Məhkəmə qərarları › İş №2(049)-1340/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1340/2023

17.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1340/2023 17.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsi hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, Ərizəçi X4 maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-01174 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 165 manat alimentin və yığılan aiment borcunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə arasında bağlanmış nikah qeydi 2015-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 108 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Maraqlı şəxs alimenti vaxtında ödəmədiyindən borcları yaranmış, nəticədə həm borcların ödənilməsi, həm də alimentin məbləğinin artırılması ilə bağlı ərizəçi mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində iştirak edən tərəflər arasında xx.xx.2022-ci il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs hər ay uşağa görə 165 manat məbləğində aliment ödəyəcəyini və yığılan aliment borcunu verəcəyini öhdəliyinə götürmüşdür. Lakin o, sazişdən sonra 2022-ci ilin dekabr ayında 155 manat, yanvar ayında 100 manat, 2023-cü ilin fevral ayında cəmi 160 manat məbləğində aliment ödəmişdir. Hazırda Maraqlı şəxs sazişdən əvvəlki dövr üçün 624 manat və sazişdən sonrakı aylar üçün də aliment borcları qalmaqdadır. Qeyd edilənləri nəzərə alaraq Maraqlı şəxsla arasında xx.xx.2022-ci tarixdə mediasiya prosesində bağlanmış MŞL-01174 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı X6 xx.xx.2022-ci il tarixli, MŞL-01174 saylı barışıq sazişindən məlum olur ki, Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 165 manat aliment pulunu Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən sazişin birinci tərəfi 07 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 15 noyabr 2022-ci il tarixli, MŞL-01174 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar