Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1218/2024 17.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə anadan olmuş mərhum anası X3 21 avqust 2013-cü tarixlində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü anası X5 xx.xx.2013-cü il tarixində vəfat etmiş və qohumları ilə birgə anasını Lənkəran rayonu, Şiləvar kənd qəbristanlığında dəfn etmişlər. Hal hazırda onun qəbri rayon mərkəzindən 5 km uzaqda yerləşən Şiləvar kənd qəbristanlığında yerləşir. Anası Pərvanənin ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar da təsdiq edə bilər. Anası vəfat edərkən qanunun tələbini başa düşmədiyindən onun ölüm faktını VVAQ orqanlarında qeyd etdirməmişdir. Hazırda vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum anası X3 ölüm şəhadətnaməsi tələb olunur. Lakin, X3 ölüm şəhadətnaməsini heç bir formada əldə etmək olmur. Bununla əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edərək anası X3 ölüm faktını təsdiq edən şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamış və bu barədə ona xx.xx.2024-cü il tarixli, 3-16-8-10-175 saylı məktub göndərilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa yol ilə əldə etmək mümkün olmadığından o, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qaynanası xx.xx.1971-ci il təvəllüdlü X5 xx.xx.2013-cü il tarixində vəfat etmişdir və o, qohumların və qonşuların iştirakı ilə Lənkəran rayonu “”Şiləvar kənd”” qəbristanlığında dəfn edilmişdir. Ərizəçi onun həyat yoldaşıdır və onlar 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həyat yoldaşı sağlığında diabet xəstəliyindən əziyyət çəkmişdir və müxtəlif həkimlərdə müalicə olunmuşdur. O, özü də qaynanası Pərvanənin dəfnində və bütün yas mərasimlərində iştirak etmişdir. Hazırda qaynanasının ölüm haqqında şəhadətnaməsi onlara müəyyən vərəsəlik işlərini aparmaqdan ötrü lazımdır. Qaynanasının heç kəslə ədavəti və düşmənçiliyi olmamışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində bildirdi ki, o, Şiləvar kəndində yaşayır. məhrum X1 olan Nümayəndə ilə Palma marketdə işləyərkən tanış olmuşlar. X2 2013-cü ildə vəfat etmişdir və Lənkəran rayonu “”Şiləvar kənd”” qəbristanlığında qəbristanlığda dəfn olunmuşdur. O, özü də Pərvanə Ağayevanın dəfn mərasimində və yas mərasimlərində iştirak etmişdir. Yas mərasimlərində aparılan söhbətlərdən ona məlum olmuşdur ki, Pərvanə Ağayeva diabet xəstəliyindən əziyyət çəkmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində bildirdi ki, X2nın həyat yoldaşı Tahirlə birlikdə işləyib. X11 diabet xəstəsi olub və o, xx.xx.2013-cü il tarixində vəfat etmişdir. O, Lənkəran rayonu “”Şiləvar kənd”” qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 ifadəsində bildirdi ki, Lənkəran rayon Şiləvar kəndinə yaşayır. Nümayəndə ilə 15 ildir ki, dostur. X8 şəxsən tanımamışdır. Pərvanə 2013-cü ilin yay aylarında vəfat etmişdir və Lənkəran rayonu, Şiləvar kənd qəbiristanlığında dəfn edilmişdir. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AA seriyalı 3BZU4HR nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1971-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1971-cı il tarixdə Lerik rayonunda doğulmuşdur. Nikah haqqında şəhadəətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1962-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuşdur və nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. Lənkəran rayon Şiləvar bələdiyyəsinin 22 saylı xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1971-cı il təvəllüdlü X5 həqiqətən xx.xx.2013-cü il tarixdə Şiləvar qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli nömrəli 3-16-5/8-10-175/2024-cü il tarixli məktubunda X3 ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktiyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’’nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qəbir abidəsinin fotoşəklindən görünür ki, həmin abidədə X3 doğulduğu tarix “xx.xx.1971-ci il”, öldüyü tarix “xx.xx.2013-cü il” kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X5 xx.xx.2013-cü il tarixdə Lənkəran rayonunda ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü, Lerik rayonunda doğulmuş X3 xx.xx.2013-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyun 1971-ci il tarixdə Lerik rayonunda doğulmuş X3 21 avqust 2013-cü il tarixdə Lənkəran rayonunda ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(049)-1218/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1218/2024
17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver