinə imkan vermirlər. Bununla bağlı o, Saray polisinə bir dəfə ərizə ilə, bir neçə dəfə də şifahi müraciət etsə də, heç bir müsbət nəticə olmamış, Saray polisindən bu məsələnin mülki xarakterli olduğu bildirilmişdir. İddiaçı tərəf onu qızı ilə də görüşməyə imkan vermirlər, telefonla belə əlaqə saxlamağa imkan vermirlər. İddiaçı tərəf onun torpaq və evdən olan hüququndan imtina edəcəyi təqdirdə uşaqla görüşməyə imkan verəcəklərini bildirirlər. Hazırda iddiaçı və atası evdən imtina etməyi üçün bu iddianı qaldırmışdır. Bir daha bildirir ki, o 2023-cü ilin sentyabr ayından Saray qəsəbəsində olan evlərinə daxil ola bilmir, evdən istifadə edə bilmir. İddiaçı və atası “Saray MTK” yaşayış kompleksində mənzil almışlar və evdə olan mebellərin və əşyaların bir hissəsini həmin mənzilə və atasının rayondakı evinə aparmışlar. Həmçinin, bildirir ki, onlar Sumqayıt şəhəri, Yaşıldərə ərazisində olan evi satarkən iddiaçının cehizlərinin əksəri yararsız olduğundan həmin evdə qalmışdır. Həmçinin bildirir ki, iddiaçının Saray qəsəbəsində olan evdə cehiz gətirdiyi əşyalardan soyuducu və atasının verdiyi televizor, qonaq otağının pərdələri, qonaq otağında olan divan, 2 ədəd kreslo, 2 ədəd çıl-çıraq vardır. Evdə olan digər əşyaları yeni mebellərin hamısını Sumqayıtdan Səma mebel dükanı, Nilim mebel dükanlarından, mətbəx mebellərini də kreditlə almışdır. Evdə olan xalçaları o almış, köhnə xalçaları iddiaçı isə atasına verib rayondakı evlərinə aparmışdır. Evdə olan manqala qədər o, özü almışdır. Həmçinin, iddiaçı və atası evin pilləkənin təmiri üçün yığdığı 15000 manat pulunu da oğurlamışlar, hazıradək də pulu qaytarmırlar (pulun oğurlanması ilə bağlı daxili işlər orqanlarına şikayət etmişdir). Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşağın anası X3 himayəsində qalması, hər ay hər uşağa 180 manat alimentin tutulub Əfsanə Ağayevaya verilməsi qət edilmişdir. Bundan əlavə də bildirir ki, o vaxtlı-vaxtında alimenti ödəyir. Əfsanə və atası uşaqdan sui-istifadə edirlər. O, uşağını sonuncu dəfə 2023-cü ilin sertyabr ayının 4-də görmüşdür. O və atası xx.xx.2023-cü il tarixdən uşağı ondan gizlədirlər, dəfələrlə telefonla uşaqla danışmaq istəsə də iddiaçı tərəf telefonunu götürmürlər, uşağı görməyə getdikdə isə iddiaçı və atası onu uşaqla görüşməyə imkan vermirlər (yalnız evdən imtina etdikdən sonra görüşə biləcəyini bildirirlər). xx.xx.2024-cü il tarixdə iddiaçının anası Cahan ona zəng edərək evin onların olduğunu, uşaqdan əl cəkməyini, usağı ona göstərməyəcəklərini, evi satdıqlarını bildirmişdir. İlkin olaraq qızıllarla əlaqədar bildirir ki, qızıllar iddiaçının o qədər qızılı olmamışdır. İddiaçı özü belə iddiaya cəmi 2 qızıl şəkili qoymuşdur. Digər əşyalarla da bağlı yuxarıda qeyd etdiyi kimi Saray qəsəbəsində olan evdə iddiaçının cehiz gətirdiyi əşyalardan soyuducu, atasının verdiyi televizor, qonaq otağının pərdələri, qonaq otağında olan divan, 2 ədəd çılçıraqları vardır, digər əşyaları kreditlə o, almışdır. Bir daha vurğulayır ki, onun Saray qəsəbəsində olan evin açarı onda yoxdur, ümumiyyətlə bir ildən artıqdır o həmin evdən istifadə edə bilmir, iddiaçı aə ailəsi orda olan əşyaları istədikləri kimi istifadə edirlər, indi ondan istifadə edə bilmədiyi evdə olan əşyaların pulunun tələb edilməsi absurddur. Həmçinin, xx.xx.2024-cü il tarixdə iddiaçının anasının və bundan əvvəldə iddiaçının atasının evi satdıqlarını bildirirlər. Əgər evi ondan icazəsiz satmışlar və ya başqa yerə aparmışlar. Cavabdeh etiraza əlavə təqdim edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə birgə nikah dövründə alınmış Abşeron rayonu, Saray qəsəbəsində (Yaşar Nuri küçəsi) yerləşən 0,02 ha torpaq sahəsinə gedərkən, həmin torpaq sahəsinin və üzərində olan evin cavabdeh tərəfindən X2, cavabdeh evi satarkən evdə olan birgə nikah dövründə əşyaları da özü ilə aparması müəyyən edilmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə orada ona şifahi olaraq bildirdilər ki, ev 2024-cü ilin mart ayında alqı-satqı müqaviləsi ilə X1. Sumqayıt şəhəri 4 saylı Notariat ofisindən aldığı sənədlərdən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 4Ə-440 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş İddiaçı birgə nikah zamanı aldıqları torpaq sahəsini atası X4 bağışlamışdır. Cavabdeh X7 xx.xx.2024-cü il tarixdə birgə nikahda alınmış torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış almışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdeh X7 birgə nikahda alınmış torpaq sahəsini X5 10000 manat məbləğinə satmışdır. Bu barədə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində 4Ə-775 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh İddiaçı tərəfindən "xxxx" MTK-dan ev alınmış və evdə olan əşyaları da İddiaçı həmin evə aparmışdır. xx.xx.2024-cü il tarixdə evdə olarkən evi almış Bahadur Təhməzov evi alarkən mətbəx mebelindən başqa evdə olan əşyaların Sücəddingilin apardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etirazda göstərilənləri müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, iddiaçı onun qaynı qızıdır. 2013-cü il tarixdə sürücü kimi iddiaçının mebellərini Masallı rayonundan cavabdehin yaşadığı Lerik rayonu, Almu kəndinə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşı qızıdır. Təsdiq edir ki, iddiaçının cehiz əşyaları cavabdehin yaşadığı Lerik rayonu, Almu kəndinə gəlmiş, o da həmin evdə qonaq olmuş və həmin əşyalar da orda olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, iddia tələbinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq, sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 2(048)-867/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə X9 arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış və 1403 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 anası X3 yanında saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərindən görünür ki, İddiaçı üzərində qızıl-zinət əşyaları vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qızızinət əşyalarının bazar qiymətləndirilməsinə dair rəydən görünür ki, bir dəst Rusiya istehsalı əyarı 585 çəkisi 25,4 qram olan - bir cüt sırğa, bir ədəd boyunbağı, bir ədəd bilərzik və bir ədəd üzükdən ibarət “Günəş” gəlin dəstinin təklif qiyməti 2159 manat, bir ədəd Rusiya istehsalı əyarı 585 çəkisi 18,2 qram olan boyunbağının təklif qiyməti 1547 manat, bir ədəd Türkiyə istehsalı əyarı 750 çəkisi 16,8 qram olan boyunbağının təklif qiyməti 1814 manat, bir cüt Rusiya istehsalı əyarı 585 çəkisi 4,32 qram olan sırğanın təklif qiyməti 367 manat, bir cüt Türkiyə istehsalı əyarı 585 çəkisi 6,10 qram olan sallanma sırğanın təklif qiyməti 518 manat, bir ədəd Türkiyə istehsalı əyarı 750 çəkisi 3,95 qram olan qaş formalı işləmələri olan bilərziyin təklif qiyməti 426 manat, bir ədəd Rusiya istehsalı əyarı 585 çəkisi 5,81 qram olan ilanformalı bilərziyin təklif qiyməti 493 manat, bir ədəd Rusiya istehsalı əyarı 585 çəkisi 5,3 qram olan ilan formalı üzüyün təklif qiyməti 450 manat, bir ədəd Türkiyə istehsalı əyarı 585 çəkisi 3,6 qram olan sadə qaşlı üzüyün təklif qiyməti 306 manat, bir ədəd Rusiya istehsalı əyarı 585 çəkisi 4,82 qram olan sadə qaşlı gül formalı üzüyün təklif qiyməti 409 manat, bir ədəd Türkiyə istehsalı əyarı 750 çəkisi 6,38 qram olan brilyant qaşlı nişan üzüyünün təklif qiyməti 542 manat, bir cüt Türkiyə istehsalı əyarı 585 çəkisi 2,98 qram olan uşaq sırğasının təklif qiyməti 253 manat, bir ədəd İtaliya istehsalı əyarı 585 çəkisi 3,2 qram üzərində gözmuncuğu olan uşaq boyunbağısının təklif qiyməti 272 manat, olmaqla qızıl-zinət əşyalarının cəmi qiyməti 9556 (doqquz min beş əlli altı ) manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, bir aya yaxındır ki, onun qaynatası Sucəddin və həyat yoldaşı Əfsanə birləşərək onu evdən çıxarmışlar. Bu barədə qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsinə etdiyi müraciəti əsasında X18 araşdırma aparılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirmək istəyirlər ki, X13 “Vətəndaş müraciətlərinə baxılması qaydası” haqqında qərarda müraciət Daxil İşlər orqanlarının səlahiyyətlərinə aid olmadığı zaman və eləcə də müraciətin aidiyyət üzrə göndərilməsi mümkün olmadıqda müraciət müəllifinə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Odur ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən mülki ittiham qaydasında məhkəməyə müraciət etmək hüququnnun olduğu izah olunmuşdur. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 1 övladları vardır. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı nikah pozulduqdan sonra ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının ona qaytarılmadığını əsas gətirərək, həmin əşyaların və ya onların dəyərinin məhkəmə qaydasında cavabdehdən alınmasını xahiş edir. Cavabdeh isə iddia ərizəsində göstərilən əşyaların onda olmadığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qeyd olunmalıdır ki, qızıl-zinət əşyalarının cavabdehdən alınması tələbinin maddihüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi, birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən bu halların mübahisələndirilməməsi, belə iddiaların təmin olunması üçün əsas ola bilər. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həmin əşyaların mövcudluğunu, mövcudluğu sübuta yetirildiyi halda isə həqiqətən də birgə yaşadıqları evi, mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı qızılların vaxtilə onun istifadəsində olduğunu göstərən fotoşəkillər təqdim etmişdir. Eyni zamanda həmin əşyaların siyahısı məhkəməyə təqdim edilmişdir. Lakin qeyd olunmalıdır ki, iddia ərizəsində qızıl-zinət əşyları sadalansa da, onların hamısının fotoşəkilləri, mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə sadalanan əşyaların siyahısının şişirdildiyini, mövcud olan qızılları isə iddiaçının özündə olduğunu, iddiaçının atası ilə birləşərək onu evdən çıxardıqlarını, bununla bağlı Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinə ərizə ilə müraciət etdiyini bildirmişdir. Hazırki işdə bilavasitə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu, göstərilən dəyərdə olduğunu, əşyaların əvvəllər onun mülkiyyətində olduğunu, hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Belə ki, iddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından məhrum olmuş və həmin əşyalar hal-hazırda məhz cavabdehin faktiki sahibliyindədir. Yalnız bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (cavabdehin əşyalara sahiblik etməməsi üzrə) cavabdehə keçir. Hazırki işdə isə qeyd olunduğu kimi, əşyaların hamısının mövcudluğu, onların həqiqətən qızıl olub-olmaması, iddia ərizəsində göstərilən qramda, əyarda olması, hətta onların mövcudluğu qəbul edilsə belə həqiqətən cavabdehdə qalması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, cavabdeh iddia ərizəsində göstərilən qızılların hamısının mövcudluğunu qəbul etmir. Məhkəmə nəzərə alır ki, iddiaçı evi kəskin münaqişə şəraitində tərk etməmiş, əksinə cavabdeh iddiaçı ilə birgə yaşadığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən evdən çıxarılmışdır. Göstərilənlər baxımından məhkəmə qızılların cavabdehdə qalmasını inandırıcı hesab etmir. Bundan əlavə iddiaçı qızıl-zinət əşyalarının cavabdeh tərəfindən lombarda qoyulduğunu bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh də belə bir halın mövcudluğunu qəbul etməmiş, qızıl-zinət əşyalarının iddiaçının özündə olduğunu bildirmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1 və 88-ci maddələri). Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, qızıl-zinət əşyalarının mövcudluğunu, onları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Həmçinin qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə "xxxx" MMC-nin rəyi də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, qiymətləndirici rəyində fotoşəkli mövcud olmayan qızıl-zinət əşyaları da qiymətləndirilmiş, qiymətləndirmə isə yalnız iddiaçının təqdim etdiyi məlumatlar (əyar, çəki və s.) əsasında aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd olunmalıdır ki, sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Bu baxımdan sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qızıl-zinət əşyalarının qaytarılması tələbinin təmin edilməsi üçün isə hazırki işdə müvafiq tələblərə cavab verən mötəbər sübutlar mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və onların hazırda cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin cehiz əşyalarının qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər 2013-cü ildə nikaha girmiş, bir neçə gün Lerik rayonu Almu kəndi yaşamışlar, daha sonra tərəflər Sumqayıt şəhəri, Yaşıldərə ərazisində olan evə köçmüşlər və cehiz əşyaları da həmin ünvana gəlmişdir. İddiaçı ilə cavabdeh 2021-ci il tarixədək həmin evdə yaşamış, daha sonra həmin evi sataraq 2021-ci il tarixə Abşeron rayonu Saray qəsəbəsində 2 sot torpaq sahəsi alıb orada 1 mərtəbəli 140 kv.metr ev tikdirmişlər və cehiz əyşalarını da həmin evə gətirmişlər. 2023-cü ilin sentyabr ayında Cavabdeh iddiaçı ilə birgə yaşadıqları evdən çıxarılmış, bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinə ərizə ilə müraciət edərək bir aya yaxındır ki, onun qaynatası Sucəddin və həyat yoldaşı Əfsanə birləşərək onu evdən çıxardıqlarını və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatının daha səmimi olduğunu nəzərə alaraq, iddianı həmin hissədə də əsaslı hesab etmir. Məhkəmə xüsusilə qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hazırki işdə isə iddianın təmin edilməsi üçün sadalanan sübutlar mövcud deyildir. Beləliklə, iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir. Hazırki iş üzrə iddiaçının cehiz əşyaları ilə öz iddia tələbini təsdiq etmək üçün məhkəmə iclasına dəvət etdiyi şahid ifadələri ilə bağlı isə məhkəmə qeyd edir ki, şahidlər iddiaçı tərəflə yaxın qohumluq münasibətlərində olduğundan məhkəmə tərəfindən şahid ifadələri iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə kimi qiymətləndirilir və bu ifadə iddianın əsaslı olması üçün mötəbər sübut kimi qəbul edilmir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 62-ci və 104.1-ci maddələri şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qanunvericiliyə əsasən, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının özünün mülahizəsinə əsasən irəli sürdüyü, təsdiqini tapmayan hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-958/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-958/2024
20.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver