Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-960/2024 03.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Lənkərəna- Astara Regional Təhsil İdarəsinin 27 iyun 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair 27 iyun 2024-cü il tarixli 80 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və əmək kitabçasında dəyşikliyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2003-cü il tarixdə X7 İbtidai sinif müəlliməsi ixtisasına daxil olmuş, 2007-ci il tarixdə kolleci bitirmişdir. O, *4.09.2007-ci il tarixdə ixtisasına uyğun olaraq Lerik Rayon Təhsil şöbəsinə müraciət etmiş və Təhsil şöbəsinin *4.09.2007-ci il tarixli *08 nömrəli əmri ilə Osyodərə kənd ibtidai məktəbində müəllim təyin edilmiş və Lerik rayon Osyodərə kəndində iş fəaliyyətinə başlamışdır. O, pedoqoji fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, şagirdləri hal-hazırda Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə yüksək bal toplayımış, onların təhsil almasında onun da zəhməti olmuşdur. O, *8 il pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifkatlaşmada müəyyən olunmuş keçid balını müəyyən səbəbdən toplaya bilmədiyi üçün xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onu işdən azad etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh* nümayəndəsi X8 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh2ndə ixtisası üzrə müəllim işləmiş, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli *55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma üzrə imtahanlarda iki dəfə iştirak etmiş, lakin müvəffəqiyyət qazanmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-*3F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmrinə əsasən Lerik rayonu Osyodərə kənd ibtidai məktəbinin direktoru X** 27 iyun 2024-cü il tarixli 80 №-li əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Qeyd edilən əmr qanuni və əsaslı qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in *85-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 25 iyul 2007-ci il tarixdə verilmiş 289 qeydiyyat nömrəli, BB-İİ seriyalı, 058203 №-li Diplomun surətindən görünür ki, X2 2003-cü il tarixdə X5 daxil olmuş, 08 iyun 2007-ci il tarixdə həmin texnikomu ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan (Əhədova) İddiaçı məxsus 0*50305 nömrəli əmək kitabçasının surətindən görünür ki, (Əhədova) İddiaçı *5.09.2007-ci il tarixdə Cavabdeh2nə ixtisası üzrə müəllim təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29- 69/3-2-*3F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli *55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X* 5.5.**-ci yarımbəndini rəhbər tutaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayeva), X*3 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil idarəsi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Coşqun Əliyev), Cavabdeh* (Bəhruz Mehdiyev), X*5 Təhsil İdarəsi (Elçin Kərimov), Mil- Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil İdarəsi (Günay Mahmudova), X*2 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılsın ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh* Lerik rayonu Osyodərə kənd ibtidai məktəbinin direktoru X6 27 iyun 2024-cü il tarixli 80 №-li əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli *55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdeh2n ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Əsas: 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29- 69/3-2-*3F/2024 nömrəli əmri. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli, xxxxxxx0002X0 nömrəli məlumatdan görünür ki, Cavabdeh* ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “xx.xx.2024-ci il” tarixli, “xxxxxxx0002X04” nömrəli, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razılaşmır və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini əsassız və qanunsuz hesab edir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 08 iyun 2007-ci il tarixdə X3 ibtidai təhsil ixtisası üzrə tam kursu bitirmiş, *5.09.2007-ci il tarixdə Cavabdeh2nə ixtisası üzrə müəllim təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Cavabdeh* Lerik rayonu Osyodərə kənd ibtidai məktəbinin direktoru X** 27 iyun 2024-cü il tarixli 80 №-li əmr ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli *55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdeh2n ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - **-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - *2-ci maddəsinin *-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 45-ci maddəsinin *-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 47-ci maddənin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68-ci maddəsinin *-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilmədikləri üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-*3F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmri qəbul edilmiş, həmi əmrlə 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi əmr edilmiş, həmin əmr iddiaçı tərəfindən mübahisələndirilməmiş, Cavabdeh* Lerik rayonu Osyodərə kənd ibtidai məktəbinin direktoru X** da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli, 3-29-69/3-2-*3F/2024 nömrəli “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” əmri əsas götürərək 27 iyun 2024-cü il tarixli 80 №-li əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verildiyindən iddiaçının iddia ərizəsində göstərdiyi dəlilləri qanuni və əsaslı olan əmək müqaviləsinə xitam verilməsinə dair 27 iyun 2024-cü il tarixli 80 №-li əmrin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in *4.2, 88 və 2*7.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-960/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-960/2024
03.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver