Məhkəmə qərarları › İş №2(049)-1095/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1095/2024

16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1095/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 yanvar 1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X1 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. xx.xx.1992-ci il tarixdə Lənkəran şəhər sakini mərhum əri X2 ilə nikahlarını Lənkəran şəhər nikah evində 402 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.1994-cü il tarixdə Nurlan adlı bir oğlu olmuşdur. O və oğlu mərhum əriz vəfat edənədək, yəni xx.xx.2023-cü ilə kimi bir evdə ünvan 1 ünvanında yaşamışlar. X2 xx.xx.2023-cü ildə Lənkəran şəhərində yaşadıqları evdə xəstəlikdən, yəni təbii ölümdən vəfat etmiş və onun cənazəsi Lənkəran şəhərindəki “kiçik bazar” qəbristanlığında dəfn olunmuşdur. Həmin vaxt hüzr mərasiminin keçirilməsi ilə məşğul olduqları, həmçinin yoldaşının ölümündən qısa bir müddət sonra qaynı da rəhmətə getdiyi üçün Maraqlı şəxsndən həyat yoldaşı X1 ölümünə dair şəhədətnamə ala bilməmişdir. Ərinin ölümünü təsdiq edən həkim arayışını əldə edə bilmədiklərindən onun ölümü haqqında şəhadətnaməni də ala bilməmişlər. Maraqlı şəxsnə ərinin ölməsi haqqında şəhadətnaməni almaq üçün müraciət etsələr də, qeydiyyat şöbəsi tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Hazırda ölüm faktının müəyyən edilməsi ona vərəsəliklə bağlı müəyyən hüquqlarının həyata keçirilməsi ilə bağlı lazımdır. Mərhum əri X2 ailə üzvlərinin və yaxın qohumlarının iştirakı ilə dəfn olunmuş və hüzr mərasimlərində qohum və ailə üzvlərinn hamısı iştirak etmişlər. Mərhum ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X3 göstərmişdir ki, mərhum X2 onun doğma atasıdır. X8 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Mərhum atası ürək xəstəliyindən əziyyət çəkmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində mərhum atası üçün dərman almaqdan ötrü aptekə getmiş, evə qayıtdıqda sonra atasının vəfat etdiyini görmüşdür. O, verdiyi ifadə ilə təsdiq edir ki, X2 xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə vəfat etmiş, Lənkəran şəhəri, “kiçik bazar” qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X4 göstərmişdir ki, mərhum X2 onun doğma qardaşıdır. X8 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Mərhum qardaşı ürək xəstəliyindən əziyyət çəkmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində mərhumın arvadı Elnarə ona məlumat verərək Etibarın evdə vəfat etdiyini bildirmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, qardaşı X2 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə vəfat etmiş, Lənkəran şəhəri, “kiçik bazar” qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, mərhum X2 onun bibisi oğludur. X8 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Mərhum E.İskəndərov ürək xəstəliyindən əziyyət çəkmişdir. O, verdiyi ifadə ilə təsdiq edir ki, X2 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə vəfat etmiş, Lənkəran şəhəri, “kiçik bazar” qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10-125/2024 saylı məktubundan görünür ki, ərizəçiyə ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbir daşının foto şəkilindən görünür ki, xx.xx.1972-ci ildə anadan olmuş X2 dəfn olunmuşdur. İş materiallarında olan Lənkəran Rayonu Lənkəran Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 04/02 №-li arayışından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, “kiçik bazar” qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, ərizəçinin mərhum əri xx.xx.1972-ci ildə doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində vəfat etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarınınqeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, xx.xx.1972-ci il tarixdə doğulmuş X1 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə doğulmuş X1 xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar