Məhkəmə qərarları › İş №2(049)-1179/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1179/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1179/2025 08.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi:X15, Ərizəçi: Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "ölüm faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, övladları - xx.xx.1976-cı il tarixdə doğulmuş X6 xx.xx.2012-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı və xx.xx.1985-ci il tarixdə doğulmuş X3 xx.xx.2008-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş və hazırda da yuxarıda qeyd etdiyi ünvanda yaşayır. xx.xx.1982ci il tarixdə X10 ilə evlənmiş və bu nikahdan onların xx.xx.1976-cı il tarixdə X12, xx.xx.1983-cü il tarixdə X4, xx.xx.1985-ci il tarixdə X7 adında övladlarım dünyaya gəlmişdir. Övladlarından Ruslan xx.xx.2008-ci il tarixdə, Emin isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Hər ikisinin məzarı hal-hazırda Lənkəran şəhərində yerləşən “Kiçik bazar” qəbristanlığındadır. Övladlarının vəfatından sonra onların ölümü aidiyyəti dövlət orqanında rəsmi olaraq qeydə alınmamışdır. O, ərizə ilə Maraqlı şəxsnə müraciət edərək övladlarına ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X21 tərəfindən ona bunun mümkün olmadığı və eləcə də bu barədə məhkəməyə müraciət etməyim bildirilmişdir.. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizənin dəlillərinə uyğun izahat verərək ölüm faktının müəyyən edilməsinin ona mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək,təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun anasıdır. Qardaşları Emin və Ruslan hər ikisi intihar edərək ölmüşdür. Axundov Emin xx.xx.2012-ci il tarixdə, Axundov Ruslan isə xx.xx.2008-ci il tarixində ölmüşdür. Hər ikisinin məzarı hal-hazırda Lənkəran şəhərində yerləşən “Kiçik bazar” qəbristanlığındadır. Qardaşlarının vəfatından sonra onların ölümü aidiyyəti dövlət orqanında rəsmi olaraq qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun bibisi qızıdır, sonuncunun övladlarının ikisi intihar edərək ölmüşdür. Hər iki şəxsin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur, gediş-gəlişləri vardır, sonuncunun övladlarından iki oğlu intihar edərək ölmüşdür. O, hər iki şəxsin yas mərasimində iştirak etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 357323 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X8 14 yanvar 1982-ci il tarixli, 03 nömrəli nikah akt qeydi ilə nikahlarını rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Axundov, arvada Axundova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, X6 barəsində ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Maraqlı şəxs 18 fevral 2025-ci il tarixli məktubundan görünür ki, X3 ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. Onunla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 499060 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1985-ci il tarixdə X1 rayonunda doğulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 173 nömrəli arayışından görünür ki, xx.xx.1976-cı il tarixdə X2 şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 23 yanvar 2025-ci il tarixli, 33/02 nömrəli Lənkəran bələdiyyəsinin arayışından görünür ki, Lənkəran şəhər sakini X7 04 dekabr 2008-ci ildə Lənkəran şəhər “Kiçik bazar” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 23 yanvar 2025-ci il tarixli, 32/02 nömrəli Lənkəran bələdiyyəsinin arayışından görünür ki, Lənkəran şəhər sakini X12 07 noyabr 2012-ci ildə Lənkəram şəhər “Kiçik bazar” qəbristanlığında dəfn edilmişdir İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbr daşının fotoşəlillərdən görünür ki, X7 04 dekabr 2008-ci tarixdə və X12 07 noyabr 2012-ci ildə vəfat etmişir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini, məhkəmə iclasında tədqiq edilmiş sənədləri araşdıraraq və qanunvericiliyin qeyd olunan normalarını, eləcə də Ali Məhkəmənin Plenum qərarının göstərişlərini rəhbər tutaraq hesab edir ki, xx.xx.1976-cı il tarixdə doğulmuş X6 xx.xx.2012-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı və xx.xx.1985-ci il tarixdə doğulmuş X3 xx.xx.2008-ci il tarixdə Lənkəran rayonunda ölməsi və dəfn edilməsi şahidlərin ifadələri və əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. X3 və X6 ölüm faktına dair qeyd qeydiyyat şöbəsində aparılmadığından həmin halla bağlı imtina edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və ölüm faktı müəyyən edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1976-cı il tarixdə doğulmuş X6 xx.xx.2012-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı və xx.xx.1985-ci il tarixdə doğulmuş X3 xx.xx.2008-ci il tarixdə Lənkəran rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar