Məhkəmə qərarları › İş №2(049)-1/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1/2023

05.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1/2023 05.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixində anadan olmuş mərhum həyat yoldaşı X3 29 iyun 2017-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü həyat yoldaşı X6 29 iyun 2017-ci il tarixində Lənkəran rayonunun Gərmətük qəsəbəsində vəfat etmiş, qohumlarıyla birgə onu Lənkəran rayonu Gərmətük kənd qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri həmin qəbiristanlıqda yerləşməklə qəbirüstü abidədə də onun ölüm tarixi 29 iyun 2017-ci il qeyd edilmişdir. Həyat yoldaşı Çimnazın ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanından alınmış arayış da təsdiq edə bilər. Həyat yoldaşı vəfat edərkən qanunun tələini başa düşmədiyindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum həyat yoldaşı X3 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X3 ölüm şəhadətnaməsini heç bir halda əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək həyat yoldaşı X3 ölümünü təsdiq edən şəhadətnamə verilməsini xahiş etmiş, lakin, Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona 24 avqust 2022ci il tarixli, 943 nömrəli məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından o, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə tələbini müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ölüm faktının müəyyən edilməsi barədə iddia ərizəsində xx.xx.1960-cı il tarixdə doğulmuş mərhum həyat yoldaşı, yəni anası X3 29 iyun 2017-ci il tarixində deyil, 29 yanvar 2017-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ərizəçi onun atasıdır. X1 isə onu anasıdır, o 29 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, ərizəçi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən ərizəçinin (məhkəmə nümayəndəsi vasitəsilə təmsil edilir) və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, 09888526 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, şəxsin soyadı, adı və atasının adı X4r, o xx.xx.1960-cı il tarixdə Lənkəran rayonu, Balaşürük kəndində doğulmuşdur. Məhkəmə iclasında Şahid2 bildirmişdir ki, X6 onun qonşusu olmuşdur, o dəfn mərasimində iştirak etmişdir. Çimnaz Rzayeva 2017-ci ilin 29 yanvarında vəfat etmişdir. Məhkəmə iclasında şahid X2 Şahid2 ifadəsinə uyğun ifadə vermiş, X3 29 yanvar 2017-ci il tarixdə vəfat etməsini bildirmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, X6 onun anasıdır, onun dəfn mərasimində iştirak etmişdir. Çimnaz Rzayeva 29 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Şahid4 Ağabəyli oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermiş, X3 29 yanvar 2017-ci il tarixdə vəfat etməsini bildirmişlər. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X1nın 2017-ci il yanvar ayının 29-da Lənkəran rayonu Gərmətük qəsəbəsində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 03 oktyabr 1960-cı il tarixdə Lənkəran rayonunda doğulmuş X3 29 yanvar 2017-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 oktyabr 1960-cı il tarixdə Lənkəran rayonu Bala-Şürük kəndində doğulmuş X3 29 yanvar 2017-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar