Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1298/2025 03.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməkləı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, müəyyən etdı̇ : Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı il təvəllüdlü əri Tağıyev Rafiq Ramiz oğlunun xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, xx.xx.1976-cı il təvəllüdlü keçmiş mərhum əri Tağıyev Rafiq Ramiz oğlu xx.xx.2024-cü il tarixində Sumqayıt şəhər,T/Corat qəsəbəsi, ev 4199-da ölmüş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrinin idarəetmə birliyi Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, " Sizin ərizənizə cavab olaraq, Sumqayıt şəhər Təcili və X1 Stansiyasının müdiriyyəti bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 08:48-də ünvan 2 ünvanına 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlu adına 1 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlunun meyidini aşkar etmişdir. Anasının deməsinə görə mərhum "Mədə xorası"dan illər öncə əməliyyat olunmuşdur, 12 b.b. xorasından müalicələr almışdır. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir". Həmçinin ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi şəxsi Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 206 №-li arayışında qeyd olunur ki, " Sumqayıt şəhər 5 №-li Ailə Sağlamlıq Mərkəzinin müdiriyyəti bildirir ki, xx.xx.1976-cı ildə doğulan və xx.xx.2024 cü il tarixində vəfat edən Tağıyev Rafiq Ramiz oğlu Sumqayıt şəhər 5 №-li Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmayıb”. Ona görə də, Maraqlı şəxs keçmiş mərhum əri Tağıyev Rafiq Ramiz oğluna ölüm haqqında şəhadətnamənin verilməsindən imtian etmiş və ona ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, "Ərizənizə cavab olaraq bildiririk ki, Tağıyev Rafiq Ramiz oğlunun xx.xx.2024-cü ilə aid ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində aşkar olunmadır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cıı il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəzıyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda siz məhkəməyə müraciət edə bilərsiniz ". Hazırda mərhum ərim Tağıyev Rafiq Ramiz oğlunun ölüm haqqında şəhadətnamsəi mövcud olmadığına görə övladlarına ailə başçısını itirdiyinə görə müavinət ala bilmir. Odur ki, xx.xx.1976-cı il təvəllüdlü əri Tağıyev Rafiq Ramiz oğlunun xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ünvanlanmış məhkəmə bildirişlərində, bilavasitə xx.xx.2025-ci il tarixli bildirişdə sübutların tamamlanması, şahidlərin kimlər olmasının bildirilməsi və məhkəməyə təqdim edilməsi və digər nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilsə də ərizəçi tərəfindən işə baxılmasına maneçilik törədən hallar aradan qaldırılmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(049)-1298/2025 nömrəli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Ərizəçinin xx.xx.2025-ci il tarixli xahişi nəzərə alınaraq xx.xx.2025-ci il tarixli 2(049)- 1298/2025 nömrəli qərardad məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardadla ləğv edilərək iş xx.xx.2025-ci il tarixə məhkəmə baxışına təyin edilmişdir. Lakin ərizəçi yenə məhkəmə iclasına gəlməyərək, sübut və şahidlərini təqdim etməyərək ərizə ilə müraciət edib təqdim edilmiş sübutlar əsasında işə baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, əsas tələb mülki deyil, inzibati xarakterlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Hazırkı ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi şəxsin X2 xx.xx.2024-cü il tarixli, 988 №-li arayışında qeyd olunur ki, "Sizin ərizənizə cavab olaraq, Sumqayıt şəhər Təcili və X1 Stansiyasının müdiriyyəti bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 08:48-də ünvan 2 ünvanına 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlu adma 1 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlunun meyidini aşkar etmişdir. Anasının deməsinə görə mərhum "Mədə xorası"dan illər öncə əməliyyat olunmuşdur, 12 b.b. xorasından müalicələr almışdır. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir". Göründüyü kimi, artıq xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Təcili və X1 Stansiyasının tibbi heyəti tərəfindən 1976-cı il təvəllüdlü Tağıyev Rafiq Ramiz oğlunun ünvan 2 ünvanına ölüməsi faktı təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, yəni artıq şəxsin ölməsi faktı müəyyən edildiyindən həmin ölüm faktının qeydiyyata alınması ilə bağlı müvafiq qeydiyyat orqanına müraciət edilməli və bundan imtina olunduqdan müvafiq olaraq inzibati məhkəməyə müraciət edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Plenum qərarının 15.4-cü bəndində qeyd olunur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin Maddə 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçi izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçi inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-1298/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1298/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver