Məhkəmə qərarları › İş №2(049)-1345/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1345/2024

28.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1345/2024 28.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Lənkəran rayon məhkəməsi hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, ərizəçı Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maralı şəxs qismində Maraqlı şəxs cəlb etməklə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİR HİSSƏ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023-02438 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 anası Ərizəçi yanında qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, Maraqlı şəxs qarşı nikahın pozulması və uşaqların ananın yanında saxlanılması tələbi ilə bağlı mediasiyaya müraciət etmiş və aralarında xx.xx.2023-cü il tarixdə MŞL/MT014/2023-02438 saylı barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs birgə nikahdan xx.xx.2015-ci il tarixdə doğulmuş X1 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 anası Ərizəçi yanında saxlanlmasına razılaşmışdır. Lakin Maraqlı şəxs barışıq sazişini imzaladığı vaxtdan bu günə kimi həmin sazişin şərtlərinə əməl etmir, yəni uşaqları ondan gizlədir. Odur ki, X6 ilə xx.xx.2023-ci il tarixdə mediasiya prosesində MŞL/MT014/2023-02438 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, əslində uşaqlar anasını istəmirlər, buna görə də uşaqların özünün yanında qalması şərti ilə ananın istədiyi vaxt uşaqlarla görüşməsinə razı olsa da, sosial yardım almaqdan ötrü nikahın pozulması və uşaqların ananın yanında qalmasına razılıq vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı X5 xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023- 02438 saylı barışıq sazişindən məlum olur ki, X7 və Maraqlı şəxs aralarında bağlanmış nikahların davam etdirilməsinə razı olmamış, tərəflər birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X6 anaları X9 yanında saxlanmasına razılaşmışlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən sazişin birinci tərəfi 18 mart 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02438 nömrəli barışıq sazişi təsdiq edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar