Məhkəmə qərarları › İş №2(049)-1243/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1243/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1243/2025 21.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1961-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş atası X2 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Daşdaleqjar ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, tələbini onunla əsaslandırılmışdır ki, atası X3 xx.xx.1961-ci il tarixdə ildə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, xx.xx.2024-cü il tarixdə Lənkəran rayonun Daşdaleqjar kəndində, yaşadığı evdə “X6, sol tərəfli hemiplegiya” diaqnozu illə vəfat etmişdir. Atası vəfat etdikdən sonra onun cənazəsi Lənkəran rayon Daşdaleqjar kənd qəbristanlığında dəfn edilmişdir. Atası vəfat etdiyi zaman başları hüzr mərasiminə qarışdığı üçün və hüquqi savadları olmadığından onun ölümü haqqında şəhadətnamə götürməmişlər. Ona görə də atasının ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində atası barədə ölüm akt qeydiyyatı aşkar olunmamış və bu barədə ona arayış verilmişdir. Qeydiyyat şöbəsində həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ölüm faktının müəyyən olunması ona vərəsəlik məsələləri həll edilməsi üçün lazımdır. Məhkəmə iclasınında ərizəçi ərizəni müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1961-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuşdur. Əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X2 oğludur. Lənkəran rayonu Mamusta Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2024-cü ildə Lənkəran rayonu, Daşdalıqjar kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-197/2025 №-li arayışından görünür ki, X2 xx.xx.2024-cü ilə aid ölümün qeyd edilmə haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmamışdır. “Lənkəran rayon Mərkəzi Xəstəxanası” PHŞ Mamusat Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X7 oglu xx.xx.2024-cü il tarixdə Daşdaleqjar kəndində, evdə “X6, sol tərəfli hemiplegiya” diaqnozu ilə vəfat etmişdir. Ambulator kitabçadan görünür ki, X7 oglunun xx.xx.2024-cü il tarixdə ölümü ilə bağlı o, qeydiyyatdan çıxarılmışdır. Qəbirin baş daşını əks etdirən fotoşəkildən görünür ki, həmin baş daşının üzərində “X7 oglu 22. 11. 1961 - 20. 07. 2024 ” yazılmışdır. Məhkəmə hazırlıq iclasında şahid X4 bildirdi ki, ərizəçi onun qonşusudur. Sonuncunun atası Səmədağa yataq xəstəsi olmuş və keçən il vəfat etmiş, onun vəfatında heç bir il keçməmişdir. Səmədağa Daşdaleqjar kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə hazırlıq iclasında şahid X1 da eyni məzmunda ifadə vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçini və iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki X2 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Daşdalıqjar kəndində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də ərizəçinin ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Daşdalıqjar kəndində ölməsi faktı müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Daşdalıqjar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar